“Suriyadakı mübarizədə Dəməşq rəhbərliyini dəstəkləyirik” Zaxarova Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
"Suriyadakı terror qruplaşmalarına qarşı mübarizədə Dəməşq rəhbərliyini dəstəkləyirik”.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici işlər nazirinin mətbuat katibi Mariya Zaxarova jurnalistlərlə görüşündə deyib.
Zaxarova açıqlamasında deyib:
"Bu hücumu birmənalı şəkildə pisləyirik. Şübhə yoxdur ki, onlar xarici qüvvələrin təxribatı və hərtərəfli dəstəyi olmadan belə cəsarətli bir hərəkət edə bilməzlər. Bu qüvvələr Suriyada yeni silahlı qarşıdurma dalğasının başlamasını və burulğanı artırmağı hədəfləyirlər".
Rusiya 2015-ci ildən Suriya prezidenti Bəşər Əsədə hərbi dəstək verir. Rusiyanın Aralıq dənizinə bağlı yeganə hərbi bazası Suriyada Himeymimdə yerləşir.
Zaxarova Suriyada döyüşən müxalif qrupların Ukraynadan pilotsuz uçuş aparatları aldığını və bu vasitələrdən istifadə etmək üçün təlim keçdiyini iddia edib.
Bundan əlavə, Zaxarova Suriyada döyüşən bəzi silahlıların keçmiş Sovet İttifaqı ölkələrindən gəldiyini iddia edib.
Mikayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 04 Dekabr 2024 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















