Icma.az
close
up
RU
Suriyadakı prosesə Türkiyənin də daxil olmaq ehtimalı var Politoloq

Suriyadakı prosesə Türkiyənin də daxil olmaq ehtimalı var Politoloq

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail ordusu Suriya sərhədindəki vəziyyətə hazır olmadığını etiraf edib. İsrail Müdafiə Qüvvələrinin sözçüsü, briqada generalı Effi Defrin mətbuat konfransında bu barədə danışıb. Onun sözlərinə görə, 1000-ə yaxın druz Suriya istiqamətində sərhədi keçib, bir neçə suriyalı druz isə İsrail ərazisinə daxil olub. “Minlərlə vətəndaşın sərhədə yaxınlaşmasına və keçməyə cəhd göstərməsinə hazır deyildik. Bu, bizə dərs oldu”, – deyə general bildirib.

İsrail ordusunun Suriya sərhədindəki vəziyyətə hazır olmadığını etiraf etməsi, xüsusilə druz icmasının sərhədi keçməsi fonunda, bu hadisə İsrailin sərhəd təhlükəsizliyi, regional balans siyasəti və daxili ictimai-siyasi mühitinə hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirdi ki, İsrail druzları özünə yaxın hesab edir:

"Lakin burada bir məqam da var: druzlar İslam dininin İsmailiyyə qoluna mənsub olan dini-etnik icmadır. Onlar bu ərazidə uzun illərdir yaşayırlar və hazırda da orada mövcudluqlarını davam etdirirlər. Bu baxımdan, həmin bölgədən onları çıxarmaq real görünmür.

Xüsusilə Colan təpələrinin İsrail–Suriya sərhədində yerləşməsi vəziyyəti daha da mürəkkəbləşdirir. İsrailin bu əraziyə hamilik etmək istəyi və coğrafi nəzarəti öz əlinə almağa çalışması, gələcəkdə bu bölgəni "Böyük İsrail" ideyasının bir hissəsi kimi görmək istəyi ehtimalı mövcuddur. Lakin bu cür yanaşma bölgədə ciddi problemlər yarada bilər".

Siyasi şərhçi qeyd etdi ki, belə bir ssenari bölgədə böyük qarşıdurma, həm dini, həm milli, həm də etnik münaqişə təhlükəsini artırır.

"Bu isə təkcə İsrail və Suriya üçün deyil, bütün region üçün təhlükə mənbəyinə çevrilə bilər. Düzdür, bu istiqamətdə müəyyən risklər olsa da, düşünmürəm ki, beynəlxalq ictimaiyyət və region dövlətləri belə bir vəziyyətin yaranmasına şərait yaradacaq. Xüsusilə də İran, Türkiyə və Rusiya kimi regional güclər buna qarşı çıxacaqlar. İsrailin bu məsələdə fərqli mövqe tutması ehtimalı var. Lakin Suriya çalışır ki, bu gərginlikdən mümkün qədər yayınsın və məsələni diplomatik yollarla həll etsin. Əgər tərəflər razılığa gələ bilməzsə, bölgədə yaşayan druzların hüquqları pozula, dini və milli baxımdan təhlükə altına düşə bilər. Bu isə gələcəkdə daha böyük böhranların yaranmasına səbəb ola bilər.

Hesab etmək olar ki, bu ərazi Suriyanın daxili işidir. Lakin bu, təkcə suverenlik məsələsi deyil, orada yaşayan insanların hüquqları da nəzərə alınmalıdır. Əgər həmin icmaya qarşı hər hansı təxribat və ya hüquq pozuntusu baş verərsə, bu, Suriya hökuməti tərəfindən araşdırılmalı və beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməlidir.

Ən doğru yanaşma isə bu məsələni danışıqlar və diplomatik yollarla həll etməkdir. Əks təqdirdə, prosesə Türkiyənin də daxil olmaq ehtimalı var ki, bu da genişmiqyaslı bir qarşıdurmaya gətirib çıxara bilər", - deyə Samir Hümbətov qeyd etdi.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 İyul 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri