Türkiyədə növbəti genişmiqyaslı əməliyyat Məşhur şərhçi də saxlanıldı
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İstanbul Cümhuriyyət Baş Prokurorluğunun futbolda qanunsuz mərc fəaliyyətləri ilə bağlı apardığı istintaq çərçivəsində bu səhər genişmiqyaslı əməliyyat keçirilib.
QOL.az bu barədə "Hürriyet" qəzetinə istinadən xəbər verir. Məlumata görə, əməliyyat zamanı bir sıra futbolçular və bəzi klub rəhbərləri polis tərəfindən saxlanılıb.
Onların sırasında futbol şərhçisi Ahmet Çakar da var. O, tibbi müayinədən keçirilmək üçün xəstəxanaya gətirilib.
"CNN Türk"ün müxbiri Merve Tokaz canlı yayımda əməliyyatın bu gün səhər saatlarında həyata keçirildiyini bildirib.
Tokazın sözlərinə görə, saxlanılanlar arasında klub rəhbərləri, futbolçular və idman şərhçiləri var:
“Baş Prokurorluq tərəfindən başlanılan istintaq çərçivəsində MASAK hesabatları və iddiaların mərkəzində olan şəxslərin hesab hərəkətləri araşdırılıb. Bu gün səhər İdman Cinayətləri Bürosu tərəfindən əməliyyat keçirildiyi məlumatı var. Hazırda dəqiq say açıqlanmayıb”, – deyə o bildirib.
Saxlanılan şəxslərlə bağlı hüquqi proses davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 05 Dekabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















