Icma.az
close
up
RU
Azərbaycanda legitim siyasi sistemin güclənməsi fonunda radikal müxalif yanaşmaların növbəti iflası

Azərbaycanda legitim siyasi sistemin güclənməsi fonunda radikal müxalif yanaşmaların növbəti iflası

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


2025-ci il Azərbaycan xalqının tarixində Konstutusiya və suverenlik ili kimi yadda qalacaq. Bu gün şanlı zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa və quruculuq fəaliyyəti, məcburi köçkün əhalinin tədricən öz doğma yurd-yuvalarına qayıdışı, energetika və nəqliyyat sahələrində həyata keçirilən infrastruktur layihələr, sosial rifahın yüksəlməsinə yönələn fəaliyyət və s. hakimiyyətə olan etimadı və onun legitimliyini daha da gücləndirmişdir.
Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycanın bugünkü inkişaf modeli Ulu Öndər Heydər Əliyevin siyasi kursunun məntiqi davamıdır. Dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi modernizasiya, beynəlxalq arenada balanslaşdırılmış xarici siyasət və milli maraqlara söykənən strateji xətt – məhz bu ideyaların varisliyi hakimiyyətə güclü ənənəvi legitimlik qazandırır. Cəmiyyət də bu siyasi xəttin ölkəyə sabitlik və inkişaf gətirdiyinin şahididir və onu müdafiə edir.
Beləliklə, müasir Azərbaycanın siyasi sistemi sürətlə dəyişən qlobal və regional çağırışlar fonunda öz dayanıqlığını və idarəolunma qabiliyyətini nümayiş etdirir. Hakimiyyətin milli maraqlara əsaslanan strategiyası, cəmiyyətin sabitlik və inkişafdan doğan gözləntiləri siyasi spektrin bütün elementləri – o cümlədən müxalifət tərəfindən obyektiv qiymətləndirilməlidir. Əfsuslar olsun ki, bəzi müxalif qüvvələr tərəfindən biz bu obyektiv yanaşmanı görmürük. Bu gün yalnız destruktiv ritorikaya əsaslanan radikal müxalifətin nə real siyasi proqramı, nə də cəmiyyətin sosial-siyasi ehtiyaclarına uyğun təklifləri mövcuddur. Bu səbəbdən də xalqın onlara dəstək verməməsi təsadüfi deyil.
Bu məsələnin aktuallığını son günlər Azərbaycan cəmiyyətində Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planı və həmin planın həyata keçirilməsində Əli Kərimli və AXCP-nin ətrafında cərəyan edən proseslər və aparılan müzakirələr də təsdiqləyir. Nəzəri baxımdan bu bir siyası aksuomdur ki, müxalif mövqelərdən çıxış edən siyasi qüvvələr konstruktiv ideyaların daşıyıcısı olmağa çalışmalıdır. Belə müxalifət ümummilli dəyərləri bölüşməli, dövlətçilik xəttinə alternativ deyil, tamamlayıcı və tənzimləyici siyasi institut kimi çıxış etməlidir.
Təəssüf ki, uzun illər ərzində Azərbaycanda radikal mövqelərdən çıxış edən bəzi “müxalifət” yönümlü siyasi qruplar bu tələblərə cavab vermir. Xarici güclərin və bəzi qonşu dövlətlərin təsiri nəticəsində bu qrupların daxili sabitliyin pozulmasına xidmət edən destruktiv fəaliyyəti nəticəsində Azərbaycanın milli maraqları dəfələrlə zərbə altına qoyulmuşdur. Vaxtilə Rusiyada yaradılan “Milyarderlər İttifaqı”, “Ziyalılar forumu” və Milli Şura kimi təşəbbüslər buna bariz nümunədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı tarixi qələbə və daha sonra 2023-cü ildə anti-terror əməliyyatı nəticəsində suverenliyimiz tam təmin edilməsi xalqın, Prezidentin və Ordunun vəhdətini bir daha dünyaya nümayiş etdirdi. Bu tarixi hadisələr Cənubi Qafqaz regionunda güc balansını dəyişdirməklə, yeni geosiyasi mühitin əsasını qoydu və Ukrayna böhranı fonunda Rusiyanın və digər xarici aktorların bu bölgədə yerləşən ölkələrin daxili siyasi proseslərinə müdaxilə etmək maraqlarını daha da artırdı. Yaranmış vəziyyətdə Azərbaycanın milli maraqlarıni uca tutan istənilən siyasi qüvvə xarici dairələrin təsiri altına düşməməlidir. Əks halda milli təhlükəsizlik baxımından dövlətçiliyə zərər vurmağa çalışan istənilən qüvvənin fəaliyyətinə ciddi siyasi və hüquqi qiymət verilməlidir.
O ki qaldı Ramiz Mehdiyevə, Əli Kərimliyə və digərlərinə, Azərbaycan hüquqi dövlətdir və əmin olmaq olar ki, aparılan istintaq tədbirləri nəticəsində dövlətçiliyə qarşı ağır cinayətlərdə ittiham olunan bu adamların əməllərinə hüquqi qiymət veriləcək və onlar layiqli cəzalarını alacaqlar.
Gülşən Paşayeva, Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Dekabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see304

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see277

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see248

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see196

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see184

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see166

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see165

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see128

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see128

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri