Icma.az
close
up
RU
Suriyalıların Türkiyədən gedişi sürətlənir Son rəqəmlər

Suriyalıların Türkiyədən gedişi sürətlənir Son rəqəmlər

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2021-ci ildən bəri Türkiyədəki Suriyalıların sayı azalmağa davam edir. Xüsusilə 2024-cü ilin dekabrında Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra bu prosesin daha da sürətlənəcəyi proqnozlaşdırılırdı. Bu kontekstdə Suriyalıların geri dönüşü, onların Türkiyədəki sayı və yerləşmə bölgələri ilə bağlı son rəsmi məlumatlar açıqlanıb.

250 min nəfər geri dönüb

Modern.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bu həftə CNN Türk kanalına verdiyi açıqlamada bildirib ki, 8 dekabr 2024-cü ildə Suriyada Əsəd rejiminin devrilməsindən bəri 250 min 64 nəfər Suriyalı ölkəsinə qayıdıb. Nazirin sözlərinə görə, hazırda təxminən 26-27 min nəfər Suriyalı da ölkəsinə dönüş üçün hazırlıq mərhələsindədir.

Bütün geri dönənlərin sayına gəldikdə isə, 2016-cı ildən bu yana 1 milyon 126 min Suriyalının könüllü şəkildə ölkəsinə geri döndüyü açıqlanıb. Hökumət bu prosesləri "könüllü, təhlükəsiz və ləyaqətli dönüş" prinsipləri əsasında həyata keçirdiyini bildirir.

Lakin bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Suriyalıların bəzən məcbur şəkildə geri göndərildiyini və bunun insan hüquqları baxımından narahatlıq doğurduğunu vurğulayıb.

Türkiyədə neçə Suriyalı yaşayır?


Göç İdaresi tərəfindən yayımlanan son məlumatlara görə, 2025-ci il 22 may tarixinə olan statistikaya əsasən, Türkiyədə 2 milyon 723 min 421 nəfər Suriyalı yaşayır. Bu rəqəm, 2021-ci ildəki maksimum 3 milyon 737 min 369 nəfərlik göstəricidən xeyli aşağıdır və azalma tendensiyası davam edir.
Suriyalıların böyük əksəriyyəti "müvəqqəti qorunma statusu" ilə yaşayır və bu statusun təqdim etdiyi imkanlardan faydalanır.

Ən çox Suriyalı harada yaşayır?


Suriyalıların Türkiyə üzrə bölgələrə görə yerləşməsində İstanbul birinci yerdədir. Burada 437 min 687 nəfər Suriyalı yaşayır.


İstanbuldan sonra gələn şəhərlər:

 Gaziantep – 381.024 nəfər
 Şanlıurfa – 236.901 nəfər
 Adana – 201.877 nəfər
 Hatay – 190.575 nəfər
 Mersin – 171.906 nəfər
 Bursa – 157.968 nəfər
 Konya – 112.577 nəfər
 İzmir – 109.327 nəfər
 Ankara – 79.387 nəfər


Ən az Suriyalı isə Hakkari şəhərində qeydiyyatdadır. Belə ki, burada cəmi 6 nəfər suriyalı yaşayır. Digər aşağı göstəricili bölgələr:


 Bayburt – 32 nəfər
 Tunceli – 38 nəfər
 Artvin – 66 nəfər
 Iğdır – 79 nəfər
 Gümüşhane – 91 nəfər

Cins və yaş bölgüsü

Cins bölgüsünə görə 


 Kişi: 1 milyon 405 min 671 nəfər
 Qadın: 1 milyon 317 min 750 nəfər


Yaş bölgüsünə görə:


  0-4 yaş: 390 min 292 nəfər
  5-17 yaş: 931 min 872 nəfər
 18-64 yaş: 1 milyon 355 min 940 nəfər
  65 yaşdan yuxarı: 45 min 317 nəfər
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 May 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri