Icma.az
close
up
RU
Suriyanı kim qarışdırdı, prosesi kim idarə edir Yeni burulğanda maraqlı olanlar

Suriyanı kim qarışdırdı, prosesi kim idarə edir Yeni burulğanda maraqlı olanlar

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Suriyanın şimal-qərb bölgəsində Əsəd rejiminə müaxlif "Heyət Təhrir əş-Şam"ın İdlib və Hələbdə başlatdığı əməliyyat və qısa zamanda Əsəd qoşunlarını məğlubiyyətə uğradıb Hələbi ələ keçirməsi, dünyanın diqqətini yenidən Yaxın Şərqə cəlb edib. 

İndi hamını düşündürən bir məqam var və bu da ondan ibarətdir ki, "Heyət Təhrir əş-Şam"ın (HTŞ) gözlənilmədən Əsəd rejiminə qarşı belə bir sürətli əks-hücum əməliyyatı keçirməsinin səbəbi nə idi? Bunun arxasında hansı planlar dayanır. Kimlər bunu idarə edir?

Hələ İsrail-Qəzza, İsrail-Hizbullah qarşıdurması zamanı yazdığımız yazılarda bu münaqişə coğrafiyasının genişlənməsi və növbəti ölkənin Suriya olacağı barədə qeyd etmişdik.

Suriyada münaqişənin alovlanmasında ilk növbədə ən maraqlı tərəf İsrail, Pentaqon və dünyanın silah maqnatlarıdır. 

İsrail:

Bölgədə İranın proksi güclərinin sıradan çıxarılması istiqamətində əməliyyatlarını davam etdirməkdədir.  Qərb ölkələrinin təzyiqlərindən sonra İsrailin baş naziri Benyamin Netanyahu Livanda müəyyən mənada atəşkəsə razı olub. Lakin buna baxmayaraq İsrail İranın bölgədəki mövqeyini zəiflətmək istiqamətindəki planlarını həyata keçirmək üçün başqa taktikaya əl atıb. "Heyət Təhrir əş-Şam"ın son günlərdə əməliyyat keçirdiyi Hələb 2016-cı ildən sonra Əsəd rejiminin nəzarətində olsa da, faktiki olaraq Hizbullahın nəzarətində idi. Bu mənada HTŞ-nin əməliyyatı İsrailin bölgədə eskalasiya yaratmaq və niyyətlərinə nail olmaq üçün bunu davam etdirmək baxımdan maraqlarına xidmət edir.

Pentaqon:

Tramp seçkiöncəsi vədlərində Suriyadan ABŞ qoşunlarını çıxaracağını, Rusiya-Ukrayna müharibəsində sülhə nail olmaq istiqamətində addımlar atacağını bəyan edib. Bu isə Pentaqonla yanaşı, ABŞ-dəki bəzi qüvvələrin, o cümlədən dünya silah maqnatlarının maraqlarına uyğun gəlmir. Bu qüvvələr Tramp rəsmi şəkildə öz vəzifəsinə başlamazdan öncə yaranmış bu boşluq fürsətindən faydalanaraq Rusiya-Ukrayna müharibəsini şiddətlənməsinə və Yaxın Şərqdə, xüsusən də Suriyada münaqişə böhranın dərinləşdirməyə çalışırlar. Bu yolla öz planlarını həyata keçirməyə çalışırlar. Ona görə də HTŞ-nin İsrail və ABŞ-nin "xeyir-duası" olmadan belə bir əməliyyata başlamazdı.  
Bunun üçün Suriyadakı son durumla bağlı Türkiyə xarici işlər naziri Hakan Fidanın bəyanatına diqqət yetirmək kifayət edər. Hakan Fidan bəyan edib ki, oradakı terror strukturu hazırda tamamilə ABŞ-dən asılı olan süni bir quruluşdur: "Bir insanın reanimasiyada oksigen maskası olmadan yaşaya bilməyəcəyini təsəvvür edin. Bölgədəki terrorçu qrupların oksigen maskaları da Amerikadadır. Əgər ABŞ oksigeni kəssə, onlar üç gün yaşaya bilməz". 

Bununla da İsrail, Pentaqon, silah maqnatlarının və bəzi digər maraqlı güclərin əsas hədəfi Trampa  başqa alternativ buraxmamaqdır.

Rusiya:

Rusiya da Suriyada vəziyyətin gərginləşməsində maraqlıdır. Kreml artıq Əsəd rejiminə açıq şəkildə dəstək vermək istiqamətində addımlar atmaqdadır. Bu məqsədlə də Rusiyanın Suriyadakı hərbi qüvvələri Hələb ətrafında HTŞ-yə qarşı əməliyyata başlayıb. Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Suriyadakı Rusiya Hərbi Hava Qüvvələri silahlı qruplaşmanın (yəni HTŞ-nin-red) texnika və canlı qüvvəsinə, nəzarət-buraxılış məntəqələrinə, anbarlarına və artilleriya mövqelərinə raket zərbələri endirir. Moskva yaxın Şərqdəki vəziyyəti daha da xaosa sürükləməklə bir neçə məqsədə nail olmağı hədəfləyir. Birincisi, Qərbin diqqətini Ukrayna cəbhəsindən yayındırmaq, ikincisi, Ukraynada, xüsusən də Donbasda və digər ərazilərdə ələ keçirdiyi ərazilərdə mövqelərini möhkəmləndirməyi, üçüncüsü, Kurskdan Ukrayna ordusunu çıxarmağı, dördüncüsü, Yaxın Şərqdəki mövqelərinin qoruyub saxlamağa, beşincisi, Qərblə danışıqlar masasında öz şərtlərini daha rahat şəkildə diktə etməyə xidmət edir.

Türkiyə:

Suriyadakı son hadisələr Ankaranın bir tərəfdən maraqlarına uyğundursa, digər tərəfdən onu ciddi narahat edir.

Birincisi, marağı ondan ibarətdir ki, Ankara Türkiyənin təhlükəsizliyinə qarşı ciddi təhdid yaradan YPG/PYD-yə qarşı yeni antiterror əməliyyatına başlaya bilər.  

Artıq Ankara yaranmış vəziyyətlə bağlı Vaşinqtonu xəbərdar edərək baş verənlərin Türkiyə üçün həssas məsələ olduğundan proseslərə biganə qalmayacaqlarını bəyan ediblər. 

"Bununla bağlı mövqeyimizi ABŞ-yə çatdırmışıq. Oranı ABŞ həssas bölgə gördüyü kimi, bizim üçün də həssasdır. Deyirik ki, bir gün seçim nöqtəsinə gəlib oradakı quruluşa icazə versəniz, səhv seçim etmiş olarsınız. ABŞ bizim qətiyyətli mövqeyimizi çox yaxşı bilir. Bu coğrafiyada mövcud olandan başqa yeni bir terror dövlətinin qurulma prosesi mümkün deyil və buna imkan verilməyəcək", - nazir Hakan Fidan bəyan edib. 

İkinci məqam isə ondan ibarətdir ki, HTŞ-nin bu əməliyyatı YPG/PYD-nin zəifləməsinə gətirib çıxara bilər. HTŞ generalı Əhməd Rahal müxalifətin Hələbə girməsini belə dəyərləndirib: “Biz Suriyada Əsəd və Hizbullahın sürətlə süqutunun, o cümlədən YPG-nin Menbic və Tel Rıfata yaxın bölgələrdə yıxılmasında mütləq təsirli olacağını düşünürük”.

Amma rəsmi Ankara baş verən proseslərdə əli olmadığını bəyan edib. Bununla yanaşı, proseslərin Türkiyə sərhədinə yaxın bölgədə baş verməsi Ankara üçün müəyyən təhdidlər yaratması mümkündür.

İran:

Baş verənlər birbaşa Tehranın maraqlarına uyğun deyil. Bu İranın bölgədəki zəifləməkdə olan mövqelərinin daha da zəifləməsinə səbəb olacaq. İran təkcə bölgədə təsir mövqeyi baxımından deyil, eyni zamanda canlı qüvvə baxımdan da Hələb savaşı zamanı itkiyə məruz qalıb. Hətta bu əməliyyat zamanı SEPAH yüksək vəzifəli generalı və zabitlərini itirib. İranın "Mehr" agentiliyi Hələbdə yüksəkvəzifəli SEPAH generalı Kümars Purhaşeminin HTŞ tərəfindən öldürüldüyü barədə məlumat yayıb. Purhaşemi Hələbdə İran hərbi məsləhətçilərinin komandanı olub.

Son olaraq onu qeyd etmək olar ki, Suriyada HTŞ-nin aktivləşməsi, Yaxın Şərqdə maraqlı güclərin maraqlarını təmin etmək istiqamətində başladılan geosiyasi və geoiqtisadi oyunların davamıdır. Bu yolla maraqlı güclər Qəzza və Livandan sonra Suriyada vəziyyəti gərginləşdirməklə münaqişə coğrafiyasını genişləndirməyə və böhranı dərinləşdirib xaosa sürükləməyə çalışırlar.

Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Noyabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see280

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see162

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri