Suriyanın Baş naziri müxlif qüvvələrlə danışıqlar aparır Bəşər Əsədin harada olduğunu bilmirlər
Suriyanın Baş naziri Məhəmməd Qazi Əl-Cəlali hökumətin Suriya döyüşçülərinin rəhbərləri ilə danışıqlar apardığını açıqlayıb.
O, bu barədə “Al Arabiya” telekanalına danışıb.
Baş nazir bildirib ki, Əsədlə son dəfə dekabrın 7-də axşam əlaqə saxlayıb. Hökumət ölkə prezidentinin harada olduğunu bilmir.
Onun sözlərinə görə, Suriya nazirlərinin əksəriyyəti Dəməşqdə qalır. Baş nazir söyləyib ki, hökumət qüvvələrinə tabe olan respublikanın müdafiə nazirliyinin fəaliyyət göstərib-göstərmədiyini bilmir.
Baş nazir vurğulayıb ki, Suriya hökuməti Əsədin rəhbərlik etdiyi təhlükəsizlik xidmətləri ilə əlaqəli deyil.
Baxış sayı:48
Mənbə:https://mia.az