Suriyanın Moskvadakı səfirliyində müxalifətin bayrağı qaldırıldı!
Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya prezidenti Vladimir Putinin müttəfiqi Bəşər Əsəd silahlı müxalifət qrupları tərəfindən devrildi.
Rusiyanın Dəməşqdəki yeni administrasiya ilə bağlı atacağı addımlar maraqla qarşılanarkən, Suriyanın Moskvadakı səfirliyində müxalifətin bayrağı qaldırılıb.
2015-ci ildə Moskvanın Suriyadakı vətəndaş müharibəsinə müdaxiləsi ilə Əsədin hakimiyyətdə qalmasına kömək edən Rusiya prezidenti Vladimir Putin baş verənlərlə bağlı hələlik şərh verməyib.
2011-ci ildən bəri Suriya vətəndaş müharibəsi nəticəsində Suriyanı təmsil etmək üçün müharibədə müxtəlif qruplar tərəfindən istifadə edilən ən azı iki bayraq var.
Baas Partiyasının rəhbərlik etdiyi Suriya Ərəb Respublikasının hökuməti əvvəlcə Birləşmiş Ərəb Respublikasının istifadə etdiyi qırmızı-ağ-qara üçrəngli rəngdən istifadə edirdi.
Suriya Milli Koalisiyası kimi Suriyalı müxalif qrupların istifadə etdiyi bayraq yaşıl-ağ-qara rənglərdən ibarətdir.
Mövsüm
Aznews.az
Baxış sayı:103
Bu xəbər 09 Dekabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















