Suriyanın xarici işlər naziri Vaşinqtona ilk rəsmi səfərini ABŞ paytaxtına edir
Operativ MM saytına istinadən Icma.az xəbər verir.
Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani ötən il İslamçı qüvvələrin Dəməşqdə hakimiyyətə gəlməsindən sonra ilk rəsmi səfəri üçün cümə axşamı Vaşinqtona gələcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, son 25 ildən artıq müddətdə Suriyadan ABŞ-yə edilən ilk yüksək səviyyəli diplomatik səfər olacaq.
Senator Lindsey Qraham bildirib ki, səfər çərçivəsində nazir ABŞ Konqresinin üzvləri ilə görüşlər keçirəcək. Görüşlərin əsas mövzusu isə Suriyaya qarşı tətbiq olunan ABŞ sanksiyalarının ləğvi məsələsinin müzakirəsi olacaq.
Qeyd edək ki, ABŞ Suriyaya qarşı son illərdə bir sıra sanksiyalar tətbiq edib. Bu tədbirlər əsasən insan haqlarının pozulması, daxili münaqişələr və terrorçuluqla əlaqədar addımlarla əsaslandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 18 Sentyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















