Suriyanın yeni hakimiyyətindən PKKya son xəbərdarlıq... Müzakirə istəkləri rədd edildi AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Suriyanın yeni hakimiyyət orqanları ölkənin şimalında yerləşən terrorçu PKK yaraqlılarından qeyd-şərtsiz silahları yerə qoymağı tələb edib.
“AzPolitika” xəbər verir ki, bu barədə “Hürriyet” qəzetinin məşhur köşə yazarı Əbdülkadir Selvi yazıb.
Müəllif qeyd edib ki, terrorçu təşkilatın nümayəndələri bəzi şərtlər irəli sürməyə cəhd etsələr də, yeni hakimiyyət onların qaldırdığı məsələləri müzakirə belə etməyib, PKK/PYD-nin qeyd-şərtsiz silahı yerə qoymasını tələb edib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın silahı yerə qoymaqdan başqa çarəsinin olmadığını bəyan edib. Onun sözlərinə görə, ya yaraqlılar silahlarını torpağa basdıracaqlar, ya da onlarla birlikdə basdırılacaqlar.
“Üçüncü yol yoxdur”, - deyə Türkiyə lideri xəbərdarlıq edib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 06 Yanvar 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















