Icma.az
close
up
RU
Suriyaya gedən azərbaycanlı qadınlar DANIŞDI: terroru maliyyələşdirənlərin MƏHKƏMƏSİ

Suriyaya gedən azərbaycanlı qadınlar DANIŞDI: terroru maliyyələşdirənlərin MƏHKƏMƏSİ

Icma.az, Lent az saytına istinadən bildirir.

Terroru maliyyələşdirmədə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Məhkəmədə ifadə verən E. Rəhimova təqsirləndirilən şəxsləri tanımadığını bildirib: “Mənim kartımdan pul göndərilsə də, o əməliyyatı mən etməmişəm. Vatsapda paylaşılan xəstə uşaqlara, qadınlara yardım üçün pul göndərmişəm. İstintaq zamanı mənə deyildi ki, 300 manat göndərmişəm. İfadəmdə də demişəm ki, mənim o puldan xəbərim yoxdur. Ola bilər ki, vatsapda paylaşılan yardım adı altında pul göndərilib. Dəqiq heç nə bilmirəm”.

Daha sonra məhkəmədə şahid qismində dindirilən Aytən İsayeva uzun müddət Suriyada yaşadığını bildirib: “Mən 2013-cü ildən 2023-cü ilədək Suriyada yaşamışam. Ərim məndən qabaq getmişdi. Sonra mən, övladım və qardaşım getdik. Xəqanini tanıyıram. Qardaşımın qaynıdır. Bir dəfə görmüşəm. Mən Xəqaniyə pul göndərməmişəm. Əksinə, o bizə pul göndərib”.

Şahid Məlahət Mustafayeva ifadəsində təqsirləndirilən Xəqanini tanıdığını, oğlunun qaynı olduğunu bildirib: “Biz Suriyaya getdik. Bir ildən sonra peşman oldum. Oğlum Elşən Azərbaycan vətəndaşıdır. O, Xəqani ilə sözləşmişdi. Xəqani bizə 30 min pul verdi. Həmin pula biz ev aldıq. Həmin pulun 11 500 dolları bizim Suriyadakı satılan evin pulu idi. Həmin pula 1000 dollar da əlavə yardım kimi göndərildi. Bu pul barəsində oğlum və yoldaşı arasında söhbət olub. Lakin mən bu barədə heç nə bilmirəm. Qalan pulun mənbəyi də mənə məlum deyil. Xəqanini bir dəfə görmüşəm. Eşitdiyimə görə, o, xeyriyyəçidir”.

Xəqani Ömərov ifadəyə münasibət bildirərək qeyd edib ki, Elşən ona deyib ki, ailəsi Suriyaya gələcək və bunun üçün yardım toplanılmalıdır. Sonra onlara ev lazım olduğunu, ailəsinin kirayədə qalmasını istəmədiyini və toplanan ianələrin də özündə saxlamasını bildirib. Həmin pulların da ianə olduğunu qeyd edib.

Şahid Zəminə Əliyeva bildirib ki, təqsirləndirilən şəxsi tanımır və ona pul göndərməyib: “Mən ailəmlə birlikdə Suriyada 10 il yaşamışam. 2012-ci ildən 2022-ci ilədək ailəmiz orada olub. Yoldaşım həlak oldu. Sonra ölkəyə döndük. Mən Xəqaniyə pul göndərməmişəm. Lakin Aytən İsayevaya 100 manat pul göndərmişəm. Mən orada yaşayanda bizə yardımlar verilib. Həmin yardımlar ərzaq formasında olub. Mənə də yardımların verilməsini əks etdirən video göndərilib. Biz ölkəyə qayıdanda döyüşlər davam edirdi”.

Şahid Ruslan Məmmədov məhkəməyə verdiyi ifadəsində bildirib ki, qardaşı Suriyada yaşayıb: “Qardaşım Suriyada yaşayıb. O, orada kənd təsərrüfatı layihəsi ilə məşğul idi. Bu barədə ətraflı məlumatım yoxdur. Qardaşım namaz qılan idi, amma döyüşmürdü. Mən qardaşıma görə pul göndərmişəm. Qardaşım Ramin Məmmədov orada hansısa əməliyyatlarda iştirakı, döyüşü ilə bağlı deyil, başqa bir işlə əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən axtarışda olub”.

Şahid İsmayıl Məmmədov bildirib ki, ticarətlə məşğuldur, karta pul göndərib, amma məqsədi sırf yardım üçün olub: “Mənim məqsədim yardım olub. Mən karta yardım üçün iki dəfə pul göndərmişəm. Özüm də pul yığıb, toplayıb birdəfəyə göndərmişəm. İndi də kiməsə yardım lazım olsa, əlimdən gələni edib yardıma çalışaram”.

Şahid Elşən Məmmədov bildirib ki, təqsirləndirilənlərdən yalnız Anarı tanıyır: “Anar mənim kartıma pul göndərmişdi. Mən də onu başqa karta köçürmüşəm”.

Anar bu ifadəni təsdiqləyib və bildirib ki, öz kartı olmadığı üçün bunu Elşəndən xahiş edib.

Daha sonra təqsirləndirilən Xəqani Ömərovun vəkili ev dustaqlığı ilə bağlı vəsatət verib.

Məhkəmə vəsatəti təmin etməyib.

Proses digər iki şahidin ifadəsi ilə 16 sentyabrda davam etdiriləcək.

Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər. Təqsirləndirilən şəxslərə qarşı AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Avqust 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see216

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see187

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see126

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri