Icma.az
close
up
RU
Terroru maliyyələşdirməkdə təqsirləndirilənlərin növbəti məhkəməsi oldu

Terroru maliyyələşdirməkdə təqsirləndirilənlərin növbəti məhkəməsi oldu

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Terroru maliyyələşdirməkdə təqsirləndirilən və istintaqı Dövlət Təhlükəsizlik Xidmətində (DTX ) aparilan Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Unikal"ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən proses şahidlərin ifadələri ilə davam edib.

Prosesdə şahid kimi ifadə verən E. Rəhimova təqsirləndirilən şəxsləri tanımadığını bildirib.

“Mənim kartımdan pul göndərilsə də, o əməliyyatı mən etməmişəm. Ümumi, vatsapda paylaşılan xəstə uşaqlara, qadınlara yardım üçün pul göndərmişəm. İstintaqda dedilər ki, sən 300 manat göndərmisən. İfadəmdə də demişəm ki, mənim xəbərim yoxdur. Dəqiq heç nə bilmirəm”.

Figər şahid Aytən İsayeva isə təqsirləndirilənlərdən Xəqani Ömərovu tanıdığını bildirib:

"Xəqani qardaşımın qaynıdır. Mən 2013-cü ildə qızımla Suriyaya getmişdim, 2023-cü ildə oradan qayıtmışıq. Suriyada olanda Azad Suriya Ordusu bizə maliyyə yardımı edirdi. Ehtiyac olduğu üçün Xəqani də bizə yardım göndərirdi. Xəqaninin Azərbaycanda hansı işlə məşğul olduğunu bilmirdim".

Cinayət işinində adı keçən şəxslərdən biri olan Elşən Mustafayevin anası Məlahət Mustafayevdə şahid qismində ifadəsi zamanı üzərinə düşən sualları cavablandırıb.

"Biz Suriyaya getmişdik, bir il qalandan sonra qayıtmaq istəyirdik. Elşən Azərbaycan vətəndaşıdır. Biz Suriyadakı evimizi 11 min 500 dollara satmışdıq. Xəqani ilə Elşən arasında razılaşma var idi. Bu razılaşmaya görə Xəqani bizə 30 min manata yaxın pul vermişdi. Qalan məbləğin haradan gəldiyini bilmirəm", - şahid deyərək bildirib.

Təqsirləndirilən Xəqani Ömərov isə ünvanına deyilənləri cavablandıraraq vurğulayıb ki,onlara verdiyi 30 min manatın müəyyən hissəsini tanımadığı şəxslər sədəqə kimi onun kart hesabına atıb.

Şahid İsmayıl Məmmədov ifadəsində özünün və yoldaşının kartından Xəqani Ömərovun kartına məbləğ köçürüldüyünü təsdiqləyib:

“ 1200 manat sədəqə məqsədi ilə karta köçürmüşəm. Həmin karta pul göndərilməsi və yardım edilməsi barədə heç bir paylaşım etməmişəm. Yalnız yaxınlara, qohumlara demişəmki Ramazan ayıdı köməklik edin. Pulların kimin hesabına köçürülməsi barədə xəbərim yoxdu. Atdığım məbləğin hərbi əməliyyatlarla bağlılığı ilə əlaqəsi yoxdur. Göndərdiyim pulların aydiyatı üzrə xərclənməsi barədə daha sonra heçnə dəqiqləşdirməmişəm.”

Daha sonra Xəqani Ömərovun vəkili müdafiə etdiyi şəxsin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin növbəti iclası 16 sentyabr tarixinə təyin edilib.

Qeyd edək ki, adıçəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

İttihama görə, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Avqust 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri