Icma.az
close
up
RU
Sürücü çatışmazlığı dünyada böyük problemdir Zahid Oruc

Sürücü çatışmazlığı dünyada böyük problemdir Zahid Oruc

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycanla Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında”Saziş ilk baxışda texniki xarakterli razılaşma təsiri bağışlasa da, qərar ölkəmizin gələcək iqtisadi siyasətinin mühüm elementlərindən biridir. Ölkəmiz Qələbədən sonra yeni mərhələyə daxil olur-yalnız yollar, limanlar və dəhlizlər deyil, məhz həmin infrastrukturu işlədən insan kapitalı-o cümlədən, sürücülər olmadan dövlətlərarası ticarəti hərəkətə gətirmək mümkün deyil. Belarusla imzalanan sənəd sürücülər üçün hüquqi baryerləri aradan qaldırır, daşımalar üçün yeni imkanlar açır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Zahid Oruc dedi.

O əlavə etdi ki, Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan regional nəqliyyat və logistika mərkəzinə - yəni,“hub”a çevrilməyə çalışır. Həmin siyasətin əsasını Şərq–Qərb dəhlizi, Şimal–Cənub nəqliyyat xətti və yaxın gələcəkdə açılması gözlənilən Zəngəzur yolu təşkil edəcək:

"Ermənistanla sülh gündəliynin nəticəsi olaraq, regionda bütün kommunikasiyalar açılacaqdır. Nəticədə, ənənəvi tarixi yollar və daşımaçılıq bərpa olunacaq, yeni marşrutlar və yük axınları yaranacaq. Lakin sürücü yoxdursa, daşıma şirkətləri güclü deyilsə, beynəlxalq sertifikatlaşma sistemi qurulmayıbsa, o zaman layihələr öz potensialını tam reallaşdıra bilməyəcək. Azərbaycanda rəsmi statistikaya görə yüz minlərlə aktiv sürücülük vəsiqəsi olan vətəndaşımız var. Rəqəmlər ali təhsil diplomu daşıyan insanlar qədər böyük iqtisadi gücə və potensiala malik qüvvənin varlığını göstərir. Təkcə yükdaşıma sektorunda 5 mindən artıq aktiv daşıyıcı şirkət və 30–50 min arası peşəkar sürücü fəaliyyət göstərir. Belə bir şəraitdə Belarusla imzalanan saziş müəyyən sayda sürücülərə yeni imkanlar açır - vətəndaşlarımız daimi yaşadıqları halda hüquqi və inzibati baryerlərdən azad olunur, vəsiqələri tanındığı və dəyişmək imkanı qazandığı  üçün hərəkət müstəqilliyi əldə edir, işləməkdən ötrü əlavə imtahanlardan keçmir, izafi vaxt və maliyyə resursu itirmir. Nəticədə, əmək bazarı genişlənir, gəlir dövriyyəsi və iqtisadi aktivlik artır.

İkincisi, saziş logistika şirkətləri üçün ciddi üstünlüklər yaradır. Çünki sürücü çatışmazlığı dünyada böyük problemdir. Nəinki Avropada, keçmiş sovet məkanında da yüz minlərlə sürücüyə ehtiyac var. Bir sürücü xaricdə həftələrlə bürokratiyaya və sənədlərini dəyişməyə sərf edirsə, bütün logistika zənciri zəifləyir. Ona görə də müzakirəyə çıxarılan Saziş mühüm iqtisadi-sosial əhəmiyyətə malik olmaqla, iki ölkə arasında tranzit sürətini artırır, xərcləri azaldır və daha rəqabətli mühit yaradır. Hesablamalara görə, belə razılaşmaların geniş tətbiqi nəticəsində yükdaşımaların səmərəliliyi 10–15 faiz arta, logistika xərcləri 5–10 faiz azala, ümumi tranzit gəlirləri isə orta müddətdə yüz milyonlarla dollar arta bilər. 
Azərbaycan artıq Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna və digər ölkələrlə oxşar sazişlər imzalayıb. Belarusla əməkdaşlıq sürücülük vəsiqəsinə malik insanlarımız üçün coğrafiyanı daha da genişləndirir. 

Lakin biz sürücülük və daşımaçılıq sektorunu ayrıca iqtisadi strategiya səviyyəsinə qaldırmalıyıq. İran ətrafında savaş götrədi ki, dünyada yeni güc mərkəzləri yalnız enerji və texnologiya ilə deyil, həm də logistika ilə formalaşır. Ölkəmizin unikal üstünlüyü var - əlverişli coğrafi mövqe, inkişaf etmiş nəqliyyat infrastrukturu və artan beynəlxalq tərəfdaşlıq yaratmışıq. Lakin bütün bunları birləşdirən əsas element insan kapitalıdır. Dünyada logistika bazarı trilyonlarla dollar həcmindədir. Biz beynəlxalq sertifikatlı sürücülər hazırlamalıyıq, logistika təhsilini genişləndirməliyik. Ona görə də ölkəmizdə iri və geniş miqyaslı daşıma şirkətlərinin formalaşmasına ehtiyac var. Dünyada kiçik operatorlarla deyil, böyük logistika brendləri ilə rəqabət aparılır. Hökumət nə qədər belə qərarlar qəbul etsə, nəqliyyat sistemimizin hərəkət coğrafiyasını, deməli, ticarət və daşımaçılığın miyqasını genişləndirmiş olacaq. O zaman yalnız neftdən asılılığa da son qoyulacaq".

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Aprel 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see346

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see290

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see282

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see279

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see265

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see262

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see256

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see255

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see235

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see227

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see218

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see210

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see206

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see206

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see205

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see202

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see202

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see194

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see189

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri