Sürücü göstərilən hansı trayektoriya üzrə hərəkət edə bilər? DOĞRU CAVAB
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Avtosfer.az saytı manevr qaydası ilə bağlı yeni sualı və doğru cavabı təqdim edir:
Sürücü göstərilən hansı trayektoriya ilə hərəkət edə bilər?
1) Yalnız A
2) A və B
3) Hər biri ilə
4) Heç biri ilə
5) B və C
Doğrucavab: 1) Yalnız A
İzah: Sürücü birtərəfli yolda hərəkət etdiyi üçün C trayektoriyası üzrə geriyə dönə bilməz. B trayektoriyası üzrə sola dönmək üçün isə qanunvericiliyin tələbinə uyğun olaraq ən sol zolaqdan həyata keçirilməli idi. Yolayrıcından sonra ikitərəfli yol başladığına görə, sürücü D trayektoriyası üzrə də hərəkət edə bilməz. Burada yalnız A trayektoriyası üzrə geriyə hərəkət etmək qaydalar çərçivəsində sayılacaqdır. Səbəbi isə həmin manevr yolayrıcında deyil, həyət ərazisi ilə kəsişmədə olduğu üçündür. Həyət əraziləri ilə kəsişmə yolayrıcı hesab olunmadığı üçün, geriyə hərəkət etmək qayda pozuntusu hesab olunmur.
Sualın ilk düzgün cavabını verən Ramil adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı.
Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Hədiyyəni əldə etmək üçün 055-491-36-86nömrəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 18 Dekabr 2024 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















