Sürücü mövcud olmayan velosiped zolağına görə cərimələndi FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Bakıda haqsız yerə cərimələndiyini iddia edən sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. O bildirir ki, 77-GE-291 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobili oktyabrın 1-də, paytaxtın Hüseyn Cavid prospektində park edib. Avtosfer.az xəbər verir ki, dayanma-durmanı qadağan edən heç bir hal olmadığı halda onun barəsində İnzibati Xətalar Məcəlləsinin 346.7-ci maddəsilə 2 bal 100 manat məbləğində cərimə tətbiq edilib. Məlum olub ki, elektron qərar velosiped zolağında park edilməyə görə tərtib olunub. Lakin qeydə alınmış fotolardan da aydın şəkildə görünür ki, dirək üzərində 4.5 nişanı olsa da, asfalt üzərində nişanlanma xətti yoxdur. Hərəkətin təşkilində natamamlıq olduğu halda sürücüyə cərimə yazılması doğru hesab olunmur.
Qeyd edək ki, 4.5 nişanı olduğu halda, nişanlanma xətləri ilə həmin zolaq digər hərəkət zolaqlarından ayrılmalıdır.
Fərid
Baxış sayı:58
Bu xəbər 08 Oktyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















