Sürücü və piyadalara çətinlik yaranan kəsişmədə yeni svetoforlar quraşdırıldı VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sürücü və piyadalara çətinlik yaranan kəsişmədə yeni svetoforlar quraşdırılıb.
Avtosfer.az xəbər verir ki, Bakının Binəqədi rayonunda nəqliyyatın axınını tənzimləmək və piyadaların təhlükəsizliyini artırmaq məqsədilə yeni svetoforlar istifadəyə verilib.
Belə ki, Əcəmi Naxçıvani küçəsi ilə Ağasadıq Gəraybəyli küçəsinin kəsişməsində quraşdırılan svetoforlar sayəsində nəqliyyat vasitələrinin hərəkəti asanlaşıb, sürücü və piyadalar üçün yaranan çətinliklər aradan qaldırılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) apardığı monitorinqlərin nəticəsinə əsasən, həmin ərazidə müşahidə olunan xaotik vəziyyətin qarşısı tamamilə alınıb.
Bundan əlavə, Binəqədi rayonunun Şah Abbas və Babək küçələrinin kəsişməsində də yeni svetoforlar quraşdırılaraq hərəkət iştirakçılarının istifadəsinə verilib.
NİİM tərəfindən paytaxt ərazisində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlərin davam etdiriləcəyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 23 Oktyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















