Icma.az
close
up
RU
Sürücülərdə narazılıq yaradan qoşa xətlə bağlı AYNA dan açıqlama VİDEO

Sürücülərdə narazılıq yaradan qoşa xətlə bağlı AYNA dan açıqlama VİDEO

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxtın Səbail rayonu, Nigar Rəfibəyli küçəsində yol hərəkətinin təşkilində müşahidə olunan uyğunsuzluq sürücülərin narazılığına səbəb olub.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” ünvanına videomaterial göndərərək məlumat verib. Görüntülərdən aydın olur ki, iki istiqamətli yolun ortasında enli qoşa xətt çəkilib və nəticədə manevr üçün nəzərdə tutulan hissədə məhdudiyyət yaranıb.

Şikayətçinin sözlərinə görə, geriyə dönmə nişanının tələbinə uyğun manevr etmək istəyən sürücülər çətinliklə üzləşirlər. O bildirib ki, əksər hallarda sürücülər təhlükəsiz manevr edə bilmək üçün avtomobili dəfələrlə irəli-geri hərəkət etdirməyə məcbur qalırlar ki, bu da həm vaxt itkisinə, həm də yol hərəkətində əlavə risklərə səbəb olur.

İzləyici aidiyyəti qurumlara müraciət edərək, məsələyə aydınlıq gətirilməsini və yol xəttlənməsinin məqsəd və funksional baxımdan yenidən nəzərdən keçirilməsini zəruri sayıb.

Məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən ərazidə işlər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi nəzərə alınmaqla, standartlara uyğun həyata keçirilib.

Onun sözlərinə görə, layihəyə əsasən zolağın eni 3,20 metr saxlanılıb. Bu isə sürücülərin piyadaların intensiv hərəkət etdiyi küçəyə daxil olarkən maksimal dərəcədə diqqətli olmaları və aşağı sürət rejimindən istifadə etmələri məqsədilə edilib.

Tural Orucov qeyd edib ki, geriyə dönmə yerində zolağın eni 4 metrə qədər artırılıb: “3,2 metrlik zolaq eni istənilən minik avtomobilinin və 3,5 tona qədər yük avtomobilinin rahat keçidi üçün kifayətdir. Dönmə radiusları normativ tələblərə uyğundur”.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 May 2026 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri