Sürücülərin bu qayda pozuntusu yolda hərəkəti iflic edir VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın bir sıra küçə və prospektlərində sürücülərin intizamsızlığı səbəbindən sıxlıq yaranır. Avtosfer.az xəbər verir ki, buna misal olaraq Ziya Bünyadov prospektini göstərmək olar. Belə ki, körpüyə qalxan hissədə sürücülər sıxlıqda qalmamaq üçün sağdakı boş zolaqlarla hərəkət edərək son anda sola manevr edirlər. Bu səbəbdən körpünün girişində sıxlıq yaranır. Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, bir neçə minik avtomobilinin, avtobusun və yük avtomobilinin bu formada hərəkət etməsi yolda sıxlığa səbəb olub. Ən pisi isə odur ki, sürücülərin yaratdığı bu vəziyyət yoldakı ümumi hərəkəti iflic edir. Süni şəkildə tıxacın yaranmaması üçün, körpü istiqamətinə hərəkət edən sürücülərin öncədən sol zolaqlarda yerləşməsi vacib hesab olunur.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 25 Noyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















