Sürücülərin hörmət etmədiyi yol nişanları: 3 bal 100 manat cəriməsi var VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda sürücülərin yol nişanlarına məhəl qoymamasına dair videogörüntü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə Dərnəgül metrostansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, təmir işləri ilə əlaqədar yola iki müvəqqəti nişan quraşdırılıb. Videodan da aydın şəkildə görünür ki, nişanın biri düzünə girişi qadağan edir, digəri isə hərəkətin sola məcburi olduğunu bildirir. Lakin sürücülərin əksəriyyəti nişanların tələblərinə əhəmiyyət verməyərək oradan düzünə hərəkət edib.
Qeyd edək ki, qanunvericiliyə görə, yola quraşdırılmış müvəqqəti nişanlar daimi nişanların tələbini ləğv edir. Sürücülərə tövsiyə edirik ki, yolda müvəqqəti nişan görən zaman onun tələbinə riayət etsin. Əks halda inzibati qaydada məsuliyyətə cəlb edilə bilər.
Fərid
bax.tvhttps://player.bax.tv/embed/227455.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 01 Oktyabr 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















