Sürücülərin nəzərinə: Bakıda bu yol təmir edilir
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun kəsişməsində cari təmir işlərinə başlayıb.
Axar.az agentliyə istinadən xəbər verir ki, sözügedən yol sahəsində aparılan təmir işləri təxminən 200 metr uzunluğunda ərazini əhatə edir.
Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənməsi (sökülməsi) işləri icra olunur. Növbəti mərhələdə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
Qeyd olunan təmir işləri nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti çətinliklərə səbəb ola biləcəyi üçün sürücülərdən ehtiyatlı olmaları və müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.
Bu mövzuda digər xəbərlər:Sürücülərin nəzərinə: Bakıda 4 günlük təmir başlayır YOLLAR
25 İyun 2025 19:26
Sürücülərin NƏZƏRİNƏ: Yanğına görə Bakıda yol bağlandı FOTO
23 Dekabr 2024 19:08
Sürücülərin NƏZƏRİNƏ Bakıda bu yollar bağlı olacaq
31 Avqust 2025 15:58
Bakıda bu küçə bağlandı: sürücülərin nəzərinə FOTO
03 Fevral 2025 13:55
Sürücülərin nəzərinə: Bakıda bu yollar bağlanır KONKRET
04 Noyabr 2025 12:23
Baxış sayı:63
Bu xəbər 18 İyun 2025 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















