Sürücülərin NƏZƏRİNƏ: Sabah Bakıda bu yollar bağlı olacaq
Icma.az, Bizim media saytına istinadən bildirir.
Binəqədi şosesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar 16 oktyabr saat 23:00-dan nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məhdudiyyət səbəbindən 8 müntəzəm marşrutun (100, 108A, 108B, 123, 133, 147, 165 və 179 nömrəli) hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.
100, 108B, 123, 133, 165 və 179 nömrəli marşrutların metronun "Azadlıq prospekti" stansiyası və əks istiqamətdə hərəkəti Biney Qazi, Gülməmməd Ramazanov, 10 May, Araz, Ozan, Telman Kəlbiyev və Zəngəzur küçələri, Binəqədi şosesi, daha sonra mövcud hərəkət sxemi üzrə təşkil ediləcək.
108A və 147 nömrəli marşrutların metronun "Azadlıq prospekti" stansiyası istiqamətdə hərəkəti 28 May, Məmməd Araz və 1-ci Göl kənarı küçələri, Ziya Bünyadov və Azadlıq prospektləri, eləcə də Çingiz Aytmatov küçəsi ilə təşkil olunacaq. Əks istiqamətdə isə avtobuslar Çingiz Aytmatov, Şövkət Məmmədova və Əcəmi Naxçıvani küçələri, Atatürk və Ziya Bünyadov prospektləri, 1-ci Göl kənarı, Məmməd Araz və 28 May küçələri, daha sonra mövcud sxem üzrə hərəkət edəcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 15 Oktyabr 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















