Icma.az
close
up
RU
Sürücülərin radarların yerini bilməsi təhlükəsizliyə maneə yaradır? EKSPERTDƏN XƏBƏRDARLIQ FOTO

Sürücülərin radarların yerini bilməsi təhlükəsizliyə maneə yaradır? EKSPERTDƏN XƏBƏRDARLIQ FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Son zamanlar sosial şəbəkələrdə sürücülər radarların yerləri barədə məlumatları bir-birinə ötürməsi halı yaşanır. Bu məlumatlar, əsasən, mobil tətbiqlər və qruplar vasitəsilə yayılır. Lakin belə paylaşımlar sürücülərin yalnız radar olan yerlərdə sürəti azaldıb, digər ərazilərdə sürət həddini aşmasına səbəb ola bilər, bu da təhlükəsizliyi təhdid edir.

Sürücülər radarların yerini əvvəlcədən necə bilirlər? – Sosial şəbəkələrdə qanun pozuntusuna çevrilən paylaşımlar nə dərəcə təhlükəlidir?

Mövzu ilə bağlı nəqliyyat eksperti Fərhad Eyyubov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu məsələnin fəlsəfi mənada təhlili göstərir ki, yol hərəkətinin təşkilinin iki əsas funksiyası var:


“Birincisi, sürət əldə etməklə vaxt qazanmaq, ikincisi isə hərəkətin təhlükəsizliyini tam şəkildə təmin etməkdir. Bu iki məsələ yol hərəkətinin əsasını təşkil edir. Düzdür, nəqliyyat sahəsində bunlardan əlavə çoxlu məsələlər var – məsələn, məhsuldarlıq, rahatlıq, yüklərin vaxtında və təyinat yerinə çatdırılması, maya dəyərinin aşağı olması və s. Amma bütün bu məsələlər yalnız hərəkətin təhlükəsizliyi təmin olunandan sonra əhəmiyyət kəsb edir. Əgər təhlükəsizlik təmin olunmursa, o zaman yuxarıda sadalanan məsələlərin heç biri önəmli olmur. Onların əhəmiyyət qazanması üçün ilk növbədə təhlükəsizlik tam təmin olunmalıdır.

Təhlükəsizliyi təmin etmək üçün müxtəlif vasitələrdən istifadə olunur. Vaxtilə bu məsələlərlə Dövlət Yol Polisi məşğul olurdu, müəyyən araşdırmalar aparılırdı. Hazırda isə bu məsələlərin təminatçısı daha da təkmilləşib, radarlar müxtəlif formalarda tətbiq olunur. Ölkəmizdəki radarlar müasir texnologiyaya əsaslanır, amma bundan daha inkişaf etmiş, “ağıllı radar” adlandırılan sistemlər də mövcuddur. Bu radarlar məsafə və bu məsafəyə xərclənən zaman üzrə hesablamalar aparılır. İki radar arasında sürəti normadan artıq olan sürücülər dərhal müəyyən olunur”.

Ekspert əlavə edib ki, sürət məsələsinə gəldikdə isə, burada da bir neçə məqam var:

“Sürət dedikdə, yalnız yüksək sürət nəzərdə tutulmur. Optimal sürət anlayışı da var, təhlükəsiz sürət anlayışı da. İdman yarışlarında yüksək sürətlər olur və orada təhlükəsizlik tam təmin edilir. Həm sürücülər peşəkardır, həm də avtomobillərin texniki göstəriciləri ona imkan verir. Amma adi avtomobillərdə bu göstəricilər olmadığı üçün eyni sürətlə getmək təhlükəlidir. Ona görə də hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunmalıdır.

Radarların yerləşdirilməsi də bu məqsədə xidmət edir. Adətən sürət pozuntularının çox olduğu ərazilərdə radarlar daha sıx yerləşdirilir. Ümumiyyətlə, Azərbaycan yolları müasir standartlara uyğunlaşdırılıb və radarlar da bu yolların təhlükəsizliyini qorumaq üçün quraşdırılıb. Bəzi yerlərdə radarlar 5 kilometrdən bir, bəzilərində isə 3 kilometrdən bir yerləşdirilir. Şəhərdaxili yollarda isə radarlar bəzən 500 metrdən bir quraşdırılır.


Əvvəllər sürücülər radarların yerləşdiyi yerləri bilmədikləri üçün narazılıq edirdilər. Amma radarların əsas məqsədi cərimə yazmaq deyil, təhlükəsizliyi təmin etmək, sürəti nizamlamaq və sürücüləri təhlükəsiz sürətə əməl etməyə yönəltməkdir. Təhlükəsiz sürət anlayışı da elə müəyyən olunmalıdır ki, həmin yolda hərəkətin təhlükəsizliyi tam təmin olunsun. Bəzən elə olur ki, yolda qoyulan sürət limiti sürücüləri psixoloji baxımdan narahat edir. Onlar həmin sürət həddinin optimal olmadığını düşünürlər. Əgər bu sürət çatdırmanı gecikdirirsə, bəzi sürücülər qaydaları pozmağa məcbur qalır. Amma əgər sübut olunsa ki, həmin yolda sürət 10-15 vahid artırılanda da təhlükəsizlik təmin olunur, o zaman sürət həddi düzgün hesab oluna bilər. Lakin bunu sübut etmək çətindir.

Sürət elə tənzimlənməlidir ki, həm təhlükəsizlik təmin edilsin, həm də sürücülər özlərini rahat hiss etsinlər. Bəzi hallarda isə, məsələn, yolda işıqlandırma zəifdirsə, sürət limiti təbii olaraq bir qədər aşağı salınmalıdır. Bu da təhlükəsizlik üçün vacibdir.

Radarların yerləşdirilməsi üçün xüsusi nişanlar var. Bu nişanlar əvvəlcədən sürücülərə radarın yaxınlıqda olduğunu bildirir. Məsələn, bu nişandan sonra 1 kilometr, 200 metr və ya 300 metr məsafədə radar quraşdırıla bilər. Amma bəzi hallarda nişan qoyulur, lakin həmin ərazidə radar olmur. Bu da o deməkdir ki, həmin yerlərdə səyyar radarlar – yəni mobil nəzarət vasitələri tətbiq edilə bilər.

Radarların yerlərini müəyyən etmək üçün sürücülər bəzən xüsusi cihazlardan istifadə edirlər. Bu cihazlar vasitəsilə radarların dalğa siqnallarını aşkar edib xəbərdarlıq verirlər. Belə cihazlar bəzi hallarda radarların fəaliyyətinə mane ola bilər. Sürücülər isə bu cihazlardan istifadə edərək radarların olduğu yerlərdə sürəti azaldır, radar keçdikdən sonra isə sürəti artırırlar. Bu yanaşma bəzən onlara sərfəli görünsə də əslində təhlükəli vəziyyət yarada bilər. Qanunvericilikdə də belə cihazlardan istifadə etmək qadağandır”.

Fərhad Eyyubov son olaraq bildirib ki, bütün bu məsələlərin fonunda bir məqam aydındır:

“Yol hərəkətinin əsas məqsədi hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülər də digər hərəkət iştirakçıları da bu məsələdə məsuliyyətli olmalıdırlar. Hər bir yol hərəkəti qayda pozuntusu sonda elə pozan şəxsin özünə də mənfi təsir edə bilər”.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 May 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see278

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see229

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see207

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see206

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see168

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see135

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see119

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see115

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see114

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see114

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see113

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see113

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see113

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri