Icma.az
close
up
RU
Sürücülərin və piyadaların skuter problemi

Sürücülərin və piyadaların skuter problemi

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illərdə Azərbaycanda, xüsusilə də paytaxt Bakıda elektrikli skuterlər və velosipedlər şəhər nəqliyyatında alternativ vasitə kimi geniş yayılıb. Bu nəqliyyat vasitələrinin sürətlə artması müsbət hal olsa da, təhlükəsizliklə bağlı yeni problemlər də yaradıb. Skuter sürənlərin yol hərəkəti qaydalarını pozması, piyadalarla eyni səkiyə çıxması, sükan arxasında qoruyucu vasitələrdən istifadə etməməsi və sürət həddini aşması qəza risklərini artırır. Vəziyyət o həddə çatıb ki, artıq Baş Dövlət Yol Polisi İdarəsi buna reaksiya verib və skuterlə hərəkət edənlərə xəbərdarlıq edib.

Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, skuterlər hazırda qanunvericilikdə "kiçik elektrik nəqliyyat vasitəsi” kimi tanınır. Onlar üçün ayrıca yol zolaqları tələb olunmur, velosiped zolaqları eyni zamanda bu tip elektrik vasitələrinin də hərəkəti üçün nəzərdə tutulub: "Əsas istifadəçi qrupu gənclərdir və təəssüf ki, onların bir qismi bu vasitələrə əyləncə obyekti kimi yanaşır, yol hərəkəti qaydalarını isə ya bilmirlər, ya da gözardı edirlər. Halbuki bu cihazlar artıq əyləncə vasitəsi yox, rəsmi nəqliyyat vasitəsi statusu alıb və onlara qarşı qanunla müəyyən cərimələr tətbiq olunur. Belə ki, skuter sürücüləri qayda pozduqda 40 manat, əgər bu pozuntu nəticəsində digər şəxsə və ya avtomobilə zərər dəyərsə, 150 manat cərimə nəzərdə tutulur. Bu da göstərir ki, məsuliyyət yalnız avtomobil sürücülərinin deyil, bütün yol istifadəçilərinin üzərindədir”.

E.Cəfərovun sözlərinə görə, skuter sürənlərin əksəriyyəti sadə qaydalara əməl etmirlər: "Halbuki bu qaydalar onların öz təhlükəsizliyi və yol hərəkətində nizamın qorunması üçün nəzərdə tutulub. Skuterləri avtomobil yolunun sol və orta zolağında idarə etmək qəti qadağandır, yalnız avtomobil yolunun sağ zolağı ilə hərəkət etmək olar. Əgər velosiped zolağı varsa, ondan istifadə etmək tövsiyə olunur. Günün bütün saatlarında skuterin həm önündə, həm də arxasında fənərlər işlək vəziyyətdə olmalıdır. Skuter, velosiped və ya mopedlə sərnişin daşımaq qadağandır, bu vasitələr yalnız bir nəfər üçün nəzərdə tutulub”.

Skuter sürücüləri üçün qeydiyyat, sığorta və ya lisenziya sistemi tətbiq olunması məsələsinə gəldikdə isə, mütəxəssis vurğulayır ki, skuter üçün qeydiyyat nömrəsi tətbiq etmək müəyyən problemlərə yol aça bilər: "Çünki bu, velosipedlərə də eyni tələbin qoyulmasını gündəmə gətirər və praktik baxımdan məntiqsiz görünər. Daha effektiv və real yanaşma maarifləndirmədir. Skuter sürənlər yol hərəkəti qaydaları barədə məlumatlandırılmalıdır. Skuteri icarəyə verən şirkətlər sürücüləri təlimatlandırmalı və mobil tətbiq vasitəsilə razılaşma formasını təsdiqlətməlidir. İstifadəçi tətbiqdə qaydaları oxuyub təsdiqlədikdən sonra skuterdən istifadə edə bilməlidir. Şəhər daxilində skuterin maksimal sürəti 15 km/saat ilə məhdudlaşdırılmalıdır. Bu, qəzaların və ağır nəticələrin qarşısını ala bilər”.

Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov isə deyir ki, problemin kompleks şəkildə həm şəhərsalma, həm də nəqliyyat planlaşdırması səviyyəsində həllinə ehtiyac var: "Ümumilikdə, Bakı şəhərində nəqliyyat problemləri müəyyən qədər nəzərə alınaraq həll olunmağa çalışılır. Şəhərin tarixi və qədim struktura malik olması səbəbindən, nəqliyyatın planlaşdırılması əvvəldən düzgün şəkildə qurulmayıb. Son dövrlərdə mikromobillik məsələləri velosipedlər, skuterlər və s. aktuallaşıb. Amma bu yanaşma daha çox şəhərin mərkəzi hissəsində özünü göstərir və ümumi nəqliyyat sistemində əsaslı dəyişiklik yaratmır”.

Alim vurğulayır ki, velosiped və skuter zolaqları təhlükəsizlik təmin ediləcək şəkildə planlaşdırılmalıdır: "Hazırda bu zolaqlarda hərəkət edən velosiped və skuter sürücülərinin təhlükəsizliyi yetərincə qorunmur. Onların əksəriyyəti təhlükəsizlik üçün nəzərdə tutulan xüsusi geyim və qoruyucu vasitələrlə təmin olunmur. Bu isə həm onların özləri, həm də digər yol iştirakçıları üçün ciddi təhlükə yaradır. Şəhərin mərkəzində yaradılan zolaqlar müəyyən dərəcədə rahatlığı təmin etsə da, əslində böyük təhlükə potensialı daşıyır və bu problem gələcəkdə daha da dərinləşə bilər. Hazırda bu nəqliyyat vasitələrinə maraq nisbətən azdır, lakin yaxın gələcəkdə, xüsusilə müəyyən yaş qrupları arasında artacağı gözlənilir. Bu insanlar isə yol hərəkəti qaydalarını mütləq bilməli və onlara ciddi şəkildə əməl etməlidirlər”.

F.Eyyubovun sözlərinə görə, nəqliyyat axınına son illərdə skuterlər və velosipedlərin də əlavə olunması xaotik vəziyyət yaradır: "Bakıda nəqliyyat axını müəyyən struktura malikdir. Şəhərdaxili ictimai nəqliyyat xüsusi avtobus zolaqları ilə hərəkət edir. Şəxsi avtomobillər, kommersiya və xüsusi nəqliyyat vasitələri isə özlərinə məxsus idarəetmə prinsipi ilə yol şəbəkəsində iştirak edirlər. Bu axına skuterlər və velosipedlərin də əlavə olunması nəqliyyat axınında müəyyən xaotik vəziyyət yaradır. Çünki skuter və velosipedlərin hərəkəti digər nəqliyyat vasitələrinin hərəkətindən həm texniki, həm də hüquqi baxımdan fərqlidir. Onlar çox zaman sərbəst və qaydalara uyğun olmayan şəkildə hərəkət edirlər. İctimai nəqliyyatın məqsədi, marşrutu və fəaliyyət prinsipi aydındır, şəxsi və kommersiya nəqliyyatı da müəyyən qaydalara tabedir. Amma skuterlər və velosipedlərdən istifadə edənlərin əksəriyyəti bu vasitələrdən istirahət, əyləncə və ya qısa məsafəli hərəkət üçün yararlandığından onların hərəkəti sistemli və məqsədyönlü şəkildə tənzimlənmir. Bu isə şəhər nəqliyyatında nizamsızlıq və təhlükə yaradır”.

Fəlsəfə doktoru vurğulayır ki, statik formada çəkilən velosiped zolaqları vizual baxımdan səliqəli görünə bilər, amma real istifadədə təhlükəsizlik və səmərəlilik təmin olunmayıbsa, bu, risk doğurur: "Velosipedçilərin hərəkəti üçün nəzərdə tutulan yollar bəzi ölkələrdə tam təchiz olunub: xüsusi zolaqlar çəkilib, onlara aid işıqforlar quraşdırılıb. Eyni zamanda, bu hərəkətin hüquqi çərçivəsi də müəyyənləşdirilib. Təəssüf ki, Azərbaycanda bu sahədə kifayət qədər normativ baza və infrastruktur mövcud deyil”. 

Mənbə: "Kaspi" qəzeti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Avqust 2025 01:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri