Sürücülük vəsiqələrinin 16 yaşdan etibarən verilməsi məsələsinə baxıla bilər AÇIQLAMA
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması nəzərdə tutulur. Bu, "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, ola bilər ki, Azərbaycanda gənclərimizin, xüsusən də moped idarə edən vətəndaşların tez-tez qəzaya düşməsi bu qaydaların dəyişdirilməsinə səbəb olub və bu addımı labüd edib:
"Eyni zamanda, həmin qəzalar zamanı baş verən ağır xəsarətlər və ölüm hallarının da yeni qərarın qəbuluna təkan verdiyi ehtimal olunur. Hesab edirəm ki, mühərrik həcmi 50 kub santimetrdən az olan mopedlər elə bir nəqliyyat vasitəsidir ki, onların idarə olunması üçün sürücülük vəsiqəsi tələb edilməyə də bilərdi. Çünki bu nəqliyyat vasitələrinin idarə olunması üçün müəyyən yaş həddi artıq mövcuddur, 16 yaşdan yuxarı şəxslərə moped sürməyə icazə verilir. Əgər bu qərar qüvvədə qalacaqsa, o zaman gələcəkdə sürücülük vəsiqələrinin verilməsi ilə bağlı qaydalarda da dəyişikliklərin edilməsi gündəmə gələ bilər. Məsələn, bu halda avtomobil idarə etmək üçün sürücülük vəsiqələrinin 16 yaşdan etibarən verilməsi məsələsinə baxıla bilər. Yəni bir qayda dəyişirsə, digər qaydalarda da uyğunlaşdırma və yeniliklərin edilməsi yaxın gələcəkdə mümkün görünür".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 13 Oktyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















