Icma.az
close
up
RU
Sürüdən ayrılan türklərin yazğısı

Sürüdən ayrılan türklərin yazğısı

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Türk sürü yaşam biçiminə yenidən qovuşarsa...

Əski türklər üçün sürü təkcə mal-heyvan deyildi. O, həm gücün  çağlayan qaynağı, dayağı, həm də yaşam biçimi idi.

Sürü türkün saxlancı (bankı, xəzinəsi) idi – özü ilə yanaşı yeriyən varlığı, pul-parası, gələcəyinə güvəni, obasının özülü idi.

Hər boy sürüsünün çoxluğu ilə varlı, hər oba at sürüsünün böyüklüyü ilə uca sayılırdı. Türkün gücü sürüdə, sürünün dəyəri türkdə idi.

Amma çağlar keçdikcə köç yolları boşaldı və çığıra çevrilməyə başladı. Türk sürüdən qopduqca, öz kimliyindən də, kökündən də uzaqlaşdı.

Oturaq yaşam torpağa bağladı, daş-beton tikililərin içinə sığındıqca əzəməti də kiçildi, balacalaşdı. Halbuki, türkü diri saxlayan yaylaq–qışlaq köçü, sürünün səs-küyü,  axışı idi.

Dədələrimiz deyərdi ki, köç yolunu itirən özəlliyini də, dirilbaşlığını da itirər. Ulu Tengri türklərə doğadan qopuşu, qaçışı, ögey davranışı bağışlamadı.

Bu gün dünyanın dörd bucağında “sürülmüş” türklər var. Çoxu dilini, soyunu, kökünü unutdu, yadlaşmaya alışdı. Doğa ilə üzülən bağ türkün özülünü də çatlattı.

Unutmayaq: sürü sadəcə heyvan toplumu deyildi – o, yaşamın birlik anlayışı, qavrayışı  idi. Tanrının yaratıqlarının uyum içində ortaq çağlaması bütün canlıların birgə yaşamının göstəricisi idi.

Sürü türkə paylaşmağı, törəsini tanımağı, doğaya sevgi-sayğı göstərməyi öyrədirdi. Sürü – Tanrı vergisinin paylaşma öyrətisi idi.

Amma sonralar bir çox qutsal dəyərlərimiz kimi SÜRÜ sözünü də, anlayışını da gözümüzdən saldılar. “Biz sürü deyilik, çoban bizi yönləndirə bilməz”, - deyə bu qavrayışdan uzaqlaşdırıldıq.

Gerçəkdə çoban sürünün başçısı olmur. Mal-heyvan su içəcəyi, otlayacağı, dincələcəyi yeri özü seçir. Çoban sürünün dostu, qoruyucu  və yol yoldaşı idi.

Sonralar yad düşüncə quruluşları yazıları ilə, efirləri vasitəsilə bizə çobanın özünü də “qanmaz”, “axmaq” kimi göstərməyə, gözdən salmağa, əzməyə başladı.

Türk kimliyinin üstünlüyü sürü yaşam biçimi idi. Savaşlarda üstünlük qazanıdran ən önəmli güclərindən biri idi. Çünki sürü həmişə yanlarında gəzir, artır və çoxalırdı.

Əti, südü, yunu toplumun varlıq güvənliyini ödəyir, artığı satılaraq parasal güc yaradılırdı. Savaşçı bacarığının yanında qazanc yaratma gücü də türkü ən seçkin uluslardan biri etmişdi.

Düşünmək - ağıl işlətməkdir. Necə ki, əl işində alət gərəkdir, düşüncə işində də özəl alətlər var. Bu alətlər – dil, deyimlər, ata sözləri, inanclar, nağıllar, dastanlar, miflərdir. Onlar ağlımızın dayağı, düşüncəmizin biçimi, yolumuzu göstərən çıraqdır.

Amma yurd dışından gələn düşüncələr ağlımıza yad və gərəksiz yüklər gətirdi. Bu yüklərdən qurtulmalı, öz törəmizə, sözümüzə, inanclarımıza dayanmalı, yeni oyanış və dirçəliş yolları tapmalıyıq.

Qavramalıyıq ki, sürü təkçə. keçmişin izi deyil. O, həm də gələcəyin yol işığıdır. Türkün kimliyi də, gücü də sürü ilə yenidən dirçələ oyanışa keçə bilər.

Türk sürü yaşam biçiminə yenidən qovuşanda Tanrı uğur yolumuzu açacaq, “Qutlu güc” qamçısını yenidən türkə əmanət edəcək.

Eltən Törəçi, AYNA.AZ üçün

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://ayna.az
archiveBu xəbər 08 Sentyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri