Icma.az
close
up
RU
“Şuşa Forumu Azərbaycan Türkiyə strateji müttəfiqliyinin institusional mərhələsidir” POLİTOLOQ

“Şuşa Forumu Azərbaycan Türkiyə strateji müttəfiqliyinin institusional mərhələsidir” POLİTOLOQ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Şuşada keçirilən Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu iki ölkə arasında strateji müttəfiqliyin yeni mərhələyə keçdiyini göstərir. Bu forum artıq siyasi və diplomatik səviyyədə möhkəmlənmiş əməkdaşlığın elmi-analitik müstəvidə də institusional əsaslar üzərində qurulduğunu nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, beyin mərkəzləri dövlət siyasətinin formalaşmasında mühüm rol oynayan qurumlar olduğundan, onların qarşılıqlı əlaqəsinin gücləndirilməsi Azərbaycanın və Türkiyənin regional proseslərə daha koordinasiyalı yanaşmasına imkan yaradır: "Regionda yeni geosiyasi və təhlükəsizlik reallıqları formalaşdığı bir zamanda bu cür platformalar strateji qərarların elmi təhlillərlə dəstəklənməsini təmin edir. Forumda xarici siyasət, iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya layihələri və inteqrasiya gündəmi üzrə müzakirələrin aparılması gələcəkdə iki ölkənin regional layihələrə daha sistemli şəkildə yanaşmasına şərait yaradacaq. Xüsusilə Zəngəzur dəhlizi, enerji və logistika əməkdaşlığı kimi mövzuların prioritet olaraq müzakirə olunması, tərəflərin regional güc mərkəzi kimi mövqelərini daha da möhkəmləndirir.

Forum beyin mərkəzləri arasında institusional əməkdaşlıq üçün davamlı bir mexanizm yaradır. Bu əməkdaşlıq sayəsində analitik məlumat mübadiləsi güclənir, risklərin qiymətləndirilməsi, geopolitik trendlərin analizi və strateji qərarların hazırlanması daha effektiv hala gəlir. Bu, həmçinin iki ölkənin siyasətində uzunmüddətli sinxronlaşmaya və qarşılıqlı strateji təşəbbüslərin daha koordinasiyalı şəkildə həyata keçirilməsinə xidmət edir.

Forumun məhz Şuşada keçirilməsi də xüsusi siyasi və simvolik əhəmiyyət daşıyır. Bu addım həm Azərbaycanın suverenlik və dövlətçilik gücünü, həm də Türkiyənin bu prosesə verdiyi ardıcıl dəstəyi nümayiş etdirir. Ekspertlərin fikrincə, Birinci Şuşa Forumu gələcək illərdə iki ölkənin beyin mərkəzləri arasında ortaq platformanın formalaşmasına, elmi-analitik əməkdaşlığın dərinləşməsinə və regionda strateji proseslərin daha dəqiq istiqamətləndirilməsinə mühüm töhfə verəcək. Ümumilikdə, bu forum Azərbaycan-Türkiyə strateji müttəfiqliyini daha sistemli, analitik və institusional səviyyəyə yüksəldən önəmli bir təşəbbüsdür və regional siyasətə real təsir potensialına malikdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Noyabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri