Icma.az
close
up
RU
Şuşa forumu bir brend olaraq illər ərzində davam edəcək və geniş töhfələr verəcək Müşfiq Ələsgərli DANIŞDI

Şuşa forumu bir brend olaraq illər ərzində davam edəcək və geniş töhfələr verəcək Müşfiq Ələsgərli DANIŞDI

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Başqa ölkələrdə də beynəlxalq forumlar keçirilir amma Azərbaycanda keçirilən media forumu həqiqətən öz spesifikliyi ilə fərqlənir. Spesifiklik nədir? Burada həm təşkilatçılıq baxımından, həm iştirakçıların daha geniş arenanı əhatə etməsi baxımından, həm də cənab Prezidentin və digər rəsmi şəxslərin bu foruma qatılması xüsusi əhəmiyyət daşıyır". Bu sözləri 3-cü Şuşa Qlobal Media Forumu zamanı SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, cənab Prezidentin burada iştirakı və 3 saat ərzində iştirakçılarla yaxından söhbət etməsi, onların ən həssas mövzular üzrə suallarını cavablandırması başqa media forumlarda müşahidə olunmayan haldır. Yəni, prezidentin və rəsmi şəxslərin iştirakı forumun xüsusi önəmini artırır: "Digər tərəfdən, forumda medianın yeni çağırışları ilə bağlı müzakirələr aparılır. Gündəliyə diqqət etdikdə görürük ki, medianın ən son trendləri, ən son çağırışları, xüsusilə süni intellektlə bağlı məsələlər müzakirə olunub. Bu müzakirələr mövzu üzrə mütəxəssislərin və jurnalistlərin iştirakı ilə keçirilir. Burada iştirak edən jurnalistlər üçün olduğu qədər, müzakirə olunan fikirlərin geniş auditoriyaya çatdırılması və başqaları üçün də faydalı olması xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, forum hər baxımdan möhtəşəmdir. İnşallah, bu Şuşa forumu bir brend olaraq illər ərzində davam edəcək və ölkəmizin media işində geniş töhfələr verəcək.

Qarabağ torpaqları işğaldan azad olunandan sonra artıq bir neçə dəfədir ki, bura səfər edirik. Bu səfərlərin hər birində biz necə ki, Bakının hər il daha da gözəlləşdiyini, yeniləndiyini görürük, eyni vəziyyəti Qarabağ torpaqlarında da müşahidə edirik. İlk illərdə gələndə burada ancaq xarabalıqlar, dağıntılar görürdüksə, indi isə tamamilə başqa bir mənzərə ilə qarşılaşırıq. İnfrastruktur quruculuğu, yaşayış şəraitinin yaradılması və s. artıq açıq şəkildə görünür. İndi gəldik ki, Xankəndidə, Şuşada və başqa yerlərdə tamamilə yeni ümidlər gördük.

Cənab Prezident dedi ki, aparılan işlər əlbəttə ki, böyük əzm, səbir və böyük vəsait, işçi qüvvəsi tələb edir. Yəni, bunları təşkil etmək özü asan məsələ deyil. İndi nəzərə alsaq ki, bu işlər paralel şəkildə gedir, təhlükəsizliyin təmin olunması vacibdir. Hələ Ermənistan tərəfdən heç bir sülh yoxdur, diplomatik mübarizə davam edir. Bütün bunlar ağır məsələlərdir, amma Azərbaycan bütün bunların öhdəsindən gəlir. Həqiqətən də cənab Prezidentin bu gün verdiyi mesajlar bizə yeni və ümidverici mesajlar oldu".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 İyul 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see515

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see213

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see199

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see155

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see145

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see144

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri