Icma.az
close
up
RU
Şuşa, Ordubad, bir də Ağdamın “İmarət”i

Şuşa, Ordubad, bir də Ağdamın “İmarət”i

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Tariximizin daş yaddaşları ICESCO irs siyahısında

Xəbər verildiyi kimi, bu günlərdə “Şuşa Şəhər Dövlət Qoruğu”, Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi və qədim Ordubad şəhəri İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan ICESCO tərəfindən İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib. Qurumun Daşkənddə keçirilən 13-cü sessiyasında bu barədə rəsmi qərar verilib.

Milli mədəniyyət beşiyimiz olan Şuşanın ICESCO-nun Siyahısına daxil edilməsi bu qoruq-şəhərin dirçəlməkdə olan tarixi-mədəni irsinə verilən dəyərin əyani təcəssümüdür. Xatırladaq ki, hələ 2023-cü ildə Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı”, 2024-cü ildə isə İslam Dünyasının Mədəniyyət Paytaxtı elan edilmişdi.

İlk dəfə olaraq beynəlxalq səviyyədə layiqli qiymətini alan Ağdamın məşhur tarixi-memarlıq kompleksində Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın imarəti, onun və oğlu İbrahimxəlil xanla nəvəsi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Xurşidbanu Natəvanın, digər tanınmış şəxslərin məzarları yerləşir. “İmarət” bundan sonra daha etibarlı qorunacaq.

Ordubada gəlincə, bu şəhər 1977-ci ildən başlayaraq tarix-memarlıq qoruğu statusu daşıyır və 2001-ci ildən UNESCO-nun İlkin Siyahısındadır. 2024-cü il fevralın 21-də isə Prezident İlham Əliyev “Ordubad” qoruğunun yaradılması haqqında sərəncam imzalayıb. Budur, artıq həmin qoruq İslam Dünyası İrsinin İlkin Siyahısında yer alıb. Qədim tarixi ilə zəngin olan Ordubad haqqında bir qədər ətraflı söhbət açmaq istəyirik.

XVII əsr tarixçisi İsgəndər Münşi yazırdı: “Günəş Ordubadın ulduzudur. O, behiştə verilən tərifə layiqdir. Huri-mələklərin gözünü onun Nəzərə dağı işıqlandırır”. Doğru qənaətdir. Çünki bu şəhər İslam mədəniyyətinin yayıldığı, ticarət və tolerantlıq mərkəzi kimi tanınan bir məkandır. Görənlər bilir ki, onun dar küçələri, qədim tikililəri, türbələri, kəhrizləri regionun zəngin tarixini canlı şəkildə əks etdirir. Şəhərin orta əsrlərdən qalma strukturu - məscidlər, hamamlar, karvansaraylar, bazar meydanları, yaşayış evləri və ticarət yolları üzərindəki mövqeyi diqqət çəkir. Bu onun qədimdən hərbi və ticarət mərkəzi kimi mövcudluğunu göstərir.

Elə Ordubadın adı da öz mənşəyini “ordu” (ordu, hərbi düşərgə) və “bad” (şəhər, məskən) sözlərindən alır, mənaca isə “qədim şəhər” və ya “ordu şəhəri” mənasını verir. Bura VII əsrdən etibarən İslam dininin regiona yayılması ilə bu adda mədəniyyətin inteqrasiya mərkəzlərindən birinə çevrilib.

Əsrlər sonra ucalan Anbaras, Cümə, Dilbər, Mingis, Sərşəhər, Təkeşiyi kimi məscidlər, Ordubad hamamı, karvansaraylar və yaşayış kompleksləri İslam memarlığının tipik nümunələridir. Onlardan biri - Dilbər məscidi qadınların cəmiyyətdəki rolunu şərəfləndirmək üçün Naxçıvan xanı Kərim xanın qızı Dilbər xanım tərəfindən tikilib və regionda dini tolerantlığın nümunəsi kimi qəbul olunur.

Ordubadda baramaçılıq geniş yayılıb, bura ərik və üzüm bağları ilə zəngin olub. Tarixi qaynaqlarda qeyd olunur ki, istehsal edilən ipək və kənd təsərrüfatı məhsulları XVI əsrin 2-ci yarısından başlayaraq Ordubaddan Venesiyaya, Marsel, Amsterdam və sair kimi Avropa şəhərlərinə ixrac olunurdu. XX əsrin əvvəllərində keçirilmiş beynəlxalq sərgilərdə Ordubad ipəyi 13 dəfə qızıl medalla təltif edilib. Şəhərin Anbaras, Kürdatal, Mingis, Sərşəhər, Üçtürləngi adlı tarixi məhəllələrində orta əsr şəhərsalma ənənələri qorunub saxlanır və bu struktur İslam dünyasının şəhər mədəniyyətinin klassik nümunəsidir.

Qədim diyar tanınmış elm və mədəniyyət xadimləri ilə də məşhurdur. Məhəmməd Tağı Sidqi, Əhməd Ağa Şəmi, Usta Zeynal Nəqqaş, İbrahim Əbilov, Yusif Məmmədəliyev, Məmməd Səid Ordubadi, Əvəz Sadıq, Hüseyn Razi bu sıradadırlar. Buradan pərvazlanan və gələn il 70 yaşı tamam olacaq şair Rüstəm Behrudinin sərhədləri aşan şaman ruhlu poetik nəğmələri dünyanı dolaşır.

Səbrinə od düşən bu nağılların,
Sözü babaların köçündən keçər.
Araz Ordubadda dağ-daşdan deyil,
Axıb adamların içindən keçir.

Ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında qeyd edilib ki, ölkə rəhbərliyi daim rayona diqqət və qayğı göstərir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq 2025-ci ildə Ordubad şəhərinin Baş Planının hazırlanması istiqamətində mühüm addımlar atılıb. Dövlət Proqramı üzrə rayonun avtomobil yollarında əsaslı təmir işləri aparılıb. Cümə məscidinin təmir və yenidənqurma işləri yekunlaşıb. Həmçinin Sərşəhər məscidinin və Ordubad Mədrəsəsinin bərpası ilə əlaqədar layihələndirmə işləri başa çatıb. Şəhərdə layihə-smeta sənədləri yekunlaşan Şəhidlər Xiyabanı Abidə Kompleksinin abadlaşdırılması nəzərdə tutulur. Hazırda Ordubadın mərkəzindəki Ərbabın iş yeri tarixi binasında əsaslı təmir və bərpa işləri davam etdirilir.

Elektrik enerjisi və təbii qazla fasiləsiz təminat, poçt, rabitə və informasiya xidməti, avtomobil nəqliyyatı, məşğulluq, təhsil, səhiyyə, mədəniyyət, idman, ekoloji və digər sahələrdə görülən işlər də qənaətbəxşdir. Qarşıda duran vəzifələrin həlli sayəsində isə qədim diyar daha da gözəlləşəcək.

Nəhayət, qeyd edək ki, Şuşa Qoruğunun, Ağdamın “İmarət” Kompleksinin və Ordubadın ICESCO-nun İlkin Siyahısına daxil edilməsi, həmçinin 2026-cı ildə ölkəmizdə elan edilmiş “Şəhərsalma və Memarlıq İli”nə mühüm töhfədir. Növbəti mərhələdə Mədəniyyət Nazirliyi tərəfindən nominasiyaların ICESCO-nun Əsas Siyahısına daxil edilməsi yönümündə zəruri işlər aparılacaq.

Ə.DOSTƏLİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri