Icma.az
close
up
RU
Menu

Həkim: “İstəyirsən, gündə 5 dəfə cinsi əlaqədə ol”

İrana hücumu mətbuata kim sızdırıb?

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC 380 minlik studiya avadanlıqları və dekorasiyalar alır

İranın yeni səfiri Azərbaycana gəlib, etimadnaməsinin surətini təqdim edib

Nazirlər və komitə sədrlərinin iyul ayı üçün qəbul günləri Cədvəl

Əhaliyə xəbərdarlıq: İyunun 26 28 də...

Təyyarə sürmək istərdim demişdi 83 yaşlı Mürüvvət xanımın arzusu gerçəkləşdi

Niyə deyirsən ki, sənə hörmət etmirdilər və səni klubdan qovublar?

25 ildən sonra görüşüb qucaqlaşdılar… Əslində hər şey bir yalandır?

Daxili enerji infrastrukturuna investisiya yatırmaq xarici təhlükələrə qarşı dayanıqlığı artırır RƏY

Çempiondan 24 xallıq fərq

Bu ölkədən 15 buzqıran gəmi almaq istəyirəm Tramp

İrandan İsrailin zərbələri ilə bağlı ilk ETİRAF

“Yaşıl Teatr”da Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert olub

Zelenski geyim tərzini niyə dəyişib... FOTO

Jalə Əliyeva: “Dünya çempionatında əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam” MÜSAHİBƏ

Şərəf ordenli jurnalist vəfat edib FOTO

Dünya futbolunda təhlükə: “FIFA məhəl qoymur, lakin təcili…”

Tramp: Yük maşınları İranın nüvə obyektindən heç nə çıxara bilməyib

Twitch rəsmi olaraq Rusiya bazarını tamamilə tərk edə bilər...

Şuşa: Planetin ən legitim tribunasından dünyaya Mütləq Qələbə mesajı!

Şuşa: Planetin ən legitim tribunasından dünyaya Mütləq Qələbə mesajı!

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vətən müharibəsində Müzəffər Ordumuzun şücaəti sayəsində işğaldan azad edilmiş ərazilərin bərpası və məskunlaşdırılması sürətlə davam edir. Xarabalıqlar üzərində yeni bir Qarabağ formalaşır.

Diqqəti çəkən əsas məqamlardan biri isə ondan ibarətdir ki, Azərbaycan dövləti ərazilərin bərpasına və “Böyük Qayıdış” Proqramının icrasına xüsusi həssaslıqla yanaşır. Prezident İlham Əliyev layihələrin icrasını şəxsi nəzarətində saxlayır. O, birinci xanım Mehriban Əliyeva ilə birlikdə tez-tez işğaldan azad edilmiş ərazilərə səfərlər edərək yeni təməlqoyma, açılış mərasimlərinə qatılır və Özünün dəyərli tövsiyələrini verir. Mayın 9-da və 10-da dövlətimizin başçısının və birinci xanımın iştirakı ilə Şuşada, Ağdamda yeni belə tədbirlər baş tutub.

Qələbə gününün Şuşada qeyd edilməsinin xüsusi özəlliyi

Mayın 9-da bütün tərəqqipərvər bəşəriyyət İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 80 illiyini qeyd etdi. Bu tarix Azərbaycan üçün də müstəsna önəm daşıyır. Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib.

Azərbaycan xalqı artıq beşinci ildir ki, 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində qazanılmış böyük Zəfərin doğurduğu sevinc hissi ilə birgə ikiqat qürurla qeyd edir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qələbə günündə işğaldan azad edilmiş ərazilərə səfər etmələri, Şuşada yeni təməlqoyma və açılış mərasimlərinə qatılmaları xüsusi məna kəsb edir. Dövlətimizin başçısı Şuşadan - planetin ən legitim tribunasından dünyaya Mütləq Qələbə mesajlarını çatdırıb.

Faşizmin milliyyətini, vətənini fərqləndirmək mümkün deyil. Faşizm - insanlara qarşı amansızlıqla, sivilizasiyaların məhv edilməsi ilə assosiasiya olunur. Azərbaycan da otuz illik işğal dövründə erməni faşizmini ən qəddar formada öz üzərində hiss edən dövlətdir. Ermənilər uzun illər ərzində özləri barədə “mədəni xalq” mifi uydurublar. Ancaq Qarabağdakı sərhəd tanımayan dağıntılar, son vaxtlarda aşkar olunan kütləvi qəbiristanlıqlar, minalanmış ərazilər əyani  şəkildə təsdiqləyir ki, ermənilərin “mədəni xalq” iddialarının hansısa bir əsası yoxdur. Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışında erməni faşizminin mahiyyətinə diqqət şəkən Prezident İlham Əliyev vurğulayıb: “Bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı urbisid törədilmişdir, ekosid törədilmişdir. Erməni faşizmi bu bölgəni daim işğal altında saxlamaq istəyirdi və əfsuslar olsun ki, onların arxasında duran bəzi xarici dövlətlər onlarla həmrəy idi”.

Ancaq ermənilər və onların havadarları bir şeyi hesablaya bilməmişlər: Bu da Azərbaycan xalqının iradəsi, əyilməz milli ruhu və torpağa olan bağlılığımızdır. Biz heç vaxt torpaqlarımızın işğal altında olması faktı ilə barışmadıq. Prezident İlham Əliyev Qarabağ məsələsini daim Azərbaycanın gündəliyinin mərkəzində saxladı, iqtisadiyyatı, ordunu gücləndirməklə ölkəmizi qələbəyə hazırladı. Cəmiyyətimiz də vahid amal, əsas ümummilli ideyamız ətrafında sıx birləşdi.  Dövlətimizin başçısının bildirdiyi kimi, artıq biz “öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir. Xalqımızın güclü həmrəyliyi sayəsində biz mütləq və tam Qələbə qazandıq. Bu Qələbə tarixdə əbədi qalacaq və Azərbaycan xalqı qürurlu xalq kimi yaşayacaq. Xatırlatmaq yerinə düşər ki, İkinci Dünya müharibəsindən sonra heç bir dövlət müharibədə mütləq qələbə qazanmayıb. Azərbaycan isə müharibəni müvəqqəti atəşkəs, qeyri-müəyyən sülhlə yox, tam qələbə ilə bitirib.

İkinci Qarabağ müharibəsində qazanılan Zəfər tarixi Qələbə olsa da, suverenliyimiz tam təmin edilməmişdi. Xankəndidə və digər ərazilərdə separatçılar, necə deyərlər, yenə də iş başında idilər. Biz belə vəziyyətlə barışa bilməzdik. Buna görə də dövlətimizin başçısının bildirdiyi kimi, biz 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 20-nə qədər yenə də hər gün, hər saat siyasi, diplomatik, hərbi və digər alətləri işə salaraq bax bu günü - 20 sentyabr gününü yaxınlaşdırırdıq. Nəhayət, 2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi və 30 il ərzində qanunsuz fəaliyyət göstərən dırnaqarası “Dağlıq Qarabağ Respublikası” artıq tarixin zibilxanasına göndərildi.

Şuşada dördüncü yaşayış kompleksi

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 9 May Qələbə günündə Şuşaya səfər etmələri də təsadüfi deyil. 2020-ci il noyabrın 8-də Şuşanın erməni faşizminin işğalından azad edilməsi Vətən müharibəsinin xüsusi bir səhifəsidir. Məhz Şuşa Zəfərindən sonra düşmən müharibəni davam etdirməyin mənasız olduğunu başa düşdü və onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldı.

Hazırda Vətən müharibəsində işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Şuşa da yeni növrağını yaşayır. Şəhərin tarixi siması və mədəni ənənələri bərpa olunur. Artıq şəhərə şuşalıların köçü də baş tutub. İndiyədək Şuşaya 376 ailə, ümumilikdə 1409 nəfərdən artıq keçmiş məcburi köçkün qayıdıb və bu proses mərhələlərlə davam etdirlir. Mayın 9-da  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Şuşa şəhərində dördüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 16 binanın inşası nəzərdə tutulub. Kompleksin ümumi sahəsi 6,2 hektardır. Bütövlükdə, dövlət və özəl tərəfdaşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksi inşa edilir. Onların sırasına mehmanxana, ofis binaları və digər obyektlərin tikintisi daxildir.

Daşaltı kənd məscidinin açılışı

İşğal dövründə erməni faşizmi  tarixi-mədəni abidələrimizə də ciddi ziyan vurub. Postmüharibə dövründə Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında Heydər Əliyev Fondu tərəfindən mədəni-dini abidələrimizin bərpası həyata keçirilir.  Mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.

Daşaltı kənd məscidinin təməli 2021-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Məscid kəndin mərkəzində milli memarlıq üslubunda inşa edilib. İkiminarəli məscid ümumi memarlıq kompozisiyası, planlaşdırma və bədii-dekorativ xüsusiyyətlərinə görə Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub. Hündürlüyü 22,5 metr olan minarələr layihələndirilərkən Yuxarı Gövhər Ağa məscidinin minarələrinin formasından istifadə olunub.

Tədbirdə dövlətimizin başçısına və birinci xanıma “Daşaltı kəndinin yenidən qurulması layihəsi” çərçivəsində görüləcək işlər barədə də məlumat verilib. Bu layihə yerli memarlıq irsinə sadiqlik, ekoloji davamlılıq və müasir turizm infrastrukturu ilə kənd həyatını birləşdirir.

Muğam yenidən Ağdama qayıdır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 10-da - ölkəmizdədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ümumxalq məhəbbəti ilə qeyd olunduğu bir tarixdə Ağdamda açılış və təməlqoyma tədbirlərinə qatılmaları da böyük rəmzi məna daşıyır. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gələn böyük siyasətçi Heydər Əliyev müstəqilliyimizi xilas etmək missiyasını yerinə yetirməklə yanaşı, həm də respublikamızı inkişafa istiqamətləndirib. İşğala son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası Onun ən böyük arzusu idi. Hazırda Ulu Öndərin ruhu şaddır. İlham Əliyev də xoşbəxt oğuldur ki, ata vəsiyyətini yerinə yetirib. 

Mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda çoxsaylı tədbirlərə, o cümlədən Kəngərli kənd körpələr evi-uşaq bağçasının, tam orta məktəbin açılışına qatılıblar, klub-icma mərkəzində, yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olublar. Kəngərli kəndinin birinci mərhələsinin açılışı baş tutub. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Bu kənddə də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Prezident İlham Əliyev Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub. Birinci mərhələ üzrə buraya 1279 nəfərin köçürülməsi planlaşdırılır. Artıq 292 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beşotaqlıdır. Eyni zamanda, Prezident İlham Əliyev Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib. Prezident İlham Əliyev sakinlərin Kəngərliyə qayıtmalarını böyük xoşbəxtlik və tarixi hadisə kimi səciyyələndirib. Kəngərli kəndi bizim bərpa etdiyimiz sayca 14-cü yaşayış məntəqəsidir. Ağdam rayonunun isə ikinci. Birinci Sarıcalı, indi Kəngərli. Xıdırlı kəndi də demək olar ki, açılışa hazırdır. Yaxın aylarda orada da həyat qaynayacaq”, - deyə dövlətimizin başçısı sakinlərlə görüşdə bildirib.

Səfər çərçivəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam Muğam Mərkəzinin açılışında iştirak etmələri də son dərəcə əlamətdar hadisədir. Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.

Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 474 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb.

Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib.

Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq. Beləliklə, uzun fasilədən sonra muğam yenidən Ağdama qayıdır.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 May 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həkim: “İstəyirsən, gündə 5 dəfə cinsi əlaqədə ol”

26 İyun 2025 02:27see145

İrana hücumu mətbuata kim sızdırıb?

26 İyun 2025 12:21see130

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC 380 minlik studiya avadanlıqları və dekorasiyalar alır

25 İyun 2025 08:52see128

İranın yeni səfiri Azərbaycana gəlib, etimadnaməsinin surətini təqdim edib

25 İyun 2025 18:10see125

Nazirlər və komitə sədrlərinin iyul ayı üçün qəbul günləri Cədvəl

25 İyun 2025 10:37see122

Əhaliyə xəbərdarlıq: İyunun 26 28 də...

25 İyun 2025 21:15see121

Təyyarə sürmək istərdim demişdi 83 yaşlı Mürüvvət xanımın arzusu gerçəkləşdi

26 İyun 2025 23:12see120

Niyə deyirsən ki, sənə hörmət etmirdilər və səni klubdan qovublar?

25 İyun 2025 19:14see119

25 ildən sonra görüşüb qucaqlaşdılar… Əslində hər şey bir yalandır?

25 İyun 2025 18:22see119

Daxili enerji infrastrukturuna investisiya yatırmaq xarici təhlükələrə qarşı dayanıqlığı artırır RƏY

25 İyun 2025 19:03see119

Çempiondan 24 xallıq fərq

26 İyun 2025 02:13see118

Bu ölkədən 15 buzqıran gəmi almaq istəyirəm Tramp

25 İyun 2025 20:20see118

İrandan İsrailin zərbələri ilə bağlı ilk ETİRAF

25 İyun 2025 16:41see118

“Yaşıl Teatr”da Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert olub

25 İyun 2025 21:21see118

Zelenski geyim tərzini niyə dəyişib... FOTO

25 İyun 2025 23:38see117

Jalə Əliyeva: “Dünya çempionatında əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam” MÜSAHİBƏ

25 İyun 2025 12:45see115

Şərəf ordenli jurnalist vəfat edib FOTO

25 İyun 2025 21:05see115

Dünya futbolunda təhlükə: “FIFA məhəl qoymur, lakin təcili…”

25 İyun 2025 18:56see115

Tramp: Yük maşınları İranın nüvə obyektindən heç nə çıxara bilməyib

26 İyun 2025 20:37see115

Twitch rəsmi olaraq Rusiya bazarını tamamilə tərk edə bilər...

25 İyun 2025 22:44see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri