Icma.az
close
up
RU
Menu

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

Rüstəmə dedim ki, sən şair deyilsən…

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

Şuşa Qlobal Media Forumları: gündəm formalaşdıran mövzular

Şuşa Qlobal Media Forumları: gündəm formalaşdıran mövzular

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

I məqalə

Media
“Media” anlayışına və onun nəzəri izahına yanaşmalar fərqlidir. Bu söz latıncadan tərcümədə “vasitəçi” deməkdir. Burada bizi həmin terminin  nəzəri dərkinin incəlikləri deyil, hər kəsin qəbul etdiyi ümumi məqamlar maraqlandırır. 

Ümumi səviyyədə medianı ədəbiyyatda adətən üç hissəyə bölürlər: kommunikasiya vasitələri, informasiyanı ötürmə üsulları və mediaməkan.

Mediaməkanı kommunikasiya vasitələri və informasiyanı ötürmə üsulları formalaşdırır. 

Bu mövqedən baxanda cəmiyyət-dövlət-media münasibətləri mürəkkəb struktura və müxtəlif funksional özəlliklərə malik “dinamik sahə”ni xatırladır. Onun təhlili də geniş yanaşma tələb edir. 

Lakin bu məsələnin elə bir aspekti mövcuddur ki, cəmiyyətdə adi vətəndaşdan tutmuş ən yüksək sosial-siyasi və işgüzar dairələrə qədər hər kəsi maraqlandırır. Çünki həmin aspektdə mediaməkan mürəkkəb dinamik “mənalar sahəsi” kimi toplumun hər bir kəsiminə təsir edir, onları dəyişdirir. 

Xüsusilə, keçən əsrin 60-cı illərindən başlayaraq bu proses daha dərin və geniş sosial qatlara öz təsirini göstərməkdədir. Bu barədə çoxlu sayda alimlər də tədqiqatlar aparırlar. Onların sırasında medianın kommunikativ funksiyası kontekstində adətən Marşall Maklüyenin, Harold İnnisin və digərlərinin isimlərini çəkirlər. Onlar “media” konsepsiyasını artefaktların (burada “artefakt” yalnız psixoloji mövcudluq elementi və ya vahidi kimi deyil, geniş sosial-mədəni kontekstdə məzmunlaşan nəzəri anlayış kimi işlədilir) kommunikasiya vasitələri kimi dərk edilməsi fonunda qəbul edirlər. 

Kommunikasiya vasitələrinin ekologiyası

Mediaya bu cür yanaşanları kommunikasiya vasitələrinin ekologiyası nəzəriyyəsi tərəfdarları da adlandırırlar. Bu sıraya Nil Postman da daxildir. Burada bizim üçün maraqlı olan iki məqam mövcuddur.

Birincisi, həmin yanaşma tərəfdarları üçün insanı əhatə edən predmetlər və onların yaratdıqları məkan kommunikasiya vasitəsidir. Bu o deməkdir ki, çağdaş toplumlarda kommunikasiya vasitələri cəmiyyətin sosial-mənəvi, mədəni, əxlaqi, maddi, informasiya, texnoloji, siyasi, geosiyasi, ekoloji, iqtisadi, təhlükəsizlik və digər sferalarını yaratmaqda prinsipial rol oynayırlar. Buradan, məsələn, M.Maklüyen belə ümumi nəticə çıxarır: tarixin hər mərhələsində mədəniyyət növünü kommunikasiya vasitələri müəyyən edirlər. Bu kontekstdə müasir dövr mədəniyyətini “elektron mədəniyyət” adlandırmaq olar. Ç.Qir hazırda “rəqəmsal mədəniyyət” növünün yarandığı tezisini irəli sürür. 

Bütün bu kimi təsniflərin bir təməl tezisi vardır: cəmiyyətlərdə mədəniyyət sisteminin məzmun və mahiyyətini elektron kommunikasiya vasitələrinin malik olduğu kommunikativ xüsusiyyətlər yaradırlar.

İkincisi, çox əhəmiyyətli və maraqlıdır ki, media məsələsinin bu cür qoyuluşunda filosof, sosioloq və kulturoloqların da rolu az deyildir. Onların sırasında keçən əsrin ikinci yarısından N.Luman (cəmiyyət mediakommunikasiya (“massmedia”) məkanı kimi), Q.Beytson (“zəkanın ekologiyası” və “ikiqat kontingentliyin” Luman məntiqi daxilində qarşılıqlı əlaqəsi), T.Parsons (“ikiqat kontingetliyin” sosial fəaliyyətin təməl faktoru kimi anlamı) və çoxlu sayda kibernetiklər, sinergetiklər və “avtopoezisçilər” vardır.

Bu mücərrəd nəzəri-konseptual xüsusiyyətləri burada qısa vurğulamağımızın ciddi praktiki səbəbi vardır. Bu səbəb “ekologiya” anlayışı ilə bağlıdır. Burada kommunikasiya vasitələrinin ekologiya yaratması Y.İksyükülün “Umwelt” (“ətraf mühit”) anlayışı anlamındadır. Yəni hər bir canlı kimi insan da özünün bioloji və semiotik mövcudolma xüsisyyətləri hüdudları daxilində “həyat yarada bilir” (ona “insan dünyası” da deyə bilərik) və ondan kənara çıxmaq imkanı yoxdur. Bu anlama uyğun olaraq kommunikasiya vasitələrinin ekologiya formalaşdırması faktiki olaraq insan cəmiyyətinin özünün mövcudluğunun infokommunikasiya hüdudlarını yaratması anlamına proyeksiya oluna bilər. 

Məhz bu anlamın Media Forumlarının yeri və rolunun düzgün müəyyən  edilməsində prinsipial nəzəri-konseptual rolu vardır. Həm də aksiom kimi qəbul etməliyik ki, vurğulanan kontekstdə söhbət hər şeydən öncə elektron-infokommunikasiya vasitələrinin formalaşdırdıqları sistemli mediaməkanından gedir. 

Beləliklə, mediaməkan müasir dönəmdə sosial-mədəni, siyasi və digər reallıqları formalaşdıran fundamental faktorlardan biridir. Burada başlıca prinsip elektron infokommunikasiya vasitələrinin (əsasən, İnternetin) cəmiyyətlə əks-əlaqə yaratmaq imkanlarının geniş olması ilə bağlıdır. Bu mexanizm vasitəsi ilə infokommunikasiya vasitələri insan həyatının bütün tərəflərinə təsir edə bilir. 

Media forumlar

O halda media forumlarını sosial-mədəni, informasiya-kommunikasiya, siyasi, geosiyasi, ideoloji, dezinformasiya amilləri fonunda necə dərk etmək daha doğrudur?  Belə alınır ki, burada çıxış nöqtəsi çağdaş mərhələdə medianın cəmiyyətə, dövlətə, fərdlərə, şüura, psixologiyaya, həyat anlamına göstərə biləcəyi manipulyativ pozucu təsirləri neytarllaşdırmaq məsələsindən ibarətdir. Bu istiqamətdə uğurlu dövlət öz təhlükəsizliyinin arxitekturasının substantiv və funksional aspektlərini səmərəli əlaqələndirməyi bacarmalıdır.

Bunun üçün, əlbəttə, məsələnin qoyuluşu, problemlərin çeşidlənməsi, həlli yollarının ən müasir metodlarla müəyyən edilməsi, hakimiyyət-media-cəmiyyət əməkdaşlığının təmin edilməsi gərəkdir. Buradan media forumların bir mühüm funksiyası ilə bağlı nəticə çıxarmaq olar. 

Əsas vasitəçi

N.Lumanın sistem nəzəriyyəsində “media kanal” (və ya “kommunikasiya mühitləri”), “mediator”, “massmedia” (Mass Media, elektron media) anlayışları xüsusi anlama malikdirlər. Mediakanal sadəcə məlumatların texniki ötürülmə vasitələri deyil. Onlar kommunikativlik dərəcəsini yüksəldən fundamental mexanizmlərdir. Bu anlamda media kanalının özü kommunikasiyadır, yəni informasiyanı yaradır və həm də onun kommunikativliyini təmin edir. 

Belə alınır ki, media kanalı (bu cümlədə predikat kimi işlədilir, mübtəda olaraq “mediakanal”dır) müasir cəmiyyətlərdə informasiyanı sadəcə formalaşdırmır, həm də ona məzmun, məna və funksionallıq verir ki, kütləvi şüur onun vasitəsi ilə hər hansı dəyərlə tanış ola bilir. Məsələn, siyasət, hüquq, iqtisadiyyat və digər mühüm sosial fenomenlər haqqında təsəvvür media kanalları (predikat keyfiyyətində) vasitəsi ilə formalaşdırılır. Bu anlamda mediakanal cəmiyyəti formalaşdıran əsas mexanizmlərdən biri kimi qəbul edilə bilər. Bütövlükdə mediakanal sosial reallığı yaradır, cəmiyyətin gündəmini formalaşdırır, mövzular verir və onlardan hansının “vacib” olduğunu müəyyən edir. N.Luman bu kimi məsələləri “Massmedia reallığı” adlı əsərində tədqiq etmişdir. 

“Vacib” mövzular

Beləliklə, media üçün hər dönəmdə “vacib” kimi qiymətləndirilə bilən mövzular mövcuddur. Onları media kanalları müəyyən edir və bununla gündəm yaradırlar. Bəs burada kriteriya, yəni seçim meyarı nələr ola bilir?

Əsas sual budur. Təcrübə göstərir ki, indiki mərhələdə cəmiyyət və dövlət üçün mediakanalın formalaşdırdığı gündəm çox ciddi təsirə malikdir və total olaraq istənilən toplumda ciddi sosial-mədəni, kommunikativ, iqtisadi, ideoloji və s. dəyişikliklər edə bilər. Bu sırada təhlükəsizlik məsələsi ön sırada yer alır. Hazırda mediakanal ölkənin siyasi-coğrafi sərhələrindən kənarda yerləşməklə də gündəmi dəyişə bilir. Yəni xaricdən təsir güclü ola bilir.  

Süni intellekt və rəqəmsallıq o dərəcədə geniş tətbiq edilir ki, kənardan təsirlər çox güclü formalar alır. Bununla ölkələrdə fərqli mənəvi-əxlaqi, siyasi, ideoloji, mədəni situasiya yarada bilirlər və hətta süni inqilablar həyata keçirirlər. Cəmiyyət özü özünün sabitliyini pozur, yeni xəyali düzən axtarır. Lakin sonucu görə bilmir, çünki mediakanal elə təsir edir ki, yerli toplumun milli maraqlarına deyil, yad maraqlara uyğun olan sosial-informasiya reallığı formalaşır. Bu üsulla cəmiyyət “öz-özünü informasiya vasitəsi ilə yeyir”!

Deməli, vacib termini ona görə dırnaq arasında verilir ki, formalaşdırılan informasiya-kommunikasiya gündəmi həqiqi olaraq hədəf seçilən cəmiyyət üçün müsbət anlamda vacib olmaya bilər. Burada mediakanalda “məqsəd” anlayışının əhəmiyyəti ön plana çıxır.
Əgər seçilən mövzu konkret cəmiyyətin maraqlarına müsbət anlamda uyğundursa, o, həqiqi mənada vacibdir. Əks halda müəyyən edilən informasiya-kommunikasiya gündəmi toplumun pozulmasına, düzənin məhv edilməsinə və nəticədə cəmiyyətin “özmövcudluq” formasının çöküşünə aparıb çıxara bilər. Bu mənada mediakanal mədəniyyət növünü formalaşdıran deyil, ümumiyyətlə, mədəniyyəti məhv edən faktor kimi çıxış edir.

Məqsəd

Biz indi konkret olaraq Şuşa Qlobal Media Forumlarının mövzu gündəmlərinin təhlilinə keçə bilərik. Öncə, mövzuların gündəminə baxaq.

2022-ci ildə ilk dəfə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirilmişdir. 

Sonra bu təşəbbüs Şuşa Qlobal Media Forumu formatında davam etdirilmişdir. 

2023-cü ildə keçirilən I Şuşa Qlobal Media Forumu “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda idi. 

2024-cü ildə II Şuşa Qlobal Media Forumu “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunu gündəmə gətirmişdir. 

2025-ci ildəki III Şuşa Qlobal Media Forumu isə “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr edilmişdir.  

Nəhayət, indi keçirilən IV Şuşa Qlobal Media Forumunun mövzusu “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması”dır. 

Bu mövzuların hər biri qlobal çağırışlar fonunda cəmiyyətin sabitliyinin, bütövlüyünün, inkişafının və təhlükəsizliyinin təmin edilməsinin müxtəlif aspektlərinə aiddir. 

Yəni məqsəd aydındır: müstəqil dövlətin və azad cəmiyyətin davamlı tərəqqisinə informasiya-kommunikasiya aspektində ciddi dəstək vermək. Bu, özlüyündə faydalı yanaşmadır və müxtəlif aspektlərin qarşılıqlı əlaqəsini tələb edir. 

Daha konkret səviyyədə məsələnin mahiyyətinə varmaq üçün yuxarıdakı mövzuların semantikasını təhlil etmək gərəkdir.

(ardı var)

Füzuli Qurbanov, 

XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyul 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see291

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see277

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see261

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see258

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see257

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see251

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see247

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see247

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see240

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see239

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see237

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see237

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see219

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see216

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see214

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see204

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see201

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see201

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see199

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri