Yalçın Rəfiyev iqlim fəaliyyətini irəli aparmaqdan bəhs edib
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) dördüncü İqlim Həftəsi və paralel olaraq Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Azərbaycanla Braziliya, Türkiyə və Avstraliya arasında müzakirələr aparılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Bakıda 4-cü BMT İqlim Həftəsi ərzində COP29 Azərbaycan Sədrliyinin, COP30 Braziliya Sədrliyinin, gələcək COP31 Türkiyə Sədrliyinin və Danışıqlar üzrə COP31 Avstraliya Sədrliyinin nümayəndələri tərəqqini müzakirə etmək, Sədrliyin rəhbərlik etdiyi əsas mandatlar və təşəbbüslər üzrə davamlılığı təmin etmək üçün bir araya gəliblər - o cümlədən 1.5 üçün Belem Missiyası", - o yazıb.
Y. Rəfiyev bildirib ki, dinamikanı bir COP-dan növbətisinə ötürməklə müzakirə edilmiş nəticələri icraya çevirmək və iqlim fəaliyyətini irəli aparmaq olur.
Baxış sayı:117
Bu xəbər 13 Sentyabr 2026 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















