Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Şuşa Qlobal Media forumları: gündəm formalaşdıran mövzular

Şuşa Qlobal Media forumları: gündəm formalaşdıran mövzular

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

IV MƏQALƏ

Sülhün təşviqi

Hazırda dünyanın hər bir regionu və bütövlükdə qlobal səviyyə üçün sülh başlıca aktual məsələdir. Qalıcı (davamlı) sülhün təmini üçün çox müxtəlif siyasi, elmi, geosiyasi, iqtisadi, kulturoloji cəhdlər olur, təkliflər irəli sürülür. Sülhün nəzəri tədqiqi də aparılır. Lakin hələ də dünya daha çox müharibələrdən, ixtilaflardan, zor tətbiqi ilə müşayiət olunan sərt rəqabətlərdən bəhs edir.

Liderlər sanki ABŞ/İsrail-İran və Rusiya-Ukrayna münaqişəsini həll etmək uğrunda yarışa giriblər. Hər kəs özünün önəmini xüsusi vurğulayır. Lakin yenə də hər iki münaqişədə sülhə nail olunmamışdır. Hətta onların genişlənərək hələlik sabit olan başqa regionlarda da ixtilaflar yarada bilmələri riskindən danışırlar. Dahi Hüseyn Cavid nə qədər haqlı imiş, sanki buğun üçün deyibmiş:

“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü”.

Əlbəttə, liderlərin cəmiyyətdə, dövlətdə və bütövlükdə dünyada rolu çox yüksəkdir. Ancaq sülh məsələsini yalnız onların öhdəsinə buraxmaq, bizcə, strateji yanlışlıqdır. Çünki “sülh” deyilən fenomen konkret hansısa zümrəni deyil, bütövlükdə, insanlığı, bəşəriyyətin hər bir fərdini əhatə edir: dinc, yardımlaşma, qarşılıqlı faydalanma, zor tətbiq etmədən, haqq və hüquqlara tam əməl etməklə birgə yaşamaq qabiliyyəti!

Bu o deməkdir ki, sülh məsələsi təbiətcə bütövlükdə cəmiyyəti əhatə edir. Onun bərqərar olmasında da toplumun aktiv kəsimləri mütləq iştirak etməlidirlər. Hətta indi sülhün təşviqi insanlığı təşviq etmək anlamına gəlir. Mediakanalın bu prosesdə fəal iştirak etməli olduğuna nəzəri və konseptual səviyyədə heç bir şübhə yoxdur.

IV Şuşa Qlobal Media Forumunda əsas mövzuda sülhün təşviqi və bu prosesdə medianın missiyası məqamının irəli çəkilməsi, yuxarıda vurğulanan ümumi arqumentlərlə yanaşı regional spesifikaya malikdir. Onun bir sıra cəhətləri haqqında bu mövzuda öncəki məqalədə medianın II Qarabağ müharibəsində necə işləməsi ilə bağlı gətirdiyimiz nümunələrdə bəhs edilmişdir. İndi isə məsələyə daha geniş kontekstdə baxaq.

Medianın region miqyasında missiyası: informasiya konteksti

Azərbaycan Vətən müharibəsində cərəyan edən hərbi və informasiya xarakterli proseslərdən çox ciddi nəticələr hasil etmişdir. Hərb meydanında əldə edilən Qələbənin nəticələrini saxlamaq qane etmir – regionu elə geosiyasi-hərbi, iqtisadi-siyasi, energetik-kommunikativ səviyyəyə yüksəltmək lazımdır ki, qarşıdurma deyil, sülh və əməkdaşlıq aparıcı olsun!

Bu qədər geniş miqyasda media sülhü təşviq etməlidir. Asan məsələ deyil, çünki real nəticə əldə etmək üçün konkret proqramlar üzrə ortaq fəaliyyət göstərilməlidir. Media özünü elə təşkilatlandırmalıdır ki, həqiqəti bərpa etmək, etimadı isə yenidən qurmaq mümkün olsun.

Cənubi Qafqazda bu dəyişikliyin ayrıca incə məqamları mövcuddur. Çünki əsrlərlə burada kənar qüvvələr yerli xalqları bir-birinə qarşı qoyan, ölkələr və dövlətlər arasında intriqalar yaradan siyasət yeritmişlər. Nəticədə həm xalqların bir-birinə etimadı itmişdir, həm də geosiyasi mənzərə ixtilaflarla dolu olmuşdur. Yerli ölkələrin bir-biri ilə çəkişmələri fonunda kənar qüvvə özü üçün geosiyasi dividend götürmüşdür.

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi bütün bu pozucu gedişatı alt-üst etdi. Prezident İlham Əliyev təsadüfən “Azərbaycan çox daşları yerindən tərpətdi” deməmişdir! Bu, böyük hadisədir. Ona görə də regional miqyasda çox ciddi dəyişikliklərin olması və onların sistem halında regional sülh, əməkdaşlıq və təhlükəsizliyə xidmət etməsi prinsipial vacib məqamdır.

Şuşada medianın bu prosesdə görə biləcəyi işlərin gündəmə gətirilməsi çox əhəmiyyətlidir. Medianın missiyasını regional sülhə yönəltmək tarixi uğur olacaqdır. Bundan başqa, Cənubi Qafqazdakı bu nümunənin daha geniş geosiyasi məkanlara yayılması baxımından əhəmiyyətli fürsətdir.

Təsirin genişləndirilməsi

Cənubi Qafqazda sülhün təşviqində medianın oynaya biləcəyi rol başqa regionlar üçün də nümunə ola bilər. Burada toplanacaq təcrübəni müxtəlif bölgələrə proyeksiya etmək faydalı olar. Daha geniş məkanda isə dünyanın təcrübəsinin zənginləşməsinə töhfə olar.

Cənubi Qafqaz təcrübəsinin genişlənmə imkanları az deyildir. Onun bünövrəsində artıq bir sıra istiqamətlərdə bu regionun aparıcı dövləti olan Azərbaycanın malik olduğu uğurlu siyasi təcrübələri müxtəlif ölkələrdə öyrənirlər. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda vurğulamışdır ki, rəsmi Bakının bir müraciəti ilə coğrafi olaraq uzaqda olan dövlətlər belə xarici siyasətlərinə müəyyən korrektələr edirlərsə, bu, Azərbaycana olan siyasi-diplomatik etimadın, inamın və çox müsbət münasibətin əlamətidir.

Hətta geosiyasi aspektdə dövlət başçısı Azərbaycanın vurğulanan keyfiyyətlərinin “orta güc nümunəsi” kimi qiymətləndirilməsinə müsbət yanaşdığını ifadə etmişdir. Bu o deməkdir ki, söhbət hansısa fraqmentar və keçici gedişatdan deyil, ölkə rəhbərliyinin davamlı olaraq həyata keçirdiyi strateji düşünülmüş prosesdən gedir.

Bütün bu müddəaların fonunda IV Şuşa Qlobal Media Forumunun mövzusunda ifadə edilmiş iki məqam üzərində dayanmağa ehtiyac görürük. Onlardan biri “həqiqətin bərpası”, digəri isə “etimadın yenidən qurulması”dır.

Həqiqətin bərpası

Bu məsələ Azərbaycan üçün ayrıca önəm daşıyır. Əsrlərlə dünyanın böyük dövlətləri ölkəmiz haqqında həqiqəti deyil, yalanı, böhtanı, şəri tirajlamışlar (bəzi istisnalar olmaqla). Onların əsas amacı Azərbaycanı dövlət, ölkə, cəmiyyət, mədəniyyət və iqtisadi məkan kimi gözdən salmaq, onun fonunda isə başqalarını irəli çəkməkdən ibarət idi. Daha dərin qatlarda həmin dairələr Qərbi Azərbaycan ərazisində “Ermənistan” adlı dövlət qurmaları və onu Azərbaycanın qalan ərazilərini işğala təhrik etmələri xüsusi təhlükə yaradırdı. Bu məqamı Çar Rusiyası və sovet dönəmlərində heç bir beynəlxalq təşkilat tam etiraf etməmişdir. Əksinə, Azərbaycana qarşı qərəzli informasiya ilğımı yaratmaqla onu, ümumiyyətlə, siyasi xəritədən silmək kimi antiinsani planları olmuşdur.

Qəbul edək ki, bu dərin və geniş əhatədə sistemli olaraq aparılan prosesdə informasiya xüsusi rol oynamışdır. O cümlədən Rusiya və Avropada ermənilər və onların havadarlarının uydurduqları informasiyalar milyonlarla insanın beynini “zəhərləmişdir”. 1962-ci ildə dünyasını dəyişmiş məşhur fransız filosofu Qaston Başlyar yazırdı ki, yanlış informasiyalar avropalıları şizofrenik hala salmışdır.

Ancaq bu səslər çox az idi. Cəmiyyətlərin böyük əksəriyyətində saxta erməni təbliğatının yaratdığı təəssüratlar möhkəmlənmişdi. Bu reallığın fonunda Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəsinin siyasi, geosiyasi, mədəni anlamları ilə yanaşı, informasiya anlamını da təsəvvür edək – tarixdə görünməmiş bir cəsarət nümunəsidir!

Buna görədir ki, uzun müddət adi avropalı düşüncəsi belə Azərbaycanın qələbəsini həzm etmək istəmirdi.

Məsələnin başqa tərəfi XX əsrin ikinci yarısından başlayaraq Qərb elmi dairələrində və media məkanında “həqiqət” anlayışının dərki ilə bağlıdır. ABŞ-ın Vyetnam və Koreya uğursuzluqlarından sonra cəmiyyətdə psixoloji apatiyanı aradan qaldırmaq üçün amerikan elmi və media dairələri yeni anlayış uydurdular: “posthəqiqət” və ya “postdoğru” terminini dövriyyəyə buraxdılar.

Bu terminlər klassik elmdə və mediada işlənən “mütləq həqiqət” anlayışını arxa plana atırdı. Yəni tam anlamı ilə heç bir mütləq həqiqət yoxdur, o, nisbidir və hətta ümumiyyətlə, həqiqət deyil. Əsl “həqiqət” reallığa uyğun olub-olmamasından asılı olmayaraq ictimai rəyi konkret dairələrə sərf edən istiqamətlərə yönləndirməklə bağlıdır kimi təəssürat yaradırdılar. Media bu prosesdə əsas rol oynadı.

“Posthəqiqət” carçısı olmaq artıq medianın canına hopmuşdur. Buna görə də IV Şuşa Qlobal Media Forumunda “həqiqəti bərpa etmək” həm bütün dünya üçün möhtəşəm vəzifədir, həm də medianın yeni missiyası baxımından prinsipial hadisədir.

Bu nəcib, lakin olduqca çətin missiyanın Şuşa Media Forumunda aktuallaşdırılması və hətta missiya səviyyəsində təqdim edilməsi Azərbaycanın humanitar mahiyyətli dövlət olmasından qaynaqlanır. Eyni zamanda, uzun müddət erməni yalançı təbliğatının yaratdığı informasiya ilğımını əsl həqiqətlərlə əvəz etməyin zəruriliyinə səslənişdir. Çünki Azərbaycan xalqı və dövləti ona qarşı edilən heç bir cinayəti unutmamışdır və unutmayacaq. Bunun fonunda artıq hər kəsin həqiqətləri söyləməsi Cənubi Qafqazda davamlı sülh, əməkdaşlıq və təhlükəsizlik mühiti yarada bilər. Həqiqəti həm də bu səbəbdən bərpa etmək medianın müqəddəs missiyası sayılmalıdır!

Etimadın yenidən qurulması

Problemin bu tərəfi də arxivacibdir. İndi dövlətlər və cəmiyyətlər arasında etimad ya çox zəifdir, ya da əksər hallarda ümumiyyətlə yox dərəcəsindədir. Onun ən bariz nümunəsi ABŞ-İran münasibətlərində özünü göstərir – tərəflər verdikləri sözləri çox qısa zamanda pozurlar.

Cənubi Qafqazda da yuxarıda vurğuladığımız və toxunmadığımız çoxlu sayda faktor ucbatından region dövlətləri arasında qarşılıqlı etimad qaneedici səviyyədə deyildir. Xüsusilə Ermənistanda hələ də mövcud olan revanşist düşüncələr regionda sülhə ciddi maneələr yaradır. Müxtəlif kənar dairələr isə bir sıra hallarda bu qərəzliliyi körükləyirlər.

Bu vəziyyətdən çıxmağa media böyük yardım göstərə bilər. Qruplar, cəmiyyətlər, xalqlar arasında etimaddan dövlətlər arasında etimada nail olmaq imkanı yaranar. Cənubi Qafqazda qarşılıqlı etimad kənar pozucu təsirlərə qarşı ən yaxşı “mənəvi immunitet”dir!

Əlbəttə, bu proses uzun çəkə bilər. Yenə də region dövlətləri qarşısına maneələr çıxarmağa cəhdlər olar. Lakin həyat belədir. Mübarizə aparmaq və qələbə əldə etmək gərəkdir. Bunun üçün isə həqiqətin fonunda bir-birinə etimad etmək çox lazımlıdır.

Şuşa forumlarının böyük əhəmiyyət daşıdığı vurğulanan müddəalardan aydındır. Burada Azərbaycan Prezidentinin zəkası və iradəsinin əsas rol oynadığına da şübhə yoxdur. Eyni zamanda, bütün hallarda kollektiv fəaliyyət, müxtəlif dairələrin gücü bir yerə qoyması şərtdir. Əslində Şuşada aparılan müzakirələr müəyyən mənada məhz birliyə, səmimi kollektiv fəaliyyətə dəvət və səslənişdir.

Həmin prosesdə jurnalistlərin rolu əvəzsizdir. Onlar güclərini aktual sayılan məsələlərin müsbət həlli istiqamətində səfərbər etsələr, uğur mütləq əldə ediləcək. Yəni media nailiyyətlərin mərkəzində dayanan qüvvədir.

Azərbaycan mediasının bu proseslərdə fəallığını da vurğulamaq zəruridir. Jurnalistlərimiz, analitiklər, ekspertlər regional sülh, əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsinə ciddi informasiya dəstəyi verirlər. Şuşa forumları göstərir ki, Azərbaycan jurnalistlərinə bu istiqamətdə beynəlxalq dəstək yüksələcəkdir. Getdikcə daha çox sayda media nümayəndələri Azərbaycan mediasının ədalətliliyinə, səmimiliyinə, sülhyaradıcı xarakterinə inanırlar!

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyul 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see567

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see416

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see388

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see321

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see307

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see283

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see259

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see258

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see253

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see237

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see237

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see232

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see231

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see225

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see204

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see204

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see193

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see191

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see189

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri