Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Şuşa Qlobal Media Forumu: informasiya əsrində Azərbaycanın strateji söz platforması

Şuşa Qlobal Media Forumu: informasiya əsrində Azərbaycanın strateji söz platforması

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir dövrdə dövlətlərin gücü təkcə iqtisadi və hərbi imkanları ilə deyil, həm də informasiya məkanında nə dərəcədə etibarlı, inandırıcı və təsirli mövqe tuta bilməsi ilə ölçülür. Bu baxımdan Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya gündəliyinə verdiyi ən mühüm töhfələrdən biridir. Qısa müddətdə nüfuz qazanan bu platforma müxtəlif ölkələrdən media rəhbərlərini, ekspertləri və siyasətçiləri bir araya gətirməklə yanaşı, qlobal çağırışların açıq müzakirə olunduğu dialoq məkanına çevrilib.

Forumun Şuşada keçirilməsi isə təsadüfi seçim deyil. Şuşa bu gün təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də tarix, zəfər və yenidənqurmanın qovuşduğu simvolik bir məkandır. Buraya gələn xarici jurnalistlər Qarabağ haqqında eşitdiklərini deyil, gördüklərini dünyaya çatdırırlar. Bu isə informasiyanın ən etibarlı mənbəyinin birbaşa müşahidə olduğunu bir daha təsdiqləyir. Azərbaycanın həyata keçirdiyi bərpa və quruculuq işləri məhz bu platforma vasitəsilə beynəlxalq ictimaiyyətə vasitəçisiz təqdim olunur.

Şuşa Qlobal Media Forumunun əsas üstünlüklərindən biri də onun yalnız media məsələləri ilə məhdudlaşmamasıdır. Burada geosiyasi proseslər, informasiya təhlükəsizliyi, süni intellektin mediaya təsiri, dezinformasiya ilə mübarizə, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq kimi mövzular müzakirə edilir. Bu, forumu peşəkar media tədbirindən daha geniş məna daşıyan strateji fikir platformasına çevirir.

Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi mesajlar da Azərbaycanın gələcəyə baxışını əks etdirir. Milli kimliyin qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, regional əməkdaşlığın inkişafı və qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması yalnız Azərbaycan üçün deyil, bütövlükdə dəyişən dünya nizamı üçün aktual çağırışlardır. Dövlət başçısının beynəlxalq media nümayəndələri ilə açıq dialoqu isə Azərbaycanın şəffaf və öz mövqeyini əsaslandırmağa hazır dövlət olduğunu nümayiş etdirir.

Bu gün Şuşa Qlobal Media Forumu Azərbaycanın yumşaq güc siyasətinin mühüm elementlərindən biri kimi çıxış edir. Forum vasitəsilə ölkəmiz yalnız öz həqiqətlərini dünyaya çatdırmır, eyni zamanda beynəlxalq informasiya məkanında etibarlı tərəfdaş, təşəbbüskar dövlət və qlobal dialoqun fəal iştirakçısı kimi mövqeyini daha da möhkəmləndirir.

Şuşadan dünyaya ünvanlanan hər mesaj bir həqiqəti təsdiqləyir: informasiya əsrində sözə sahib olmaq qədər, həmin sözü etibarlı platformadan, açıq dialoq şəraitində və real faktlara əsaslanaraq söyləmək də böyük strateji əhəmiyyət daşıyır. Məhz buna görə Şuşa Qlobal Media Forumu artıq təkcə təqvimdə yer alan beynəlxalq tədbir deyil, Azərbaycanın qlobal informasiya siyasətinin simvoluna çevrilən mühüm platformadır.

Teymur MƏRDANOGLU,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 

sədr köməkçisi və mətbuat katibi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyul 2026 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see434

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see327

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see325

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see304

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see298

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see284

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see282

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see272

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see253

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see237

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see232

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see215

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see214

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see205

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see199

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see191

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see191

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see186

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri