Icma.az
close
up
RU
Şuşa Qlobal Media Forumu: Jurnalistlər geniş informasiyalar əldə etmək fürsəti qazandılar

Şuşa Qlobal Media Forumu: Jurnalistlər geniş informasiyalar əldə etmək fürsəti qazandılar

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Prezidentin bu Forumda verdiyi mesajlar təkcə Azərbaycanın daxili xarici və daxili siyasətini deyil, eyni zamanda geopolitik və qlobal siyasətinin də elementlərini əhatə edir”


"Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır". Bu sözləri Xankəndidə keçirilən III Şuşa Qlobal Forumunda çıxışı zamanı Prezident İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, fakt odur ki, bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən yazıları, məqalələri təhlil edirlər: 

"O məqalələrin Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu, deməyə əsas verir ki, mediamız doğrudan böyük inkişaf yolu keçib. Media deyəndə mən ilk növbədə jurnalistləri nəzərdə tuturam. Çünki medianı nüfuzlu edən məhz əməkdaşlardır, sizin kimi insanlardır, sizin həmkarlarınızdır. Mən, sözün əsl mənasında, sevinirəm və sizə yeni uğurlar arzulayıram. Azərbaycan bu gün elə bir mərhələdədir ki, hələ də özünü müdafiə etməyə ehtiyacı var. Bu gün Avropadan olan həmkarınız da artıq bu sualı verəndə də onu qeyd etdi: Siz Qərbin ictimai fikrinə, ictimai rəyinə necə təsir edə bilərsiniz? Məncə, media ən yaxşı vasitədir. Bizim media işçilərinin əhatə dairəsi nə qədər çox geniş olarsa, ölkə haqqında o qədər də dəqiq, dolğun və ədalətli məlumat dünya ictimaiyyətinə çatdırıla bilər. Burada hələ görüləsi işlər çoxdur. Ancaq mən deyə bilərəm ki, bizim mediamız artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli yeni reallıqdır". 


Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli Sherg.az-a bildirib ki, mediaforumlar müxtəlif formatlarda, müxtəlif ölkələrdə keçirilir. Amma Azərbaycanda, Qarabağda keçirilən beynəlxalq media forumu onların arasında xüsusi çəkiyə və fərqliliklərə malikdir. Ekspert vurğulayıb ki, Şuşa Qlobal Media Forumu iki istiqamətdə xüsusilə diqqət çəkir və digərlərindən fərqlənir:

 "Birinci istiqamət odur ki, bu Forumda ənənəvi olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev hər il iştirak edir. Dövlət başçısı jurnalistləri maraqlandıran ən müxtəlif sualları cavablandırır. Cənab Prezidentin bu Forumda iştirakçılarla görüşü zamanı verdiyi mesajlar təkcə Azərbaycanın daxili xarici və daxili siyasətini deyil, eyni zamanda geopolitik və qlobal siyasətinin də elementlərini əhatə edir. Bu baxımdan kifayət qədər maraq doğurur. Yəni jurnalistlər qlobal, regional, geopolitik və Azərbaycan siyasəti barədə ən geniş və zəruri informasiyaları əldə etmək fürsəti qazanırlar". 

M.Ələsgərli diqqətə çatdırıb ki, ikinci istiqamət isə budur ki, Şuşa Qlobal Media Forumu mediaya aid ən son trendləri, yeni çağırışları müzakirəyə çıxarır: "Builki mövzu da kifayət qədər aktual və trenddir. Belə ki, süni intellekt dövründə media, rəqəmsallaşma, media savadlılığı və s. bu kimi çox ciddi məsələlər müzakirəyə çıxarılır. Müzakirəni aparmaq üçün tanınmış ekspertlər dəvət olunub. Onlar mövzu ətrafında zəruri bilgiləri verir və açıq diskusiyalar təşkil edilir. Forum çərçivəsində jurnalistləri maraqlandıran bütün suallara cavab tapmaq mümkündür. Təşkilatçılıq da çox yüksək səviyyədə idi. İştirakçıların rahatlığı təmin olunub. Məsələnin başqa tərəfi ondan ibarətdir ki, Forum bizim üçün əziz olan Qarabağda keçirilir. Bura gələn xarici jurnalistlər Qarabağda erməni vandalizminin izlərini görürlər. Eyni zamanda Azərbaycanın quruculuq potensialı ilə tanış olurlar. Qarabağ regionu sürətlə bərpa olunur. Bu da bizi qürurlandırır. Ümumilikdə götürsək, Şuşa Qlobal Media Forumu həm Azərbaycan, həm də beynəlxalq media ictimaiyyəti üçün böyük fürsətlər yaratmış olur". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyul 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see253

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see253

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see240

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see210

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see198

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see180

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see180

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see164

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see163

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see159

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see154

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see152

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see147

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see146

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see145

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see141

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri