Icma.az
close
up
RU
Şuşa sevgisinə bürünmüş poeziya məclisi

Şuşa sevgisinə bürünmüş poeziya məclisi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Şuşa Dövlət Musiqili Dram Teatrının qarşısında qələbəlik idi. Paytaxtda məskunlaşan şuşalılar dilçi alim, türkoloq, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, AYB-nin üzvü, Türk Dünyası Alim Qadınlar Şurasının sədri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, nəğməkar şairə Mahirə Nağıqızı Hüseynova ilə görüşə toplaşmışdılar.

Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən toplantıda filoloq şairənin yaradıcılığının pərəstişkarları ilə yanaşı, ictimai-siyasi xadimlər, tanınmış elm və mədəniyyət adamları da iştirak edirdilər. Görüşü Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva açaraq müasir poeziyamızda incə ruhlu şairə kimi tanınan Mahirə Nağıqızının yaradıcılıq yolundan, dilçi alim kimi elmi araşdırmalarından və ictimai-siyasi xadim kimi Vətən qarşısında xidmətlərindən söz açdı. Natiq qeyd etdi ki, Mahirə Hüseynova dilçilik elmində fonetika, morfologiya, sintaksis və leksikologiya üzrə tədqiqatlar aparmış qiymətli monoqrafiyalar müəllifi kimi tanınmaqla yanaşı, sözə Vətən, torpaq, xalq sevgisinin tərənnümünün incisi kimi nizam verən zərif duyğulu şairə kimi də oxucu sevgisi qazanmışdır.

Yaradıcılıq məclisində Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, fəlsəfə elmləri doktoru, AYB-nin üzvü, Beynəlxalq Professorlar Akademiyasinın üzvü, professor Rafiq Əliyev, Bakı Slavyan Univesitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev və görüşün sair qonaqları çıxış edərək Mahirə Hüseynovanın elmi və ədəbi yaradıcılığının mövzu, ideya və sənətkarlıq xüsusiyyətlərindən, Azərbaycan dilinin tədqiqi və zənginləşməsi yolunda yorulmaz fəaliyyətindən bəhs etdilər.

Görüşün ədəbi-bədii hissəsində Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları şairənin “Qarabağım”, “Vətən”, “Şəhid anasına məktub”, “Məbəd ürəyin”, “Tələsmə hələ həkim” və digər şeirlərini səsləndirdilər, musiqiçilər şairənin şeirlərinə bəstələnmiş mahnıları ifa etdilər.

Məclisin davamında Mahirə Hüseynova xoş sözlərə görə minnətdarlığını bildirdi, yeni yaradıcılıq planlarından söz açdı. Şairə Şuşa ilə bağlı duyğu-düşüncələrini bölüşərkən vurğuladı ki, son illərdə onu ən çox sevindirən və qürurlandıran müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun xalqımızın mədəniyyət və mənəviyyat paytaxtı olan Şuşanın erməni faşizmindən azad edilməsi, torpaqlarımız uğrunda haqq savaşında 44 günlük Zəfərimiz və dövlət başçısının Xankəndidə Azərbaycan bayrağının qaldırması olub: “ Biz artıq bir millət və xalq olaraq qalib xalq kimi başımızı dik tutub gəzə bilirik. Bundan sonra biz ədəbiyyat və incəsənət adamlarının üzərinə düşən ən müqəddəs vəzifə bu Zəfəri gənc nəsillərə çatdırmaq üçün ona layiq əsərlər yazıb yaratmaqdır”.

Ədəbi-bədii görüşün sonunda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Mahirə xanımın ana dilimizin tədqiqi sahəsində xidmətlərinin və yurd sevgisi ilə aşılanmış şeirlərinin gənc nəslin vətənpərvərlik tərbiyəsinə önəmli töhfə olduğunu söylədi, şairəyə Şuşa sevgisinə, şuşalılara dostluq münasibətinə görə təşəkkür etdi. Başçı rəhbəri olduğu şəhərin rəmzi olan Şuşa qalasının rəsmini şairəyə hədiyyə etdi.

İlqar RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 May 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri