Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Şuşada olan S 300 ü onlar göndərmişdi Saakyan

Şuşada olan S 300 ü onlar göndərmişdi Saakyan

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 29-da davam etdirilib.

Turkustan.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclası təqsirləndirilən şəxs Bako Sahakyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələrin və ona aid elan olunan digər sənədlərin səsləndirilməsi ilə davam etdirilib.

Təqsirləndirilən şəxs Bako Sahakyan ibtidai istintaqda ifadəsində bildirib ki, o, 1993-1995-ci illərdə qondarma rejimin “müdafiə ordusunda” “maddi-texniki təchizat üzrə qərargah rəisi” işləyib. 1994-cü ilin mayına qədər aparılan döyüş əməliyyatlarında hərbi qüvvələrin birbaşa təchizatının təmin olunmasında iştirak edib.

Bako Sahakyan 2015-2020-ci illərdə Şuşa şəhərində olan “S-300” raket kompleksini Ermənistanın Müdafiə Nazirliyinin göndərdiyini deyib.

Onun ifadəsində göstərilib ki, ümumiyyətlə, 2020-ci ildə baş vermiş 44 günlük müharibədən əvvəlki və sonrakı dövrdə silah-sursat, hərbi texnika və şəxsi heyət təminatı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən bu ölkənin dövlət büdcəsi hesabına təmin olunub.

Bako Sahakyan ifadəsində bildirib ki, Ermənistanın Müdafiə Nazirliyi qondarma rejimin "müdafiə nazirliyini" silah-sursat və digər hərbi təminatla təchiz edib.

Məhkəmədə təqsirləndirilən şəxs Qarik Martirosyanın vəkili öz səhhəti ilə əlaqədar müalicə aldığını əsas gətirərək, məhkəmədə iştirakına xitam verilməsini istəyib.

Hakim təqsirləndirilən şəxsin etirazının olub-olmadığını soruşub, Q.Martirosyan isə etiraz etmədiyini bildirib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Qarik Martirosyanın müdafiəçisinin məhkəmədə iştirakına xitam verilib.

Bildirilib ki, Q.Martirosyana dövlət hesabına yeni müdafiəçi təyin olunması üçün qərarın surəti Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndəriləcək.

Həmçinin hakim Zeynal Ağayev bildirib ki, zərərçəkən şəxslərdən birinin vəkili (Nəzrin Məmmədli) ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyi və buna görə də cinayət işi üzrə iştirakına xitam verilməsi ilə bağlı onun müraciəti olduğunu qeyd edib.

Müraciətə etiraz olmadığına görə, vəkilin iştirakına xitam verilib. Bildirilib ki, yeni nümayəndənin təyin edilməsi ilə bağlı qərarın surəti Vəkillər Kollegiyasına göndəriləcək.

Məhkəmə iclası təqsirləndirilən şəxs David Babayanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadəsi və ona aid elan olunan digər sənədlərin səsləndirilməsi ilə davam etdirilib.

Təqsirləndirilən şəxs David Babayanın ibtidai istintaqa ifadəsindən məlum olub ki, o, 2020-ci ildə qondarma qurumun “prezidentinin müşaviri”, 2021-ci ildə “xarici işlər naziri”, 2023-cü ildə qondarma qurumun “prezidentinin müşaviri – qondarma qurumun prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi” təyin olunub.

O, ifadəsində bildirib ki, qondarma rejimə silah-sursat yalnız Ermənistanın Müdafiə Nazirliyi vasitəsilə bu ölkədən göndərilib. Ümumiyyətlə, silah-sursat və digər təminatlar Gorus-Laçın-Xankəndi, Basarkeçər-Kəlbəcər-Ağdərə-Xankəndi yolları ilə gətirilib. Rejimin maliyyə mənbəyi də yalnız Ermənistandan olub. Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində su elektrik stansiyalarından əldə edilən enerji, həmçinin taxıl və spirtli içkilər Ermənistana satılıb. Bundan başqa, Ermənistan vasitəsilə bir çox xarici ölkələrə də spirtli içkilər ixrac olunub.

2007-2019-cu illərdə Bako Sahakyanla birlikdə müxtəlif ölkələrə səfər edərək qondarma rejimin “Prezident Administrasiyasının” nümayəndəsi və tərcüməçi qismində görüşlərdə iştirak edib. Görüşlərin əsas məqsədi xaricdə yaşayan ermənilərin Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində yaşayan ermənilərə maddi vəsait ayırmaları ilə bağlı olub.

O, ifadəsində göstərib ki, ərazilərin minalanması işlərinə 1994-cü ildən başlanılıb və “müdafiə nazirliyi” tərəfindən həyata keçirilib. Lakin konkret buna kimin göstəriş verdiyini və rəhbərlik etdiyini bilmir. Qeyd edib ki, qondarma rejimin “ordusunun” fəaliyyəti Ermənistan silahlı qüvvələrinin fəaliyyəti ilə inteqrasiya olunmuş şəkildə həyata keçirilib.

O, ifadəsində işğal altında saxlanılan zaman bütün rayon və şəhərlərdə, xüsusilə də Ağdamda və Füzulidə mövcud olmuş bütün daşınmaz əmlakın, o cümlədən tikililərin daşınması faktını etiraf edib.

Məhkəmədə elan edilən, cinayət işi üzrə materiallara əsasən D.Babayan 2020-ci ildə 44 günlük müharibə zamanı, ondan sonrakı müddətlərdə qondarma rejimin “liderinin təmsilçisi” kimi Azərbaycan Respublikasına və onun vətəndaşlarına qarşı internet informasiya resurslarında 2021-ci il yanvarın 4-də “Biz heç vaxt Azərbaycanın bir hissəsi olmayacağıq. Biz bir dövlətdə birlikdə yaşaya bilmərik. Bu, mümkün deyil! Qonşu kimi yan-yana yaşamağa məhkumuq, başqa çıxış yolu yoxdur. Amma mən azərbaycanlılarla bir dövlət daxilində, Azərbaycan dövlətinin bir hissəsi kimi yaşamaq imkanını görmürəm, çünki belə bir vəziyyətdə Artsax, sadəcə, mövcud olmayacaq” məzmunlu çıxış edib və bunu açıq şəkildə bəyan edib.

Məhkəmə prosesi sentyabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar. /Teleqraf/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Avqust 2025 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see252

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see249

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see245

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see243

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see238

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see231

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see227

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see223

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see218

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see205

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see200

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see196

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see194

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see192

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see191

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see188

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see179

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see175

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

15 Noyabr 2026 05:49see174

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri