Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Şuşadan dünyaya verilən mesaj: Azərbaycanın gücü, Zəfəri və dirçəliş modeli

Şuşadan dünyaya verilən mesaj: Azərbaycanın gücü, Zəfəri və dirçəliş modeli

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hüseyn Süleymanov

YAP Kəngərli rayon təşkilatının sədr müavini

2026-cı il iyulun 13–14-də Şuşa şəhərində keçirilən IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu və qlobal informasiya məkanında artan rolunu nümayiş etdirən mühüm platformaya çevrildi. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin, ekspertlərin və ictimai xadimlərin iştirak etdiyi forum bir daha göstərdi ki, Şuşa artıq təkcə Azərbaycanın deyil, həm də beynəlxalq dialoqun və fikir mübadiləsinin aparıldığı əhəmiyyətli mərkəzlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum zamanı səsləndirdiyi fikirlər ölkəmizin keçdiyi inkişaf yolunu, əldə etdiyi nailiyyətləri və gələcəyə baxışını aydın şəkildə ifadə etdi.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycanda, Qarabağda və xüsusilə Şuşada belə mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir. Bu fikir təkcə qonaqpərvərlik nümunəsi deyil, həm də Azərbaycanın öz tarixi torpaqlarında beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək imkanlarının göstəricisidir. Bir vaxtlar işğal altında olan Şuşanın bu gün beynəlxalq media forumunun keçirildiyi şəhərə çevrilməsi Azərbaycanın qazandığı tarixi Zəfərin və həyata keçirilən genişmiqyaslı bərpa siyasətinin real nəticəsidir.

Dövlət başçısı çıxışında qeyd etdi ki, ötən otuz ildən artıq müddətdə Azərbaycan orta gücə malik dövlətə çevrilib. Bu status ölkəmizin siyasi sabitliyi, iqtisadi inkişafı, müstəqil xarici siyasəti və beynəlxalq münasibətlər sistemində artan nüfuzu ilə formalaşıb. Azərbaycan bu gün regional təşəbbüslərin müəllifi kimi çıxış edir, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində etibarlı tərəfdaş olduğunu əməli fəaliyyəti ilə sübut edir. Məhz bu uğurlar ölkəmizin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirib.

Prezident İlham Əliyevin xüsusi vurğuladığı məqamlardan biri də Azərbaycan xalqının keçdiyi tarixi yol oldu. Dövlət başçısı bildirdi ki, xalqımız həm işğalın ağrılarını yaşayıb, şəhər və kəndlərin dağıdılmasının şahidi olub, həm də 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfəri görüb. Bu gün isə Azərbaycan xalqı azad edilmiş torpaqlarda həyata keçirilən bərpa və yenidənqurma prosesinin canlı iştirakçısıdır. Bu proses yalnız infrastrukturun bərpası deyil, həm də tarixi ədalətin bərqərar olunması, doğma torpaqlara həyatın qaytarılması deməkdir.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələr Azərbaycanın güclü dövlət iradəsinin və uzunmüddətli inkişaf strategiyasının göstəricisidir. Müasir şəhərlərin və kəndlərin salınması, yolların, hava limanlarının, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin tikintisi bölgənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyir. Şuşada keçirilən beynəlxalq tədbirlər isə bu şəhərin yenidən Cənubi Qafqazın mühüm mədəni və siyasi mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirir.

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın keçmişdən bu günə qədər keçdiyi şərəfli inkişaf yolunun ümumiləşdirilmiş ifadəsi idi. İşğaldan Zəfərə, Zəfərdən isə quruculuq və dirçəliş mərhələsinə keçən Azərbaycan bu gün dünyaya sülh, əməkdaşlıq və inkişaf mesajları verir. Şuşada keçirilən belə mötəbər tədbirlər ölkəmizin artan beynəlxalq nüfuzunu bir daha təsdiqləyir və Azərbaycanın gələcəyə inamla irəlilədiyini göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 İyul 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see311

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see309

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see286

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see283

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see266

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see259

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see251

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see249

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see241

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see240

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see237

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see225

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see216

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see214

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see211

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see201

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see196

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see190

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see190

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri