Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ruanda Prezidentinin səfəri Dünyaya verilən mesaj

Ruanda Prezidentinin səfəri Dünyaya verilən mesaj

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sentyabrın 20-də Ruanda Prezidenti Pol Kaqamen Azərbaycana səfər edib. İmzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin iştirakı ilə mübadiləsi mərasimi olub. Ruanda Prezidentinin səfəri, iki ölkə arasında sənədlərin imzalanmasının nə vəd etdiyi diqqətçəkən nüanslardır.

Modern.az-a açıqlamasında deputat Zaur Şükürov bildirib ki, Prezident İlham Əliyevin yaratdığı yeni reallıqlar, nəinki dünyanın müxtəlif coğrafiyalarında yerləşən və fərqli inkişaf səviyyələrinə malik ölkələrin Azərbaycana marağını artırır, hətta zaman-zaman bizə qarşı ətalətsiz mövqe sərgiləyən dövlət və beynəlxalq təşkilatları da öz yanaşmalarını yenidən nəzərdən keçirməyə məcbur edir:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi son dərəcə uğurlu xarici siyasət kursu çərçivəsində dünya ölkələri ilə əməkdaşlığımız davamlı olaraq inkişaf etməkdədir. Beynəlxalq hüququn hamılıqla qəbul olunmuş normalarında nəzərdə tutulan prinsiplərə uyğun, qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında həyata keçirilən xarici siyasət kursumuz beynəlxalq tərəfdaşlar tərəfindən təqdir edilməklə yanaşı, dövlətimizin nüfuzuna əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Xüsusilə də, Azərbaycan Prezidentinin misilsiz sərkərdəliyi, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin şücaəti sayəsində əldə etdiyimiz zəfərlər, torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün təmin edilməsi beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyini gücləndirdi. Bütün sadalanan amillər və Azərbaycan Prezidentinin yaratdığı yeni reallıqlar, nəinki dünyanın müxtəlif coğrafiyalarında yerləşən və fərqli inkişaf səviyyələrinə malik ölkələrin Azərbaycana marağını artırır, hətta zaman-zaman bizə qarşı ətalətsiz mövqe sərgiləyən dövlət və beynəlxalq təşkilatları da öz yanaşmalarını yenidən nəzərdən keçirməyə məcbur edir.

Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi dönəmində Hərəkata üzv ölkələrlə beynəlxalq hüquqa və bu qurumun baza prinsipləri olan “Bandunq” prinsiplərinə əsasən səmərəli əməkdaşlığı davam etdirməsi, COVİD-19, humanitar fəlakətlər, iqlim dəyişikliyi kimi qlobal çağırışlar zamanı beynəlxalq əhəmiyyətli təşəbbüslərlə çıxış etməsi, məhz Azərbaycanın vasitəsilə Qlobal Cənubun səsinin dünya miqyasında eşidilməsində mühüm rol oynamış və dövlətimizə olan etimadı daha da yüksəltmişdir. Heç şübhəsiz, bu xüsusda, Afrika qitəsində yerləşən ölkələrlə münasibətlərimizin inkişaf etdirilməsi də istisna deyil və Prezident cənab İlham Əliyevin bu ilin aprel ayının 9-da ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda bu qitəni təmsil edən iştirakçının sualını cavablandırarkən qeyd etdiiyi kimi, ölkəmizin Afrika dövlətləri ilə daha güclü əlaqələr qurulması istiqamətində xarici siyasətimiz dövlət başçımız tərəfindən müəyyən edilib və təsdiqlənib və bu istiqamətdə fəallığın artırılması nəzərdə tutulub".

Deputat vurğulayıb ki, son illər Afrika qitəsini təmsil edən dövlətlərinin liderlərinin ölkəmizə səfərlərinin intensivləşməsində məhz sadalanan faktların rol oynadığını və Azərbaycan Prezidentinin bu coğrafiya istiqamətində müəyyən etdiyi xarici siyasət kursunun tərkib hissəsi olmasını əminliklə söyləmək olar:

"Bu xüsusda, Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin ölkəmizə rəsmi səfərinin həyata keçirilməsi və səfər çərçivəsində qarşlıqlı maraq doğuran bir sıra sahələri əhatə edən sənədlərin imzalanması Afrika istiqamətində əlaqələrimizin intensivləşməsinin nümayişidir.

Məlum olduğu kimi, Prezident Pol Kaqamen artıq ikinci dəfədir ki, ölkəmizə səfər edir. Belə ki, öncəki səfər 2024-cü ilin noyabr ayında Bakıda keçirilən COP29-da iştirak məqsədilə həyata keçirilmişdir və həmin səfər zamanı Ruanda Prezidenti Azərbaycan Prezidenti tərəfindən ölkəmizə rəsmi səfərə dəvət edilmişdir.

Hazırkı rəsmi səfər çərçivəsində iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ruanda Respublikasının Kənd Təsərrüfatı və Heyvan Ehtiyatları Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ruanda İnkişaf Şurası arasında qabaqcıl dövlət xidmətlərinin göstərilməsi mexanizminin yaradılması barədə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun həyata keçirilməsi üzrə Əməkdaşlıq Proqramı”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Ruanda Respublikasının İnkişaf Şurası arasında Anlaşma Memorandumu” imzalanmışdır və bu sənədlərdə ehtiva edilən sahələr üzrə əməkdaşlığın gələcəkdə inkişaf etdirilməsi üçün əlverişli imkanlar mövcuddur.

Azərbaycan və Ruanda prezidentlərinin mətbuata bəyanatlarla çıxışları zamanı Prezident cənab İlham Əliyev iki ölkə arasında əməkdaşlığa dair səsələndirdiyi fikirlər münasibətlərimizin gələcək inkişafı üçün münbit şərait olduğunu bir daha nümayiş etdirir: “Əminəm ki, bu səfər ikitərəfli münasibətlərə əlavə təkan verəcək. Biz əməkdaşlığımızın müxtəlif aspektlərini artıq müzakirə etdik, tərəfdaşlığımızı dərinləşdirməkdə və genişləndirməkdə birgə iradəmizi ifadə etdik. Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır. Biz müxtəlif beynəlxalq təsisatlarda birgə iştirak edirik və hər zaman bir-birimizi dəstəkləyirik. Qoşulmama Hərəkatında sədrliyimiz dövründə Ruanda hər zaman bizə dəstək vermişdir. Siz bizə sədr seçilmək və sonra sədrliyimizin uzadılması üçün dəstək verdiniz. Ruanda, həmçinin Qoşulmama Hərəkatında həmrəyliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərimizin əksər hissəsini dəstəkləmiş və ona qoşulmuşdur. Biz birmənalı olaraq BMT daxilində hər zaman fəal əməkdaşlıq edirik və bir-birimizə qarşılıqlı dəstəyi artırırıq.

Bizə, sadəcə, müxtəlif səviyyələrdə daha çox təmasların qurulması, birgə biznes və investisiya imkanlarının müzakirəsi üçün biznes, eləcə də müxtəlif nazirliklərin nümayəndə heyətlərinin mübadiləsi lazımdır. Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım və əminəm ki, cənab Prezidentin səfəri və müzakirələrimiz, eləcə də mətbuat konfransından sonrakı söhbətlərimiz iqtisadi və ticari sahədə tərəfdaşlıq üçün çox möhkəm zəmin yaradacaq. Bizim əla siyasi münasibətlərimiz var və bizə bütün digər sahələrdə də eyni münasibətlər səviyyəsi lazımdır.”

Dövlət başçımızın səsləndirdiyi bu fikirlər, Azərbaycanla Ruanda arasında münasibətlərin dərinləşdirilməsi üçün münbit şəraitin olduğunu deməyə əsas verir. İnanırıq ki, hər iki ölkənin birgə səyləri sayəsində qeyd olunan sahələr üzrə gələcəkdə əməkdaşlığın inkişafına nail olmaq mümkündür və bu da, öz növbəsində, həmçinin digər yeni əməkdaşlıq istiqmətlərinin müəyyən olunmasına imkan verəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Sentyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri