Şuşalıların problemləri ilə məşğulam, yeni bəstə yazıram Polad Bülbüloğlu
Icma.az, Modern.az saytına istinadən bildirir.
Şuşaya köçən əhalinin məşğulluğunun təmin edilməsi əsas məsələlərdən biridir.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu deyib.
Komitə sədri mütəmadi olaraq, seçicilərlə görüşdüyünü və vətəndaşların problemlərinin həlli üçün imkan daxilində köməklik göstərdiyini deyib:
“Yaşayış məsələsi, iş yerlərinin açılması ilə bağlı problemlər var. Məsələn, Şuşa balaca bir şəhərdir, orada zavod - fabrik yoxdur. İnsanlar ora köçürülür. Bu zaman ilk növbədə iş yerləri məsələsi ön plana çıxır. Çünki insan köçüb orada yaşamalı, işləməli, maaş almalıdır. Təbii ki, bu istiqamətlərdə həmişə problemlər olur. Əsas məsələ həmin problemlərin həlli üçün düzgün istiqamət seçilməsi və bu istiqamətdə işlərin aparılmasıdır”.
Deputat, həmçinin hazırda rejissor Vaqif Mustafayevin çəkdiyi “Xoca Nəsrəddin” filminin musiqisi üzərində işlədiyini deyib: " “Xoca Nəsrəddin” beynəlxalq filmdir. Bura Orta Asiya ölkələri də daxil edilib. Layihənin ilin sonunadək hazır olması nəzərdə tutulur".
Baxış sayı:84
Bu xəbər 13 Noyabr 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















