Şuşanın Sarıbaba kəndində 82 ha ərazi minadan təmizlənib
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şuşa rayonunun Sarıbaba kəndinin yenidən qurulması ilə bağlı ərazinin minadan təmizlənməsi layihəsi çərçivəsində 82 ha ərazi təmizlənib, 14 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Qeyd edilib ki, Şuşa rayonu Sarıbaba kəndi - Qarabağın dağlıq hissəsində, təxminən 1500 metr yüksəklikdə yerləşən yaşayış məntəqəsidir. Ərazi uzun müddət hərbi nəzarət zonası olub və bu istiqamətdə döyüşlər aparılıb.
"Kənd ərazisində aparılan texniki tədqiqat əməliyyatları nəticəsində ərazi döyüş sahəsinin təmizlənməsi kimi qiymətləndirilib. Döyüş sahəsinin təmizlənməsi əməliyyatları yerüstü və yeraltı təmizləmə üsulları ilə həyata keçirilir. Ərazidəki dik yamaclar və meşəlik sahələr partlayıcı sursatların vizual aşkarlanmasını çətinləşdirən amillərdəndir. Bundan əlavə, dağlıq ərazilərdə tez-tez və gözlənilmədən dəyişən hava şəraiti və temperatur fərqləri minaaxtaranların fəaliyyətini daha da mürəkkəbləşdirir", - məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 25 İyun 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















