Icma.az
close
up
RU
Şuşaya qayıdış milli qeyrətin təntənəsi idi

Şuşaya qayıdış milli qeyrətin təntənəsi idi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Qədim Şuşanın 5 il öncə azadlığa qovuşması ilə Vətən tariximizin qəhrəmanlıq salnaməsinə daha bir parlaq səhifə yazıldı. Bu, Qarabağ torpaqlarının azadlığı uğrunda 30 illik mübarizənin son akkordu oldu. Dünya hərb tarixinə möcüzə kimi yazılan bu möhtəşəm qələbə, sadəcə, rəşadətli Azərbaycan Ordusunun uğurlu bir hərbi əməliyyatı deyildi. Azərbaycan Ordusunun dünyaya səs salan şanlı Zəfəri milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi idi. Şuşanın öz sahiblərinə qayıtması Azərbaycan xalqının real tarixini, ulu mədəniyyətini, yenilməz qürurunu özünə qaytardı. “Qafqazın sənət beşiyi”, “Odlar yurdunun qeyrət qalası” adlandırılan Şuşa hər bir vətən övladı üçün ərazi, yurd yeri olmaqdan daha öncə milli məfkurə və “könül yurdumuzun başkəndi”dir. Ona görə də bu özünəqayıdış milli məfkurənin əsarətdən xilası idi.

Prezident İlham Əliyevin sərəncamları ilə 2021-ci ildə “Şuşa haqqında qanun” qəbul edilməsi, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması, 2022-ci ilin “Şuşa ili” adlandırılması, Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi kimi mənəvi dəyəri ölçüyə gəlməyən təşəbbüslər bu qədim qoruq-şəhərin tarixi gözəlliyi ilə bərabər, həm də onun vüqarını, əzəmətini özünə qaytardı. 2023-cü ilin sentyabrında Qətərin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşanın 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi isə türk-müsəlman aləmində bu şəhəri “milli iradə və azadlıq rəmzi” kimi simvollaşdırdı.

2023-cü il iyulun 31-də Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq sərəncamla noyabrın 8-i Şuşa Şəhəri Günü kimi qeyd olunur. Şuşa Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetişdirən mədəniyyət mərkəzidir. “Şərqin konservatoriyası” adlanan bu ecazkar sənət məbədi dünya musiqisinə Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Üzeyir Hacıbəyli, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi nadir şəxsiyyətlər bəxş edib.

Əsası 1752-ci ildə Pənahəli xan Cavanşir tərəfindən qoyulmuş Şuşa qalası 1756–1823-cü illərdə Qarabağ xanlığının paytaxtı olub və uzun müddət Pənahabad adlandırılıb. Həmin dövrlərdən etibarən şəhər Azərbaycanın tarixində mühüm rol oynayıb.

Bu qədim qala şəhərinin 3 qapısı olub: şimal cinahında Gəncə qapısı, qərbdə İrəvan qapısı və ətraf ərazilrə açılan Ağoğlan qapısı. Əlçatmaz sıldırım qayaların əhatəsində dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən bu qədim şəhər həm strateji müdafiə qalası və həm də açıq səma altında Azərbaycan memarlıq muzeyi kimi şöhrət qazanmışdı.

Bu ərazidə ən yüksək zirvə 2725 metr hündürlüyündə olan Böyük Kirs dağıdır. Burada müxtəlif növ bitki və ağaclar, Turşsu və Şırlan kimi keyfiyyətli mineral su mənbələri var. Qarqar çayı, Şuşanın şimal-şərqindəki Qarabağ dağ silsiləsinin yamacında yerləşən Çaxmaq, Kirs, Şırlan, Armudlu, Əylis, Çınqıllı, Quşçular, Malıbəyli, Topxana meşələri, Zarıslı və Xəlifəli çayları, məşhur Cıdır düzü bu yerlərin ecazkar gözəllik mənbəyidir. Cıdır düzündə, Topxana meşəsində, Üçmıxın zirvəsində, dağ yamaclarında, çay kənarlarında müalicəvi əhəmiyyətli, endemik Xarıbülbül çiçəyi Şuşanın təbiətinə xüsusi gözəllik qatır. Şuşa havasının təmizliyi, səfalı yerləri və müalicəvi əhəmiyyəti bu ərazini kurort şəhəri kimi məşhurlaşdırıb.

Heydər Əliyevin təşəbbüsü ilə hələ 1977-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 10 avqust tarixli 280 nömrəli qərarı ilə Şuşa şəhəri Azərbaycan Respublikasının tarix-memarlıq qoruğu elan edilmişdir. Elə həmin illərdə Heydər Əliyevin diqqət və qayğısı sayəsində Şuşa əsaslı şəkildə, çox həssaslıqla bərpa edilmiş, şəhərin tarixi görkəmi milli memarlıq ənənələrimizlə daha da zənginləşdirilmişdir.

Həmin illərdə Şuşada Dövlət Dram Teatrı, Şuşa televiziyası, Qarabağ tarixi və Şuşa şəhərinin tarixi muzeyləri, Üzeyir Hacıbəylinin, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalereyası, 4 texnikum, 2 institut filialı, texniki peşə məktəbi, 25 orta məktəb və orta ixtisas musiqi məktəbləri, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 17 klub, 31 kitabxana, 40 tibb müəssisəsi, 2 sanatoriya, uşaq sanatoriyası, uşaq sağlamlıq məktəbi, 70 yerlik turizm bazası, mehmanxana, 5 mədəniyyət və istirahət parkı, 4 kinoteatr, çoxsaylı ictimai iaşə obyektləri fəaliyyət göstərib. Şuşa şəhərində ümumilikdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr olan daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olub.

Şəhərdə hərəsinin öz məscidi, bulağı, hamamı olmaqla, 17 məhəllə salınmışdı. İsa bulağı, Saxsı bulaq, Şor bulaq, Səkili bulağı, Şəmilin bulağı, Meydan bulağı adlanan bulaqlar göz yaşı kimi duru içməli su mənbəyi idi.

Şuşa şəhərində tarixi əhəmiyyət kəsb edən abidələrin çoxu məscidlər və malikanələrdən ibarətdir: Yuxarı və Aşağı Gövhərağa məscidləri, Malıbəyli Məscidi, Qaybalı Məscidi, Şırlan məscidi, Alban kilsəsi, Karvansaray, Qulam Şahın, Əsəd bəyin, Mamay bəyin, Mehmandarovlar malikanələri və s. XIX əsr Azərbaycan memarlğının ən gözəl nümunələrindəndir.

Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” və ya “Qan içində” tarixi romanından məlumdur ki, hələ 1905-ci və 1920-ci illərdə Şuşa erməni hücumları nəticəsində dağıntılara məruz qalmış və yandırılmışdı. 80-ci illərin sonlarında sovet rejiminin çökməsindən istifadə edən ermənilər yenidən Azərbaycan torpaqlarını işğal etməyə cəhd göstərdilər və 1992-ci il mayın 8-də Şuşanı işğal etdilər. İşğal nəticəsində şəhərin bütün inzibati binalarını, körpüləri, tarixi-mədəni abidələrini məhv etməyə çalışan düşmənlər görkəmli şəxslərin mülklərini, bağları, qəsrləri, muzeyləri də qarət etdilər, büstlər, heykəllər və digər mədəniyyət abidələri gülləbaran edildi. Şuşa 28 il düşmən əsarətində qaldı.

Şuşa işğaldan azad ediləndən sonra Ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev öz sərəncamı ilə Şuşanı yenidən qoruq şəhəri elan etdi. Ölkə başçısı işğaldan azad olunmuş ərazilərimizdə maddi-mədəni irsimiz olan memarlıq abidələrinin qorunması, bərpası və təbliği ilə bağlı çoxsaylı qərarlar qəbul edir və tədbirlər həyata keçirir.

Bu gün Şuşanın işğaldan azad edilməsindən 5 il ötür. Şuşada, bütövlükdə Qarabağ və Şərqi Zəngəzur torpaqlarında vandalizmə uğramış tarixi-mədəni irs abidələrimiz memarlarımızın və bərpaçılarımızın səyləri nəticəsində bərpa olunur. Bülbülün ev-muzeyi və büstü, Molla Pənah Vaqifin məqbərəsi restavrasiya olunub, Üzeyir Hacıbəylinin və Bülbülün ev-muzeyləri açılıb və heykəlləri qoyulub. Tarixi mənbələrdən və arxivlərdəki fotolardan istifadə edilməklə Mehmandarovların malikanə kompleksinin əvvəlki görkəmi özünə qaytarılıb, kompleksə daxil olan bulaq şuşalıların və buranı ziyarətə gələnlərin istifadəsinə verilib. “Xarı bülbül” hotelinin istifadəyə verilməsi Şuşanın azad, məğrur və əzəmətli görünüşünü daha da gözəlləşdirib. Mamayi və Merdinli məhəllə məscidləri arxiv materiallarına əsasən, olduğu kimi yenidən inşa edilib.

Bu gün Şuşaya gələn hər kəs Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinin şahidi olur. Təsdiq edilmiş plan əsasında Şuşada mühüm infrastruktur layihələri sürətlə və keyfiyyətlə həyata keçirilir. Şuşanı azad edən qəhrəman oğullarımızın cəsarətlə düşmən üzərinə getdiyi cığırların, yarğanların yerində uzunluğu 101 kilometr olan “Zəfər yolu” salınıb. Yeni Əhmədbəyli–Füzuli–Şuşa yolu inşa olunub.

Şəhərin davamlı enerji ilə təmin edilməsi üçün qısa vaxtda “Şuşa”, “Şükürbəyli” yarımstansiyaları və şəhəri müasir elektrik şəbəkəsi ilə təmin etmək üçün hazırlanan Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib. Şəhər azad edildikdən dərhal sonra içməli su təchizatı sistemlərinin əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Kirs–Şuşa magistral su kəmərinin 6 kilometrlik hissəsi polad borularla yenidən qurulub. Daşaltı kəndi yaxınlığında Zarıslı çayının yatağında bir bəndin, nasos stansiyasının və oradan Şuşa şəhərinədək 2,6 kilometrlik daşıyıcı xəttin tikintisi nəticəsində şəhər ilboyu fasiləsiz su ilə təmin edilib.

Bu gün Şuşa bir-birinin ardınca düzənlənən çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. Şuşaya ayaq basan hər bir əcnəbi “alınmaz qala”nı düşmən əsarətindən geri almış igid əsgərlərimizin şücaətinə heyranlıqlarını gizlətmir.

Şuşanın azad olunduğu bu gün hər birimiz üçün Qarabağ uğrunda canını qurban vermiş şəhidlərimizə və qazilərimizə sonsuz minnətdarlıq günüdür.

Şəhidlərimizin ölməz ruhuna sonsuz minnətdarlıq hissi ilə –

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri