Icma.az
close
up
RU
Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın Səbəb

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın Səbəb

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz".

Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova açıqlayıb.

Onun sözlərinə görə, şirin və kofeinli içkilər bədənin maye ehtiyacını qismən qarşılasa da, tərkibindəki maddələr səbəbindən təmiz suyu əvəz etmirlər:

"Çay və qəhvədəki kofein sidikqovucu təsirə malikdir. Bədənə maye daxil olsa da, eyni zamanda sürətlə xaric olur. Bu səbəbdən də orqanizm susuzlaşır. Şirin içkilər və qazlı sular bədənə həddindən artıq boş kalori və şəkər yükləyir. Bu isə piylənmə və tip 2 şəkərli diabet riskini kəskin artırır. Çayda yüksək miqdarda oksalatlar var. Həddindən artıq çay qəbulu və susuzluq böyrəklərdə daş yaranmasına yol açır".

Mütəxəssis-ekspert bildirib ki, bol su qəbulu metabolizmi sürətləndirir:

"Təmiz su bədəndə birbaşa sorulur, digər içkilər isə orqanizm tərəfindən "qida" kimi qəbul edilir. Onların tərkibindəki maddələri parçalamaq üçün qaraciyər və böyrəklər əlavə enerji sərf edir. Hüceyrələrin təmizlənməsi və qidaları enerjiyə çevirməsi üçün yalnız təmiz həllediciyə, yəni saf suya ehtiyacı var".

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Sentyabr 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri