Icma.az
close
up
RU
Suveren ölkəni işğal et, təcavüzkar siyasət yürüt, sonra de ki, niyyətimiz yox idi Analitik

Suveren ölkəni işğal et, təcavüzkar siyasət yürüt, sonra de ki, niyyətimiz yox idi Analitik

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Çində səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Ukraynanın NATO üzvü olması və Rusiyanın Avropaya hücum niyyəti ilə bağlı iddialara cavab verib.

O, Rusiyanın Avropa və NATO-ya hücum etmək istəməsi ilə bağlı fikirləri yalan və cəfəngiyyat adlandırıb.

Onun sözlərinə görə, Rusiyanın heç bir dövlətə, xüsusilə də NATO-ya hücum etmək kimi niyyəti yoxdur.

Bəs, əgər Rusiya özünü dünyada sülhsevər və dinc ölkə kimi göstərirsə, Ukraynadakı illərdir davam edən xaos nəyin göstəricisidir?

Ukrayna nə üçün viran qoyulmuş, dağıdılmış, əhalisi qaçqın olmuş, vətəndaşları raketlərlə öldürülmüş vəziyyətdədir?

Belə çıxır ki, Rusiya lideri beynəlxalq miqyasda ölkəsini yalan məlumatlarla bu cür təqdim edir.

Bu barədə "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü AZXEBER.COM-a açıqlama verib.

Analitik qeyd edib ki, Putinin dediklərinin yalan olduğunu azyaşlı uşaq da anlamış olar:

"Rusiya Prezidenti Vladimir Putinin yalan danışmasını söyləməyə gərək yoxdur. Məncə, azyaşlı uşağa da bu məsələnin yalan olduğu bəllidir. Ukraynanın 20 faiz torpaqlarını işğal et, ölkəni dağıt, insanları məhv elə və bu cür fəlakətə səbəb olan nəticələrə gətir çıxar və de ki, niyyətim yox idi. Bilirsiniz, bu, artıq absurtluğun ən pik həddidir. Mən çox təəssüf edirəm ki, BMT Təhlükəsizlik Şurasının üzvü olan bir dövlətin rəhbəri bu cür məsuliyyətsiz açıqlama verir".

Siyasi şərhçi hesab edir ki, Putinin həqiqət olmayan fikirləri səsləndirməsi özünə də bəlli olub:

"Mən düşünürəm ki, bir an öncə Rusiya Ukraynada müharibəni dayandırıb, o təcavüzkar və işğalçı qoşunlarını oradan çıxartmalıdır. Ölkə nəyin ki, viran qalıb. İnsanlar qaçqın düşüb, məhv olub, gənc insanlar orada dünyanın gözü qarşısında öldürülür. Sonra hətta Putinin belə bir fikri də oldu ki, bizim bu cür fikrimiz yox idi. Ukrayna və Qərb bizi məcbur etdi. Necə məcbur etdi? Sən suveren bir ölkənin ərazisinə işğalçılıq, təcavüzkarlıq siyasəti yürüt, sonra deyin ki, bizi məcbur elədi. Bu mənada mən hesab edirəm ki, Rusiya liderinin yalan danışdığı özünə o qədər bəllidir ki... Bu müharibə başlayandan Putin demək olar ki, açıq müzakirələrdən, geniş toplantılardan, Rusiyanın kənarında olan xaricdəki tədbirlərə qatılmaqdan və s. digər məsələlərdən imtina edib. Qapanıb özünə, girib bunkerinə, özünü dünyadan xəbərsiz kimi aparır. Mən Putinin bu cür həqiqəti əks etdirməyən açıqlamasını qınayıram, hesab edirəm ki, təcili sürətdə NATO ölkələri, dünyanın güclü dövlətləri, təşkilatları Rusiyaya təzyiqi gənişləndirməlidir, gücləndirməlidir ki, o işğalçı qoşunlarını Ukraynadan çıxarsın".

Mikayıl Mirzəzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 02 Sentyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri