Icma.az
close
up
RU
Süverenlik böyük sərvətimiz, daha böyük hədəflərə nail olmaq imkanıdır Əli Məsimli yazır

Süverenlik böyük sərvətimiz, daha böyük hədəflərə nail olmaq imkanıdır Əli Məsimli yazır

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsindəki möhtəşəm zəfərimizin davamı və xalqımıza böyük qürur gətirən şanlı səhifə kimi tariximizə əbədi yazılan 2023-cü ilin 19-20 sentyabrda keçirilmiş antiterror əməliyyatından iki il keçir. Bu şanlı qələbə münasibətilə Azərbaycan Prezidentinin xüsusi sərəncamı ilə 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir.İki il əvvəl həmin gün Azərbaycanın bütün əraziləri üzərində süverenliyimiz bərpa edildi. Həmin gün Azərbaycan əsgəri hərb tarixinin “44 gün + 23 saat 43 dəqiqə = Azərbaycanın süverenliyinin bərpası” formulunu yaratdı. Azərbaycan Ordusu bu tarixi qələbəsi ilə 30 ilə yaxın düşmən tapdağı altında olan tarixi torpaqlarımızı azad etməklə yanaşı, həm də 2 əsrlik bir problemi həll etdi. Ona görə də 2023-cü il sentyabrın 19-u və 20-də antiterror əməliyyatı həyata keçirilib süverenliyimizi tam bərpa etdiyimiz həmin günü 2 əsrə barəbər gün adlandırmaq olar.

Azərbaycanın süverenliyinin bərpası milli, regional və qlobal kontekstdə çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın süverenliyinin bərpası milli təhlükəsizliyimizin təminatının gücləndirilməsində müstəsna əhəmiyyətə malikdir. Azərbaycanın süverenliyini bərpa etməsi təkcə özü üçün deyil, bölgəmizdə yaşayan bütün xalqların və dövlətlərin də xeyrinədir. Bu Zəfərimiz təkcə 30 il işğal altında olan torpaqlarımızn dirçəlişini deyil, həm də bu Zəfər sayəsində Azərbaycanın regionda yaratdığı yeni situasiya Cənubi Qafqazin sülh və sabitlik mərhələsinə keçmək, regionumuz üçün öz potensialına layiq səviyyədə sosial-iqtisadi tərəqqiyə nail olmaq ümidini artıran etibarlı və perspektivli bir amildir. Azərbaycanın 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatı zamanı mümkünsüz görünən nəticələr əldə etdidiyi kimi postmüharibə dövründəki səyləri nəticəsində də bir zamanlar mükünsüz görünən nəticələr seriyasını davam etdirir və beynəlxalq hüquqa və ədalətə əsaslanaraq yaratdığı yeni reallıqlar sayəsində bölgədəki rus hərbi kontingenti Azərbaycan ərazisini nəzərdə tutulan müddətdən xeyli tez tərk etməli oldu.Azərbaycanın ərazi bütövlüyünün bərpası və süverenliyin təmin olunması uğriunda mübarizədəki möhtəşəm qələbəsi sayəsində yaratdığı yeni situasiyada Cənubi Qafqazda uzun illər tətbiq edilən təsir rıçaqları artıq öz təsir gücünü itirib, diqtə olunan köhnə qaydalar da artıq işləmir. Bu kontekstdə Azərbaycan beynəlxalq münasibətlər sistemində yeni orbitə çıxır.

Azərbaycan regionumuzda sülhə, tərəqqiyə xidmət edən fəaliyyəti ilə yanaşı, türk dövlətlərinin birliyinin güclənməsində də çox fəal rol oynayır. Bütün bunlar həm də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasında mühüm rol oynayır. Vətən müharibəsində və antiterror əməliyyatı zamanı qazanılan şanlı qələbə bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Bu Zəfər xalqımıza çoxəsrlik yaddaşını, kimliyini xatırlatdı, genlərində var olan cəsarətini ayağa qaldırdı, xalqın milli mənliyini bərpa etdi. Xalqımızın əzmkarlığı, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan bu savaşda təkcə Ermənistan üzərində deyil, həm də dünya erməniliyi və onun havadarları üzərində də qələbə çaldı. Azərbaycanın bütün əraziləri üzərində dalğalanan üçrəngli bayrağımız süverenliyin bərpa edilməsi ilə yanaşı, həm də zaman-zaman bizi böyük insan və torpaq itkilərinə, dağıntılara və humanitar fəlakətə məruz qoyan qüvvələrin acınacaqlı sonluğunu, Azərbaycan ərazilərinin işğalına, xalqımzın iztirablarına göz yuman 30 illik beynəlxalq riyakarlığın, ikili standartların aqibətini ifadə edir.Vətən müharibəsi fikirdə, sözdə və əməldə əsl dostlarımızın və bədnam düşmənlərimizin kimliyini əyani şəkildə ortaya qoydu. Azərbaycan–Türkiyə dostluğu, qardaşlığı, işbirliyi növbəti dəfə də sınaqdan çox uğurla çıxdı. Bu birlik daha da möhkəmlənib, daha geniş planda yeni reallıqlar. yaratmağa başlayıb, regionumuzda dayanıqlı sülh, əminamanlıq və təhlükəsizliyi təmin edən güclü amilə, düşmənlərimizə münasibətdə çəkindirici gücə çevrilib.

Qardaş və dost ölkələr,eləcə də reallıq hissini itirməyən dövlətlər Azərbaycanın regionda sülhə,tərəqqiyə xidmət edən səylərini dəstəkləyir və quruculuq işlərində iştirak edir və ya bu və ya digər formada dəstək verir. Azərbaycanın bu tarixi qələbəsini, qələbə nəticəsində yaranan yeni reallıqlıqları və işğaldan azad edilmiş ərazilərdə həyata keçirməyə başladığı layihələri dəstəkləyənlərlə yanaşı, onu həzm etməyənlər də az deyil və bəziləri pozuculuq əməllərinini açıq və gizli formada davam etdirir. Amma onlar çox əbəs yerə vaxt,maliyyə və digər resurslarını itirməkdən baqa heç bir real nəticəsi görünməyən işlə məşğuldurlar... Bədxahlarımız bu reallığı nə qədər tez nəzərə alıb,həzm etsələr, Cənubi Qafqazda dayanıqlı sülh bir o qədər tez bərqərar olmuş olar. Azərbaycanın regionumuzda ümumi sabitlik, təhlükəsizlik və rifaha hesablanmış səylərinin gerçəkləşdirilməsi qlobal sülh, sabitlik və əmin-amanlığa da öz töhfəsini vermiş olar və dünyanın qaynar nöqntələri kimi tanınan digər regionlar üçün də örnək ola bilər. Ona görə də həmin qüvvələr Azərbaycana münasibətdə pozuculuq fəaliyyətlərinə son qoyub fikirdə, sözdə və əməldə Qarabağda başlanan və regiona təhlükəsilik, sabitlik, iqtisadi inkişaf, sosial tərəqqi və digər cəhətlərdən şəksiz müsbət təsir edəcək quruculuq işlərinə qoşulmalı,buna səmiyyətləri çatmırsa,onda sülh prosesinə, Qarabağ və Şərqi Zəngəzurda getdikcə genişlənən bərpa və quruculuq işlərinə mane olmamalıdır. Bu baxımdan bu ilin avqustunda Vaşinqtonda imzalanan üçtərəfli Birgə Bəyannamə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş Azərbaycanın 44 günlük Vətən müharibəsindəki zəfərindən və süverenliyimiz təmin edən bir günlük antiterror əməliyyatından sonra Cənubi Qafqazın siyasi tarixində baş verən ən önəmli hadisələrdən biridir. Azərbaycan və Ermənistan arasında imzalanan Cənubi Qafqazın perspektiv geosiyasi düzəni ilə bağlı beynəlxalq aləmdə ciddi rezonans doğuran Vaşinqton razılaşmaları yaşadığımız bölgənin gələcək geosiyasi mənzərəsini şəkilləndirməsi baxımından mühüm hadisədir. Beş il bundan əvvəl hərb meydanında və iki il bundan əvvəl antiterror əməliyyatın zamanı tarixi qələbə qazanan Azərbaycan bu dəfə diplomatiya müstəvisində də çox mühüm bir qələbəyə imza atdı. Vaşinqton razılaşmaları mahiyyət etibarı ilə beynəlxalq hüquqa,beynəlxalq ictimaiyyətin sülh,əminamanlıq istəklərinə və haqq-ədalətə əsaslanır. Sülh müqaviləsi adlandırılan Vaşiqton razılaşması əslində Azərbaycan və Ermənistanı böyük sülhə aparan Yol Xəritəsidir. Bu mühüm sənəddə nəzərdə tutulanların sistemli şəkildə həyta keçirlməsi Cənubi Qafqaza münasibətdə məkrli ssenarilərə əsaslanan siyasətin kitabını bağlayır və regionumuz üçün dayanıqlı sülh və sabitliyə dair yeni kitabda yeni səhifələr açır. Vaşiqton sazişinin reallaşdırılması həm region dövlətləri, həm də beynəlxalq güc mərkəzləri üçün yeni siyasi və iqtisadi balans yaranacaq. Belə şəraitdə Cənubi Qafqazda dayanıqlı sülh daha tez bərqərar olmuş olar.

Azərbaycanımızın Qarabağda yüksələn üçrəngli bayrağı həmişə uca, bu sevinci, uğur və qələbələri bizə yaşadan, Vətən yolunda, ərazi bütövlüyümüzün bərpası və süverenliyimizn təmin olunması uğrunda mübarizədə canını fəda edən şəhidlərimizin ruhu şad, qazilərilərimizin canı sağ olsun!

Əli Məsimli,

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Sentyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri