Icma.az
close
up
RU
Suverenliyin bərpası: Hərbi güc və siyasi iradənin vəhdəti

Suverenliyin bərpası: Hərbi güc və siyasi iradənin vəhdəti

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan xalqının müasir tarixi həm sınaqlarla, həm də böyük zəfərlərlə zəngindir. Qarabağ məsələsi isə bu tarixdə ən ağrılı, eyni zamanda ən qürurlu səhifələrdən biridir. İllər boyu xalqımızın yuxusuna haram qatmış işğal 2020-ci ildə Vətən müharibəsi ilə sona yetdi. Azərbaycan Ordusu, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, polad iradəsi və xalqın birliyi sayəsində torpaqlarımız işğaldan azad edildi. Lakin həmin vaxt Qarabağda yaranmış yeni reallıq arzuladığımız kimi deyildi. Qeyri-qanuni silahlı dəstələrin bölgəni tərk etməməsi, mina təhlükəsinin davam etməsi, diversiya hadisələrinin baş verməsi Azərbaycanın dövlət suverenliyini məhdudlaşdıran əsas maneələr idi.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanatı bölgədə yeni mərhələ açdı:

“Ermənistan kapitulyasiya aktına imza atdı, amma praktiki olaraq bəyanatın bütün müddəaları yerinə yetirilmədi. Qarabağda hələ də Ermənistan ordusunun tör-töküntüləri mövcud idi. Onların fəaliyyəti bir tərəfdən bölgədə yaşayan əhali üçün təhlükə yaradırdı, digər tərəfdən isə Azərbaycanın dövlətçiliyinə açıq hörmətsizlik idi. Xüsusilə mina terroru hər gün həyatımıza acı xəbər gətirirdi. Onlarla hərbçi və mülki şəxs bu minaların qurbanına çevrilirdi. 2023-cü ilin sentyabrında baş verən partlayış nəticəsində bir neçə hərbçimizin həlak olması isə bardağı daşıran son damla oldu. Bu hadisədən dərhal sonra Azərbaycan Ordusu sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu əməliyyatın ən böyük xüsusiyyəti onun məqsədli və məhdud xarakter daşıması idi. Ordumuz yalnız hərbi obyektləri hədəfə aldı, mülki əhalinin təhlükəsizliyi isə diqqətlə qorundu. Bu, Azərbaycanın gücünün yanında humanist dəyərlərə sadiqliyinin də göstəricisi idi”.

Deputat bildirib ki, 24 saata yaxın davam edən əməliyyat Azərbaycanın hərbi gücünün növbəti göstəricisi oldu:

“Dəqiq və hədəfli zərbələr nəticəsində Ermənistan ordusunun qalıqları zərərsizləşdirildi, mühüm hərbi obyektlər sıradan çıxarıldı. Əməliyyatın ən mühüm məqamlarından biri isə mülki əhalinin qorunması idi. Azərbaycan Ordusu bu məsələyə xüsusi həssaslıqla yanaşdı. Humanitar dəhlizlər açıldı, mülki şəxslərə yardım göstərildi, onların təhlükəsizliyi təmin olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində vurğuladı ki, Azərbaycanın suverenliyi tam bərpa olunub, Qarabağda dövlət bayrağımız artıq əbədi dalğalanır. Bu sözlər hər birimimizdə böyük qürur hissi yaratdı”.

S.Salmanova qeyd edib ki, 2023-cü ilin sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açdı:

“Qarabağda dövlət idarəçiliyi tam bərpa olundu, ölkəmizin ərazi bütövlüyü faktiki olaraq təmin edildi, oradakı qeyri-qanuni silahlı dəstələr tərksilah edildi və bölgədə sabitlik, təhlükəsizlik bərqərar oldu. Ən əsası, Azərbaycan göstərdi ki, suverenlik yalnız kağız üzərində yazılan prinsip deyil, real siyasi iradə və hərbi güclə qorunan dəyərdir. Bu siyasi iradənin əsas müəllifi isə dövlət başçısı İlham Əliyev cənablarıdır”.

Parlamentari onu da söyləyib ki, antiterror əməliyyatı təkcə hərbi qələbə deyildi:

“Bu, həm də siyasi, diplomatik və psixoloji baxımdan böyük bir dönüş nöqtəsi idi. Azərbaycan bütün dünyaya sübut etdi ki, beynəlxalq hüququn prinsiplərinə hörmət edir, lakin eyni zamanda öz hüquqlarını qorumaqda heç kəsə güzəştə getməyəcək. Əməliyyat nəticəsində bölgədə uzunmüddətli sülh üçün yeni imkanlar yarandı. Artıq Qarabağda həyatın dirçəlməsi, infrastruktur layihələrinin genişlənməsi və əhalinin rifahının yüksəldilməsi üçün maneələr aradan qalxdı. 19–20 sentyabr əməliyyatı Azərbaycan tarixində sadəcə hərbi uğur deyil, həm də milli qürurun, Prezidentin siyasi iradəsinin və xalqın birliyinin təntənəsi kimi qalacaq. Bu qətiyyətli addım sübut etdi ki, Azərbaycan xalqı öz haqqını qorumaqda sarsılmazdır və dövlətimiz bölgədə davamlı sülh və inkişafın təminatçısıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see195

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see167

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see154

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see149

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see147

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri