Icma.az
close
up
RU
Suverenliyin bərpası və yeni siyasi münasibətlər mövzusunda dəyirmi masa

Suverenliyin bərpası və yeni siyasi münasibətlər mövzusunda dəyirmi masa

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də siyasi dialoq mühitinin təşviq olunması məqsədilə Prezident Administrasiyası tərəfindən fevralın 25-də “Hilton Baku” hotelində dəyirmi masa təşkil olunub.

Dəyirmi masada Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, 24 siyasi partiyanın nümayəndələri, həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ötən dövr ərzində mövcud istiqamətdə görülmüş işlər haqqında danışaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin bütün dünya azərbaycanlılarının qürur mənbəyi olduğunu xüsusi vurğulayan Administrasiya rəsmisi qeyd edib ki, qızıl hərflərlə yazılmış bu unudulmaz tarix dövlətimizə ərazi bütövlüyü və suverenlik bəxş etməklə Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub.

Yeni siyasi konfiqurasiya haqqında söhbət açan Ə.Vəliyev dövlət idarəetməsinin davamlı inkişafı naminə cəmiyyətdə mövcud potensialın səfərbər olunmasında siyasi partiyaların rolunu vurğulayaraq, sağlam əməkdaşlıq mühitinin sabitliyi və tərəqqini təmin edən əsas amillər olduğunu ifadə edib. Administrasiya rəsmisi 2022-ci ilin dekabrında qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanunun əhəmiyyətindən danışarkən bildirib ki, yeni Qanun ölkənin partiya sisteminin keyfiyyətcə daha böyük inkişafına zəmin yaratmaqla, bütün siyasi partiyaların ilkin imkanlarını tarazlaşdırıb və partiyaların yeni siyasi konfiqurasiyanın formalaş ması prosesində aparıcı instituta ç evrilməsinə xidmət edib.

2024–2025-ci illərdə keçirilən Prezident, parlament və bələdiyyə seçkilərində siyasi partiyaların fəal iştirakı haqqında danışan Ə.Vəliyev partiyaların mütləq əksəriyyətinin seçkilərdə iştirakını demokratik münasibətlərin təzahürü kimi dəyərləndirib və bu iştirakçılığın partiyaların siyasi institut kimi daha da təkmilləşməsinə və inkişafına müsbət təsirlərini qeyd edib.

Tədbirdə çıxış edən dövlət orqanlarının nümayəndələri – Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Mərkəzi Seçki Komissiyası sədrinin birinci müavini Rövzət Qasımov, ədliyyə nazirini müavini Abiddin Hüseynov, maliyyə nazirinin müavini Azər Bayramov, Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov siyasi partiyaların fəaliyyətinin tənzimlənməsinin müxtəlif aspektlərinə toxunaraq, dövlətin mövcud istiqamətdə gördüyü işlər barəsində ətraflı məlumatlar veriblər. Tədbirdə siyasi partiya üzvlərinin reyestrinin aparılması, bu sahədə qanunvericilikdə edilmiş son dəyişikliklər, siyasi partiyaların seçkilərdə fəal iştirakı, partiyalara dövlət büdcəsindən ayrılan maliyyə yardımları, bu yardımların xərclənməsi, hesabatlılıq, partiya sədrlərinin mediadakı fəaliyyəti, onların siyasi dialoqun dərinləşməsi prosesində rolu və digər bu kimi məsələlər geniş müzakirə olunub.

Daha sonra siyasi partiya (Yeni Azərbaycan Partiyası sədrinin müavini–Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağa-zadə, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ağ Partiyasının sədri Tural Abbaslı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar

Cəlaloğlu, REAL Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev), elm (AMEA-nın Fəlsəfə və Sosiologiya institutunun direktoru İlham Məmmədzadə) və media (“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu) nümayəndələri çıxış edərək müzakirə olunan məsələlərə öz münasibətlərini ifadə edib, cəmiyyəti narahat edən məsələlərin daha səmərəli həllinin tapılmasında siyasi partiyaların rolunu vurğulayıblar.

Tədbir iştirakçıları birmənalı olaraq bəyan ediblər ki, milli maraqlar və milli birliyin qorunması naminə ölkənin bütün vətənpərvər və intellektual qüvvələrinin səfərbər olması zəruridir. Tədbirdə çıxış edən siyasi partiyaların sədrləri və təmsilçiləri ümummilli məsələlərdə hər zaman açıq əməkdaşlığa hazır olduqlarını bildirərək cəmiyyətin parçalanmasına yönəlmiş istənilən təxribatı sərt şəkildə qınayıblar.

Tədbir dövlət orqanlarının təmsilçiləri tərəfindən siyasi partiya nümayəndələrinin çoxsaylı suallarının cavablandırılması və müzakirələrlə davam edib.

İştirakçılar bu qəbildən olan tədbirlərin mütəmadi təşkilinin və hər bir siyasi təsisatın belə təşəbbüslərdə fəal iştirak etməsinin faydalı olacağını dilə gətiriblər.

Tədbirdə aşağıda adları qeyd edilən siyasi partiyalar iştirak edib:

Yeni Azərbaycan Partiyası
Vətəndaş Həmrəyliyi Partiyası
Böyük Quruluş Partiyası
Ana Vətən Partiyası
Ədalət, Hüquq,
Demokratiya Partiyası
Demokratik İslahatlar Partiyası
Azərbaycan Demokratik
Maarifçilik Partiyası
Milli Cəbhə Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası
Böyük Azərbaycan Partiyası
REAL Partiyası
Haqq Ədalət Partiyası
Azərbaycan Ümid Partiyası
Azərbaycan Demokrat Partiyası
Azərbaycan Xalq Partiyası
Vəhdət Partiyası
Ədalət Partiyası
Klassik Xalq Cəbhəsi Partiyası
Milli Dirçəliş Hərəkatı Partiyası
Ağ Partiyası
Azad Vətən Partiyası
Müasir Müsavat Partiyası
Gələcək Azərbaycan Partiyası
Yeni Zaman Partiyası

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see131

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see131

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri