Icma.az
close
up
RU
Suyu süzülən BAKI...

Suyu süzülən BAKI...

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Harada gəldi tikilən “novostroykalar” Bakını gölməçələrə çevirir, şəhərin kanalizasiya xətlərini məhv edir

Bakı bəlkə də yeganə şəhərlərdən biridir ki, bu şəhərdə yaşayan insanlar il boyu böyük yaradana dua edir, imdad diləyirlər ki, yağış yağmasın, bu şəhər qar-çovğun üzü görməsin. Əlbəttə təbiətin gözəlliklərini görmək, seyr etmək hər bir insanın arzusudur. Amma Bakı sakinləri xaric. Niyə? Çünki azca yağış güclənən kimi bu plansız, necə gəldi tikilən şəhərin yollarını, küçə və məhəllələrini su basır, əhali Yaponiya və digər sunami ölkələrində olduğu kimi acınacaqlı durumla qarşılaşır. Artıq Bakıda yağan yağışın fəsadı o yerə çatıb ki, hər dəfə bir insan itkisi ilə də üzləşirik. Əsasən sovet dövründə salınan yol və zolaqlar, o dövrün əhali və nəqliyyat sayı üçün hesablanan hərəkət cədvəli artıq bu gün əsl faciə səbəbinə çevrilib. Əlbəttə, o zaman bu şəhərin infrastrukturunu həmin illərə görə quranları lənətləmirik. Günah onlardan sonra gələnlərdədir. Hər dəfə yağış yağıb yerimək olmayanda bu şəhərin infrastrukturu, kanalizasiya sistemi üçün hər il ayrılan on milyonları ciblərinə dürtənləri LƏNƏTLƏYİRİK. Amma gücümüz də təkcə elə o lənətləməyə yetir, başqa heç nə. Həmin milyonları cibişdanına dolduranların bir qismi artıq torpaq altındadır, qalanları da kənarda novruz xonçası kimi yığdıqlarını bala-bala yeməklə məşğuldurlar.

Bəli, 1960-70 illərin infrastrukturunu son 40-50 ildə yeniləməməyin cəzasıdır bu baş verənlər. Ötən əsrin 60-70-ci illərində Bakıda cəmi 1 milyondan bir qədər artıq insan yaşayırdısa, bu gün internet əsrinin Bakısında faktiki əhali sayı azı 3-4 milyon nəfəri keçib. Bölgələrdəki işsizlik ucbatından yeni iş yerləri axtarmaq, daha çox qazanmaq və sosial problemlərin altında əzilməmək üçün bütün bölgələrdən Bakıya əhali axını hər gün artır. “Səlib yürüşü” kimi əhali Bakıya axışıb gəlir. Yerlərdə dolanışıq səviyyəsində qazanc yerlərinin olmaması, bəzi yerli məmurların bürokratik və rüşvətxor əməlləri ucbatından yerli istehsal və sahibkarlığın havada qalması əhalini yaşamaq arzusu ilə Bakıya toplaşan əhali sıxlığı və tıxaclar paytaxtadakı problemlərin əsas səbəbi ola bilməz. Çünki bütün dünyada urbanizasiya problemi sürətlənib. Bu gün Azərbaycanda da bu proses gedir. Şəhərlərdə əhali sayının artımı tıxaclara səbəb olmamalıdır. Bakıdan qat-qat əhali sayı çox olar şəhərlər var. Amma orada şəhər nəqliyyat infrastrukturu elə qurulub ki, hər şey normasında, saat kimi işləyir. Əsas da ictimai nəqliyyat çoxşaxəlidir. Bakıda isə ümid avtobuslaradır. Onlar tıxacda qalan kimi, ictimai nəqliyyatın işi iflic olur, sərnişinlər yollarda qalır. Bakı şəhərində tramvay xəttinin ləğv olunması bu gün tıxaclara səbəb olan əsas amillərdəndir.

Tramvay-trolleybus xətlərinin sökülüb məhv edilməsi Bakıya qarşı ən böyük xəyanət oldu!

Trolleybus, Tramvay... Bir vaxtlar Bakının gözəlliyi sayılan bu iki nəqliyyat vasitəsini 2000-ci il girən kimi söküb atdılar kənara. Dəmirlərini də İran bazarlarında “əritdilər”. Açıq deyəcəm: Tramvay-trolleybus xətlərinin sökülüb məhv edilməsi Bakıya qarşı ən böyük xəyanət oldu! Bakıda yağış yağan kimi əcəl təri tökməyimizin daha tutarlı səbəbləri var.

Yuxarıda da qeyd etdiyim kimi, kanalizasiya xətlərinin bərbad gündə olması Bakının bərbad günə qalmasının əsas problemidir. Min dəfə təəssüf olsun ki, bu başıbəlalı şəhərə neçə-neçə merlər gəlib getdisə də, heç biri bu şəhərin ən böyük dərdinə əlac olmadılar. Axı bu necə ola bilər ki, hər il büdcədən Bakının infrastrukturu üçün ayrılan vəsaitlərin heç olmasa cüzi hissəsi bu problemin həllinə yönəlməsin? Elə yağışlı ölkələr var ki, avtomobillərin hərəkəti adi günlərdəki kimi davam edir. Bakıda isə yağışın yarım saat intensiv yağması kifayətdir ki, küçələrdə su dizə çıxsın. Bəli, bu problem həll olunmasa Bakı daha dəhşətli iztirablarla üz-üzə qalacaq. Ona görə də Bakının kanalizasiya sistemi yenidən qurulmalıdır. Bəs Bakının kanalizasiya sistemlərini son illər bərbad günə qoyanlar kimlərdir? Özbaşına 15-20 mərtəbəli “novostroykalar” ucaldan işbazlar! Mütəxəssislər də etiraf edirlər ki, belə acınacaqlı vəziyyətin yaranması şəhərdəki kanalizasiya sisteminin tikinti şirkətləri tərəfindən bərbad hala salınması ilə bağlıdır. Belə ki, əksər hissələrdə kanalizasiya sistemi normadan bir neçə dəfə artıq yüklənir. Bəzi yerlərdə isə ümumi kollektora çıxış belə olmadığı iddia olunur.

Mətləb Salahov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see372

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see309

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see267

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see235

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see220

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see214

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see210

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see185

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see184

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see174

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see173

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see170

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see169

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see166

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see164

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see159

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see149

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see148

“Motorola” 7000 mAh batareyalı yeni smartfonunu təqdim etdi

17 Avqust 2026 04:42see148

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

17 Avqust 2026 02:02see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri