Icma.az
close
up
RU
Suyun içində olan 15 ə yaxın körpə çıxarmışıq MƏHKƏMƏ İŞİ

Suyun içində olan 15 ə yaxın körpə çıxarmışıq MƏHKƏMƏ İŞİ

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Report" un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.

Zərərçəkən Elşən Nəcəfov deyib ki, Mühafizə Polisində işləyir:

"Yanğın olan gün növbədəydim, hadisə baş verən vaxt yanğına müdaxilə etmişəm. Dördüncü mərtəbədə yanğın var idi. İçəri girəndə gördüm ki, küvəz üstündən yanır. Mən vedrə ilə su tökürdüm. Sonra yanğınsöndürən balonlardan istifadə elədim. Yuxarı qalxanda 10 nəfər adam var idi. Mən orada olan müddətdə yanğın təxmini 10-15 dəq davam etdi. Hadisə yerindən 6 nəfəri çıxartdım. Əvvəllər mərkəzdə yanğın olduğunu görməmişəm. Təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayət və tələbim yoxdur".

Zərərçəkən qismində ifadə verən Vaqif Abdullayev deyib ki, həmin vaxt gecə saat 1-ə kimi Perinatal Mərkəzdə küvəzdə olan övladının yanında olub:

"Sonra rayona getdim. Qaynanam və yoldaşım orada idi. Mənə zəng edib dedilər ki, mərkəzdə yanğın var. Sonra körpəni "Semaşko"ya apardıqlarını öyrəndim. Rəhbərlikdən şikayətçiyəm, 8 ildir ki, övlad həsrəti çəkirdik. Fəhləlik edə-edə müalicə alırdıq. Hadisə baş verəndə uşağı otaqdan anamla qayınanam çıxarıb. Onlar gələnə kimi heç kim müdaxilə etməyib. Körpə hisin içində olub".

Zərərçəkən Aynurə Əhmədova deyib ki, Perinatal Mərkəzdə xadimə işləyib:

"Həmin gün növbədəydim. Gördüm ki, otaqdakı elektrik yuvası alovlanıb. Tibb bacıları ilə hamamdan suyu doldurub daşıyırdıq. Sonra yanğınsöndürənlər gəldi. Onlar körpələri çıxardıqca bizə verirdi. Dördüncü mərtəbədən suyun içində olan 15-ə yaxın körpəni çıxararaq ikinci mərtəbəyə aparmışıq. Sonra yanğın elektrik yuvasından pərdələrə keçdi. Küvəz yana-yana körpəni tibb bacısı oradan çıxartdı. Yanğın olan şöbənin rəisi Hamlet müəllim idi. Şəbnəm xanımı isə bölmə rəisi kimi tanımışam. Hamlet müəllim 5-ci mərtəbədə otururdu".

Zərərçəkən Aynurə Əhmədova əlavə edib ki, vərəm xəstəliyindən əziyyət çəkir. O, hakimin təqsirləndirilənlərə qarşı şikayət və tələbinin olması ilə bağlı verdiyi suala cavab verməyib.

Təqsirləndirilən Hamlet Mustafayev isə deyib ki, Aynurə Əhmədovanı tanımır:

"Xanım deyir ki, 8 ildir, orada işləyir, lakin mən onu tanımıram. Mən 5-ci mərtəbədə otururdum, bunların şöbəsi isə 4-cü mərtəbədə idi".

Növbəti proses mayın 19-a təyin olunub.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Aprel 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri