Icma.az
close
up
RU
Suyun qiyməti ilə bağlı DƏYİŞİKLİK: Yeni sistem tətbiq olunacaq

Suyun qiyməti ilə bağlı DƏYİŞİKLİK: Yeni sistem tətbiq olunacaq

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda su ehtiyatlarının səmərəli istifadəsi istiqamətində yeni addımlar atılacaq. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov açıqlama verib. Onun sözlərinə görə, gələcəkdə ölkədə su tariflərinin diferensiallaşdırılması planlaşdırılır. Bu yanaşma suyun daha məsuliyyətli istifadəsinə, israfçılığın qarşısının alınmasına və əhalinin müxtəlif istehlak qrupları üzrə ədalətli tariflərlə təmin edilməsinə xidmət edəcək.

Maraqlıdır, su tariflərinin diferensiallaşdırılması hansı dəyişikliklər yaradacaq?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli News24.az-a açıqlamasında bildirib ki, bu praktika artıq digər kommunal xidmətlərdə tətbiq olunub və analoji yanaşma suda da gözlənilir.

“Elektrik və qazda diferensial tarif sistemi tətbiq edilib və burada məqsəd əhalinin sosial vəziyyətinə uyğun ədalətli ödəniş mexanizmi yaratmaq olub.  İşıqda və qazda bu sistemin işləmə mexanizmini görmüşük. Yəqin ki, suda da tətbiq olunacaq. Bəzi vətəndaşlar düşünür ki, limit ləğv olunmalıdır, amma hökumət buna getmir. Diferensiallaşdırma limitlərin təyin edilməsidir. Hökumət tarifləri qaldıranda işıq və qazda da eyni etdi. Aşağı sərfiyyat üçün 4-5 faiz artım oldu, yüksək sərfiyyat üçün isə 20-25 faiz qaldırıldı”.

İqtisadçı vurğulayıb ki, Azərbaycanın su ehtiyatları Qafqazda ən az göstəriciyə malikdir və bu, ciddi problem yaradır. Bu səbəbdən dövlət su istehlakında daha səmərəli yanaşmanı təmin etmək üçün yeni tarif siyasətinə ehtiyac duyur:

“Su problemi ölkəmizdə kifayət qədər kəskindir. Sabah tarifləri artırmaq lazım gələrsə, aşağı limitin daha az qaldırılması imkanı yaranacaq. Bu sistem yoxsul təbəqənin daha münasib qiymətlərlə su təminatına çıxışını qorumağa hesablanıb”.

Ekspert əlavə edib ki, diferensial yanaşma həm də böyük evlərə və bağ sahələrinə sahib olan, sudan daha çox istifadə edən təbəqənin daha yüksək tarif ödəməsini nəzərdə tutur:

“Yəqin ki, qiymətlərin artırılması planlaşdırılır. Amma bu, diferensiallaşdırma yolu ilə, yəni daha çox istifadə edənin daha çox, az istifadə edənin isə daha az ödəməsi prinsipi əsasında həyata keçiriləcək”.

Aqil Qarayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 Sentyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see192

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see158

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see148

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see146

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri