Icma.az
close
up
RU
Şvabenin “Azərbaycan Milli Məclisində real müxalifət partiyası yoxdur” sözünə Razi Nurullayevdən cavab…

Şvabenin “Azərbaycan Milli Məclisində real müxalifət partiyası yoxdur” sözünə Razi Nurullayevdən cavab…

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasının Almaniyadan olan üzvü Frank Şvabenin “AzadlıqRadiosu”na müsahibəsində Azərbaycanda insan haqları durumunu növbəti dəfə tənqid edib.

O, sözügedən müsahibədə Azərbaycan Milli Məclisində real müxalifət partiyalarının olmadığını vurğulayıb.

Gununsesi.info Şvabenin bu müsahibəsi ilə bağlı Milli Məclisdə təmsil olunan partiya rəhbərlərindən münasibət öyrənib.

“Avropa Şurası Parlament Assambleyasının Almaniyadan olan üzvü Frank Şvabenin Azərbaycanda “real müxalifət partiyalarının olmadığı” ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan Respublikasının daxili siyasi reallıqları ilə tam uzlaşmır və birtərəfli yanaşma təsiri bağışlayır. Bu elə ilk baxışdan görünür”.

Bu sözləri saytımıza açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirib.

“Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox postsovet ölkələri kimi mürəkkəb transformasiya mərhələsindən keçib. Uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsi, regionda təhlükəsizlik çağırışları və iqtisadi sabitliyin qorunması dövlətin əsas prioritetləri olub. Bu şərtlər daxilində siyasi institutların inkişafı və demokratik proseslərin davamlılığı çətinliklərlə üzləşib. Azərbaycanda çoxsaylı müxalif partiyalar mövcuddur və onların siyasi sistemdə iştirakı üçün hüquqi mexanizmlər təmin olunub. Müxalifətin fəaliyyət imkanlarının məhdudluğu isə, ilk növbədə, ictimai dəstəyin zəifliyi, təşkilati resursların məhdudluğu və alternativ siyasi gündəmin formalaşmasını təşkil edə bilməməyimizə bağlıdır. Bununla yanaşı, bir çox hallarda müxalifət partiyalarının parçalanmış və təmərküzləşməmiş şəkildə çıxış etməsi onların ictimai və siyasi nüfuzuna mənfi təsir göstərir. Siyasi sistemin inkişafı yalnız normativ yanaşmalarla deyil, eyni zamanda tarixi, mədəni və sosial kontekstə uyğun şəkildə qiymətləndirilməlidir. Azərbaycanın inkişaf yolunu Avropa demokratiya modelləri ilə müqayisə edərkən, fərqli geosiyasi şərtlər və cəmiyyətin özünəməxsus siyasi prioritetləri nəzərə alınmalıdır. Azərbaycan qarşılıqlı hörmətə əsaslanan beynəlxalq dialoqu dəstəkləyir və konstruktiv tənqidləri qəbul etməyə də hazırdır. Bu hər zaman belə olub və AŞPA ilə əməkdaşlığın ciddi tarixçəsi var. Lakin tənqidlər obyektiv, balanslı və ölkənin daxili dinamikalarını nəzərə alan əsaslara söykənərsə ədalətli olar. Beynəlxalq tərəfdaşlar bu cür yanaşmalarının ölkədaxili dialoqa töhfə verməsi üçün daha məsuliyyətli olmalı, konstruktiv yanaşma ortaya qoymalı və düzgün qiymətləndirmə aparmalıdır”.

Orxan 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Aprel 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri